Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Süleyman Mikayılovla BAĞLI RÜŞVƏT QALMAQALI - Birlik sədri od püskürdü: "Sənin oğlun kef çəkmək üçün..."

Qaradağın icra başçısı Süleyman Mikayılov Qarabağ qazisi Bəhruz Talıbovun ailəsinin əmlakını 10 min manat rüşvətə görə sökürüb.

Yenixeber.org: Sonradan İcra Hakimiyyətinin məsul işçiləri 8, daha sonra isə 5 minə söküntünün bərpasını təklif ediblər.

Bu ağır ittihamı Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abasova dilə gətirib.

Birlik sədri videogörüntü ilə açıqlama verərək, deyib ki, icra başçısı və ətrafının özbaşınalığından dəfələrlə yuxarı orqanlara şikayət yazıblar. Lakin nəticəsi olmayıb: "Hətta bir dəfə Süleyman Mikayılovun qəbulunda olub, qazi ailəsindən rüşvət tələb olunduğunu dedik, lakin heç elə bil belə söz deyilmədi. Heç nə olmamış kimi özlərini apardılar. Mənə çatmır ki, Zərifə Talıbovanın yan-yörəsində hamı eyni sərəncamla mağaza işlətdiyi halda, niyə sonradan qazi ailəsinə belə qəddar münasibət göstərildi?".

O bildirib ki, mərhum Qarabağ qazisi Bəhruz Talıbovun həyat yoldaşı Zərifə Talıbovanın mağazasının bərpası ilə bağlı məhkəməyə də müraciət edilib, maddi və mənəvi təzminat tələb olunub.

Sonda isə o, 24 kv.metrlik obyektlə bağlı icra başçısı və məmurlara sərt mesaj verib: "Allah gözünüzü doydursun. Orada yüzlərlə mağaza var, olmaz ki, birindən də pul almadan işləməsinə imkan verəsiniz?

Süleyman Mikayılov, sənin oğlun burada bahalı maşın sürüb, kef çəkmək üçün bu cür insanların ərləri döyüşüb?".

Qeyd edək ki, bu iddialarla bağlı mayın 26-da İcra Hakimiyyətinin rəsmi elektron poçtuna sorğu göndərsək də, bu gündək cavablandırılmayıb.

Bununla belə məsələ ilə bağlı İH-nin də mövqeyni dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam