Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sarkisyan Qarabağ uğrunda mübarizəyə başladı

Sarkisyan Qarabağ uğrunda mübarizəyə başladı
Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyan Bako Saakyanın əli ilə Qarabağdakı separatçı rejimdə çevriliş etmək istəyir.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı erməni siyasətçi Aleksandr Kanayan məlumat verib.

Onun sözlərinə görə, “hakimiyyətdəki” mənbələr bildirib ki, ötən gecə Serj Sarkisyanın elçisi Dağlıq Qarabağa gələrək, Bako Saakyana etirazçıların tələbi qarşısında mövqeyini qorumağı və separatçı rejimin milli təhlükəsizlik xidməti direktoru ilə polis rəisinin istefa vermələrinin qarşısını almağı tapşırıb. Yəni Sarkisyan faktiki olaraq Bakonu seçim qarşısında qoyub – “hakimiyyəti” kimə verəcək?

Lakin Kanayan deyir ki, Bako artıq Dağlıq Qarabağdakı qondarma qurumun “baş naziri” Araik Arutyunyanın istefasını qəbul edib və bununla da, həm Qarabağdakı ermənilərin, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın ziddinə gedib. Arutyunyanı kimin əvəzləyəcəyi isə hələ bilinmir.

Separatçı rejimin “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan isə bəyan edib ki, Bako bu posta elə bu gün gözdən pərdə asmaq üçün istefa verən MTX direktoru Arşavir Karamyanı gətirəcək. Bununla da, Sarkisyanın tapşırığı icra edilmiş olacaq. O, xəbərdarlıq edib ki, hər şey plana uyğun getməsə, Saakyana qarşı separatçı rejimin xüsusi xidmət orqanlarının silahlı qiyamı baş verə bilər.

Erməni KİV-lərində, həmçinin qeyd olunub ki, Qarabağ klanından olan Serj SarkisyanErmənistanda siyasi məğlubiyyətlə üzləşsə də, məhz Dağlıq Qarabağ vasitəsilə gələcək proseslərə, o cümlədən Paşinyana təsir etmək niyyətindədir. Bu baxımdan Serjik Qarabağda öz adamlarının “hakimiyyətdə” qalmasında maraqlıdır. Əks halda Sarkisyanbütün rıçaqlarından məhrum olacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam