Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

 Süleyman Mikayılov haqqında daha bir maraqlı İDDİA -İki rayonun torpağını ələ keçirib


Süleyman Mikayılov haqqında daha bir maraqlı İDDİA
Yenixeber.org: Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında maraqlı iddia səslənib. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, Bakının digər rayonlarından fərqli olaraq özünün rəhbəri olduğu rayonun ərazilərini nişanlarla bəlirləyən - "Qaradağ rayonu" tabelaları ilə qeyd etdirən Süleyman Mikayılov əslində bu yolla təkcə nəzarət etdiyi zonanı ayırmaq istəməyib.

Mənbənin dia.az-a söylədikləri: "Bu üsulla Qaradağın sərhədlərini əməlli-naşlı genişləndirməyə müvəffəq olan Süleyman Mikayılov Bakının digər rayonları olan Səbayel və Yasamalın da ərazilərinə soxulmağa müvəffəq olub. Nəticədə Süleyman Mikayılov Bakının mərkəzi hissələrinsə satmağa bahalı ərazilər əldə edib".

Mənbə iddia edir ki, məsələn hazırda "Binə" ticarət mərkəzinin bir hissəsi Şıxov bölgəsi olduğundan Səbayel rayonuna, "Sədərək" TM-nin isə əhəmiyyətli hissəsi Yasmal rayonuna aid olsa da, Süleyman Mikayılovun zəbtetmə əməliyyatları nəticəsində Qaradağ rayonu hesab olunmaqdadır. Mənbə dia.az-a açıqlamasında əlavə edir:

"Süleyman Mikayılovun bu zəbtlərini köhnə SSRİ-dən qalma sənədlərlə sübuta yetirmək olar. Amma nədənsə müvafiq dövlət qurumları və xüsusən də Nazirlər Kabineti, habelə Bakı meriyası bu məsələdə Süleyman Mikayılova hansısa iradlarını bildirməyiblər".

Qarşı tərəfi də dinləməyə hazırıq...
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam