Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:FOTOLAR



























Yenixeber.org: Redaksiyamıza Lökbatan qəsəbəsi Bünyadzadə küçəsində yaşayan Həsənova Nübar Həsən qızının şikayət məktubu daxil olub. Nübar Həsənova müraciətində SOCAR-ın Əmirov adına NQÇİ-nin bir qrup əməkdaşlarının ondan yüksək məbləğdə rüşvət tələb etməsindən və yaşadığı evin gözlənilmədən sökülməsindən bəhs edir. Ailə başçısı yataq xəstəsi, ana üçüncü qrup, 4 övladdan ikisinin I qrup əlil, birinin isə talassemiya xəstəsi olan ailə hazırda evsizdir.
Biz müraciətdə yer alan ittihamlarla bağlı Əmirov adına NQÇİ-nin məsul şəxsi ilə telefon əlaqəsi yaratdıq. Adının yazılmasını istəməyən həmsöhbətimiz olaydan xəbərdar olduğunu bildirsə də, qarşı tərəfi yalan danışmaqda və dələduzluqda ittiham etdi. SOCAR-ın Mətbuat xidməti və içtimaiyyətlə əlaqələr şöbəsinə etdiyimiz telefon zəngləri isə cavabsız qald(?)

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə təqdim edirik:
“Mənim həyat yoldaşım Əliyev İlqar İmran oğlu Qarabağ əlildir. Vəziyyəti pisdir, kürək nahiyyəsindən güllə yarası alıb. Amma güllənin birini çıxarıblar, biri isə qalıbdır. O gündən ona qulluq edirik, 4 övladımız var. 2-si birinci qrup əlildir. Qızımız Zəhra isə talassemiya xəstəsidir, özüm isə 3-cü qrup əliləm.
Otuzmin manata yaşadığım evi bir qadından almışam. Bu ilin yanvarında «SOCAR»ın Əmirov adına NQÇİ-ndən gəliblər ki, 25 min manat verməlisən, yoxsa buranı sökəcəyik. Axı nəyə görə sökürlər. 3 ildir ki, mən balalarımla burada yaşayıram.
10 ədəd toyuq, 5 ədəd ördək, 5 ədəd qaz həmin yaşadığımız damda kürt yatırdı. Həmən günü məndən 3 min 500 aldılar və damı uçurtmadılar. Yanvarın 25-də uşağımı xəstəxanaya aparanda traktorla gəlib 15 daş hündürlüyündə olan hasarımı, darvazanı, mətbəxi hamısını söküb getdilər. Heç uşaqlarımın ağlaşmasına da məhəl qoymadılar. May ayının 13-də saat 3:00 radələrində «SOCAR» işçisi Eldar evimə gəldi və dedi ki, evini uşaqlarınla birlikdə yandıracağam, 25 min manat bu gün çatmalıdır. Bir qədər mübahisə etdikdən sonra mən pul dalınca Ucara getdim. Həmin gün saat 4:00 radələrində evdən çıxdım. 9-10:00 radələrində qonşu mənə zəng vurub dedi ki, evini yandırdılar. Gəldim gördüm ki, 6 nəfər ailə üzvlərimə aid olan yatacaqlar, yeyəcəklər, geyəcəklər hamısı yanıb külə dönüb. Evdə 4 min manat pulum da yanıb kül olubdur”.(yenixeber.org)
Redaksiyadan: Mövzu diqqətimizdədir və qarşı tərəfi də dinləməyə hazırıq.

    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam