Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Süleyman Mikayılov: - ölkənin "miniÇovdarovu" -"...bu adamlar çox güclüdür və biz də qorxuruq"



Süleyman Mikayılov: - ölkənin "miniÇovdarovu"
Yenixeber.org: Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun yerli sahibkarlara rəsmən divan tutması barədə məlumatları dəfələrlə diqqətinizə təqdim etmişik. Bu dəfə də müraciət edən sahibkarlar başçıdan giley edirlər.

Qaradağ rayonu ərazisində karxana işlədən bir qrup sahibkar yazır: "Süleyman Mikayılovla bağlı müxtəlif orqanlara etdiyimiz şikayətlərə baxılmır. Səbəb kimi də daha çox anonimlik göstərilir. Amma biz nə edə bilərik ki? Onsuz da başçı və qardaşı Bağır günümüzü göy səkiyə büküb, şikayətçilərin kim olduqlarını bilərsə... artıq nə baş verəcək, hər kəs təxmin edə bilər.

Onların arxasında Kəmaləddin Heydərov durur. Biz isə Allah ümidinəyik. Ona görə də ölkə rəhbərliyindən xahiş edirik: Əgər Süleyman Mikayılov vəzifəsindən azad olunarsa, biz Azərbaycan dövlətinə vurulmuş ziyanları sübut edən şok faktları təqdim edəcəyik. İndi isə bu adamlar çox güclüdür və biz də qorxuruq".

Sahibkarlar daha sonr dia.az-a yazırlar ki, bu gün Süleyman Mikayılovu ölkənin "miniÇovdarovu"na da bənzətmək olar: "Çovdarov ölkə miqyasında sahibkarları talayırdı, Mikayılov da Qaradağ ərazisində. Yəni imkanı olsaydı, Çovdarovdan da betər olardı".(dia.az)

Qarşı tərəfi də dinləməyə hazırıq... 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam