Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMERİKA QIRICILARI ÜÇÜN YENİ RAKETLƏR –Rusiya və Çinin müharibə hazırlıqları

AIM-260-top

ABŞ-ın rəqibləri, xüsusən də Çin öz silahlı qüvvələrinin döyüş cərgəsinə beşinci nəsil qırıcı təyyarələr, həmçinin “hava-hava” sinfinə məxsus olan uzaq uçuş məsafəli raketləri qəbul edir. “Buisness Insider” nəşrinin məlumatına görə, bu raketlər sayəsində Çin və Rusiya təyyarələri ehtimal olunan döyüş zamanı amerikalılar üzərində üstünlük əldə edə biləcəklər.

Yenixeber.org: Lakin uzaq məsafəli raket hələ hər şey dem’k deyil. Belə ki, ABŞ-da öz üstünlüyünü saxlamaq üçün addımlar atır. Onlar, xüsusən “hava-hava” sinfindən olan və uzaq məsafəli yeni “AIM-260” raketləri üzərində işləyirlər. Bu raketlər zamanla hazırda ABŞ ordusunun döyüş cərgəsində olan “AIM 120D” raketlərini əvəzləyəcək.
Bu layihənin həyata keçirilməsinin səbəbi (Layihə- JATM- Joint Advanced Tactical Missileadlanır-Müştərək Aviasiya Taktiki Raketi) Çinin “J-20” görünməz qırıcıları da daxil olmaqla, bir çox təyyarədə quraşdırılmış uzaq mənzilli “PL-15” raketləri ilə bağlıdır.

ABŞ hərbçiləri, Çin raketlərinin Amerika təyyarələrində quraşdırılmış raketlərdən daha uzun mənzilli olmasından ehtiyatlanıb, mövcud raketlərdən daha uzağa uçacaq yeni raketlər hazırlayırlar. “Hava-hava” sinfindən olan “AIM-260” raketləri orta mənzilli “AIM-120” aviasiya raketlərini əvəzləməlidir. Hazırda bu raket hava döyüşünün əsas silahı hesab olunur.

ABŞ Hərbi Hava Qüvvələrində silahlanmaya cavabdeh olan briqada generalı Entoni Cenatempo “Air Force Magazine” jurnalına deyib: “Bu raketin uçuş məsafəsi AIM-120-dən çoxdur. AIM-260-ın tamailə başqa imkanları var və o, kokret təhlükələrə qarşı istifadə edilə bilər”.

Rusiya və Çin özlərinin “Su-57” və “J-20” kimi beşinci nəsil qırıcı təyyarələrini yaradırlar. Bu təyyarələrin Amerikanın çoxməqsədli “F-35” zərbə qırıcısına qarşı rəqabət təşkil etməsi nəzərdə tutulur. Digər tərəfdən isə ABŞ-ın bu güclü rəqibləri uzaq uçuş mənzilli aviasiya raketləri hazırlayırlar.

Amerikalıları ən çox Çinin “PL-15” raketləri narahat edir, çünki onlar aktiv radiolakasiya tuşlayıcısı ilə təchiz edilib. Belə güman olunur ki, bu raketin uçuş məsafəsi 200 kilometrə yaxındır. Çin hərbçiləri əlavə olaraq “PL-21” raketi üzərində də işləyirlər. Həmin raketin uçuş uzunluğu isə 300 kilometri keçəcək.

“AIM-120D” ilə müqayisədə uçuş məsafəsi daha çox olan “PL-15” Çin silahlı qüvvələrinin döyüş cərgəsinə 2016-cı ildə qəbul olunub. Keçənilki aviaşouda “PL-15” raketləriylə təchiz olunmuş Çinin radarlara yaxalanmayan “J-20” qırıcıları nümayiş uçuşları həyata keçiriblər.

ABŞ-ın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və “Lockheed Martin” şirkətinin birgə yaratdıqları “AIM-260” raketləri ilk olaraq “F-22 Raptor” və “F/A-18 Hornet” təyyarələrində, sonra isə “F-35”-lərdə quraşdırılacaq. Uçuş sınağı 2021-ci ildə keçiriləcək, növbəti ildə isə bu raket döyüş cərgəsinə qəbul olunacaq. Amerikan hərbçiləri “AIM-120” raketlərinin orduya qəbulunu 2026-cı ildə tamamilə dayandıracaqlar.

Qeyd edək ki, əsgər sayına görə Çin Xalq Ordusu dünyada birinci yerdədir. Bu ordunun sıralarında 2 milyon hərbçi xidmət edir. Çin müdafiə xərclərini durmadan artırır. 2019-cu il üçün Çinin hərbi büdcəsi 178 milyard dollar təşkil edəcək. Çin ABŞ kimi müasir tipli effektiv ordu qurmağı planlaşdırır.

Digər yandan isə Pekin silahlı qüvvələrini tamamilə yerli silahlarla təchiz etməyə çalışır. Ona görə də, son illər hərbi sənaye sahəsinə xeyli maliyyə ayrılıb. Amma hələlik Çinin hərbi texnikası öz döyüş qabiliyyətinə görə ABŞ və Rusiyadan geri qalır.(azpolitika)

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam