Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsrail İran ordusuna hücum etdi –İlin ilk zərbəsi

 

İsrail hərbçiləri bu gecə Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endiriblər.

Yenixeber.org: Təl-Əviv bu zərbənin Qolan təpələrinə Suriyadan endirilən raket hücumuna cavab olduğunu bildirib. Hücum zamanı həmçinin İranın “Qüds” briqadasının hərbi obyektlərinin, İran kəşfiyyat mərkəzi və İran təlim düşərgəsinin hədəf alındığı vurğulanıb:

“İsrail ərazisinə dünən atəş açmaqla İran özünün Suriyadakı hərbi mövcudluğunun əsl hədəfini yenidən nümayiş etdirdi. İran İsrail dövləti və regional stabillik üçün təhdiddir”.

İsrail ordusu bundan sonra İran qoşunlarının İsrailin şimal sərhədlərində mövcudluğuna qarşı qətiyyətlə müqavimət göstərməyə davam edəcəyini bildirib. Rəsmi Təl-Əviv həmçinin Əsəd rejiminin ölkə ərazisində baş verən hər şeyə görə məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, sonuncu dəfə İsrail Suriyadakı İran qüvvələrinə belə genişmiqyaslı hücumu keçən ilin mayında həyata keçirmişdi.

Ötən gün isə İsrail ordusunun Dəməşqin cənub-şərqində yerləşən Duvali hava limanı istiqamətində hücumunun qarşısının alındığı və 7 raketin zərərsizləşdirildiyi barədə Rusiya MN məlumat yaymışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam