Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bako Saakyanın başını daşla əzmək istədi-polisə apardılar

 

Ermənistan polisi ötən gün mayın 25-də Yerevandakı mitinqdə çıxışı zamanı Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanın başını daşla əzməyə çağıran Civan Abramyan barədə təhqiqat başladıb.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Abramyan çıxışı ilə bağlı polisə aparılıb və ifadəsi alınıb. Onun çıxışı “qəsdən sağlamlığa ağır zərər vurma təhdidi” kimi qiymətləndirilir.

“Cinayət tərkibinin olub-olmadığını araşdırmaq məsdəqi ilə polis cinayət-prosessual tədbirlər görür və yoxlama aparır”-polisdən bildirilib.

Xatırladaq ki, mitinqdə baş nazir Nikol Paşinyanın məhkəmə sistemində islahatlar təşəbbüsü dəstəklənib və keçmiş prezident Robert Köçəryanın azadlığa buraxılması üçün zamin duran Bako Saakyan hədələnib.

                                                     *   *   *

Ötən gün mayın 25-də Yerevanda keçirilən mitinqdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları, o cümlədən Dağlıq Qarabağın qondarma “prezidenti” hədələnib.

“Kavkazskiy uzel” xəbər verir ki, Yerevanın Azadlıq Meydanında Nikol Paşinyanın bir neçə min tərəfdarı toplanıb. Onlar Paşinyanın məhkəmə sistemində islahatlara dair təşəbbüsünə dəstək veriblər. Mitinq Yerevanın mərkəzi küçələrində yürüşlə yekunlaşıb.

Aksiyanın təşkilatçılarından biri Civan Abramyan deyib ki, məhkəmə sistemində islahatlar korrupsioner məmurları yerində oturdacaq. Onun sözlərinə görə, hazırkı məhkəmə sistemi keçmiş rejimdən asılıdır və siyasi sifarişləri yerinə yetirir.

Civan Abramyan çıxışında Robert Köçəryana dəstək verdiyi üçün Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanın və digərlərinin “başını daşla əzmək” barədə danışıb. O deyib ki, insanları Robert Köçəryanın tərəfdarlarının, Bako Saakyan da daxil olmaqla, başını daşla əzməyə çağıra bilərlər.

Saakyanın xüsusi işlər üzrə köməkçisi Arşavir Qaramyan Civan Abramyanın çıxışının videosunu sosial şəbəkədə paylaşaraq buna “hüquqi qiymət verilməsinə” çağırıb.

Hakim “Mənim addımım” blokunun nümayəndələri-parlamentin vitse-spikeri Aln Simonyan və deputat Mxitar Ayrapetyan isə Qaramyanın yazdıqlarına cavab olaraq bildiriblər ki, Yerevandakı mitinqin təşkilatçılarını tanımırlar.

Məlumatlara görə, Köçəryanın əleyhdarlarının mitinqi zamanı para.tv internet kanalının jurnalisti bıçaqlanıb. Bu insidentin təfərrüatları məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam