İran rəsmisi Moskvanı ittiham etdi:“RUSİYA SURİYADA İRANA QARŞI İSRAİLLƏ BİRGƏ HƏRƏKƏT EDİR” – Təhlil
Lebanon24 (Livan), 29.01.2019
Heç bir şübhə yoxdur ki, Suriyada Rusiya-İran işbirliyi strateji deyil, taktiki səciyyə daşıyır. Moskva və Tehran arasındakı münasibətlər bölgədə qızğınlaşan İran-Amerika-İsrail münaqişəsi üzündən son günlərdə yeni mərhələyə girib.
Yenixeber.org: Moskva Təl-Əvivi Suriyada Rusiya savaş təyyarəsinin qəzası və 25 ekipaj üzvünün həlakında ittiham edərək İsrailin etirazlarına baxmadan 2018-in sentyabrında Dəməşqə S-300 zenit-raket sistemi tədarük edib. Rusiyanın S-300 zenit-raket kompleksləri Suriya hava məkanını İsrailin hava hücumlarından qorumaq, Rusiya təyyarələrinin təhlükəsizliyini təmin etmək və Suriya ərazisinə zərbə endirən döyüş aviasiyasının radiolokasiya stansiyaları və sistemlərinin işini pozmaqda Dəməşqə yardım olur. Lakin İsrailin Suriya paytaxtına və çevrəsinə, aeroportlarına, guya İranın ekspert və müşavirlərinin, İslam İnqilabı Keşikçiləri Korpusu və “Hizbullah”ın bazaları olan obyektlərinə son zərbələri iranlılarda şübhə doğurub.Onlar Moskvanı İsraillə işbirliyi və S-300 HHM sisteminin işini bilərəkdən pozmaqda ittiham edirlər. Bunu İran Milli Təhlükəsizlik Komitəsi və Xarici Siyasət Şurasının başçısı Hişmətulla Fələhətpişə bildirib. Onun sözlərinə görə,Suriya ərazisinə istənilən zərbə haqqında Rusiya və İsrail arasında dəqiq əlaqələndirmə var.
S-300 zenit-raket sistemi İsrail qırıcılarının Suriya ərazisnin üstündən uçmağına niyə mane olmur?
İsrailin təhlükəsizliyi Rusiyanın əsas prioritetlərindən biridir. İsraillilər, amerikalılar və iranlılar, türklər və Dəməşqdəki hökumət daxil olmaqla qalan bütün tərəflər bunu bilirlər. Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov ötən cüməCNN-ə eksklüziv müsahibədə bildirib ki, Suriya məsələsi üzrə Rusiya və İran arasındakı münasibətləri təsvir etməkdən ötrü “müttəfiq” terminini işlətməzdi. O, əlavə edib: “İsrail dövlətinin etibarlı müdafiəsini təmin edən tədbirlərin önəmini hər bir halda dəyərləndiririk”.
Suriyanınn məlumatlı qaynaqları “Livan-24”ü məlumatlandırıblar ki, Rusiya İranın Suriyadakı təsirini zəiflətmək qərarı alıb və haradasa, üç ay qabaq bu yöndə ciddi işə başlayıb. İsrail baş naziri Benyamin Netanyahunun Moskvaya dəfələrlə səfəri, habelə Tehranın Dəməşqdə rolunun zəiflədilməsinə dair Rusiya və ABŞ arasında əldə edilən qarşılıqlı anlaşma haqda xəbər verilir. İran gücləri Suriya bölgələriin çoxunda iştirak edirsə, Rusiya hərbi bölmələri də onlardan geri qalmırlar. Qaynaqların sözlərinə görə, Moskva bölgədə öz nüfuzunu daha da gücləndirmək və sabitliyi təmin etməkdən ötrü İranın Suriyada iştirakını müəyyən dərəcədə məhdudlaşdırmağa qabil güc kimi qavranılır.
Elə həmin qaynaqlara görə, Rusiya prezidenti Vladimir Putinin terrorizmlə savaşda iştirak qərarı strateji önəmli bölgədə Rusiya maraqlarının təmin edilməsinə yönəlib. Kreml ABŞ-dan fərqli olaraq Fələstin məsələsinin müdafiəçsi deyil, amma bununla belə, dünyada və hər şeydən qabaq Fələstin-İsrail münaqişəsinin tənzimlənməsində rol oynaya bilər.
Rusiya dəstək üçün bölgə güclərinə ehtiyac duyduğuna baxmayaraq, İranı qurban verə bilərmi?
Həsən Nəsrullah bazar ertəsi Livanın “əl-Məyadin” telekanalına Suriya-İran münasibətləri haqda üçsaatlıq müsahibə verib. O, Rusiya və İran arasında meydana çıxmış fikir ayrılıqları haqda KİV-lərdəki söz-söhbəti yada salıb. Amma Suriya qaynaqları Moskvanın Tehrandan da Ankaradan olduğu qədər uzaqlığından danışmaqdan çəkinmirlər. Rusiya və İran təkcə Suriyada əməkdaşlıq edir, buna görə də müttəfiq sayıla bilməz. O biri yandan, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında Suriya məsələsi üzrə təhlükəsizlik zonalarının yaradılması, Suriyanın şimalındakı hadisələr və Astana konfransına dair sıx əlaqə var.
Bundan savayı, ölkələr arasında iqtisadi və hərbi əməkdaşlıq var. Ötən həftə iki dövlət liderlərinin görüşü baş tutub, onlar ABŞ-ın gedişindən sonra Suriya-Türkiyə sərhədi boyunca “təhlükəsizlik zonası”ndakı gərginliyin azaldılması üzrə addımları müzakirə ediblər. Türkiyə və ABŞ arasındakı gərginlik yalnız güclənir, Moskva buna görə də Ankara ilə işbirliyini möhkəmləndirməyə çalışır. Rusiya İranla birgə ABŞ-a qarşı yeni ox formalaşdırmayacaq, çünki bu, ideologiyaca İsrailə qarşı köklənib. Siyasi çevrələrdə deyirlər ki, amerikalıların gedişindən sonra Ankaranın Suriyanın şimalındakı əraziləri idarə etməkdə təkidli tələblərinə görə Türkiyə və Rusiya arasında münasibətlər bir qədər gərginləşməyə başlayıb, halbuki Moskva bu bölgələri Suriya ordusunun nəzarətinə vermək istəyir.Tərcümə: Strateq.az