Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Özünü gözə soxmaq istəyir”

Rəsul Quliyevdən Əli Nağıyevə: “Özünü gözə soxmaq istəyir”

 

 

     “Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin mənim haqqında dedikləri başdan ayağa yalandır. Onun yalan olması bir tərəfə, azacıq ağıl sahibi onun dediklərini oxusa, sadəcə olaraq indiki hakimiyyətə yarınmaq və özünü gözə soxmaq istədiyini görə bilər”. 
    "Xeberinfo.com": Bunu Modern.az saytına eks-spiker Rəsul Quliyev keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. Rəsul Quliyevin sözlərinə görə, Əli Nağıyev özünü tarixin yaradıcısı kimi göstərməyə cəhd edir. O, bildirib ki, mərhum eks-prezident Heydər Əliyev Əli Nağıyevə ikinci dərəcəli bir post vermişdi. “Buna görə də Əli Nağıyevin mənim qəbuluma düşmək şansı yox idi”,-deyən Rəsul Quliyev ironiyasını da gizlətməyib: “Başqalarının xahişi ilə deyəsən onu bir və ya iki dəfə qəbul etmişəm”.
Əli Nağıyevi dedi-qodu ilə məşğul olmaqda qınayan eks-spiker “onun vəzifədən çıxarılması da bu xarakterinə görə baş verib”,- deyə bildirib.
Qeyd edək ki, Əli Nağıyev Modern.az-a müsahibəsində “Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul olunmasında sizin rolunuzun olduğu söylənilir. Ən dolğun cavabı sizdən eşitmək istəyirik” sualına belə cavab verib:  “Bu adam  Heydər Əliyevlə oyun oynamaq istəyirdi. Deyirdi: “Bilirsiniz nə var, bir  partiya yaratsam, bəzi adamlar mənim partiyama gələcək. Onlar sizin partiyaya gəlmək istəmirlər, mənim partiyama qoşulmaq istəyirlər”. O adamlar Anar Rzayev,  Rüstəm İbrahimbəyov və Yusif Səmədoğlu idi. Bunu Heydər Əliyev camaatın qarşısında dedi. Baxın, bu adamın beyni pozulub, bu adama informasiya verənlər də onun kimi nadürüstdür. Heydər Əliyev mənə tapşırıq verib dedi: “Axı, kimdir ki, camaat onun dalınca getsin. Onun yanına get və partiyaya üzv olması üçün ərizə al!”. Mən zəng etdim, o, yenə oyun oynamağa başladı: “Mənim YAP-a ərizə verməyim ucuz olur, sən bir nəfər göndər məndən müsahibə götürsün. Orda deyəcəyəm ki, YAP-a tərəfdaram”. Bunu Heydər Əliyevə deyəndən sonra Eldar Sabiroğlunu göndərdim. Rəsul Eldar Sabiroğluna müsahibə verdi, ancaq onu Heydər Əliyev bəyənmədi”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam