Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu görüntü Ermənistanı silkələdi- Foto

 

Ermənistanda keçmiş prezident Robert Köçəryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan da iştirak ediblər.

Yenixeber.org: Məhkəmə Köçəryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.

Hər iki separatçı Köçəryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.

Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Köçəryanla eyni sırada – müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.

“Lragir” saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.

“Qarabağın üç “prezidenti” müttəhim kürsüsündə əyləşmişdi. Doğrudur, yalnız Köçəryan ittiham olunurdu, lakin foto çox şey haqqında danışırdı. Saakyanla Qukasyanın bu addımı cəmiyyətdə müzakirələrə səbəb oldu. Rəsmi dairələr bildirirlər ki, bu siyasi addım deyil, sadəcə olaraq, dostluq əlaqələrinə söykənən humanist dəstəkdir. Lakin cəmiyyət bunu birmənalı qarşılamır. Çünki keçmiş hakimiyyətin gələcək parlament və prezident seçkilərində geridönüş etmək üçün Qarabağda platforma yaratmağa çalışdığı haqqında informasiyalar var. İctimaiyyət ikiyə bölünüb: bir cəbhə hesab edir ki, “qəhrəmanları” (Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslər – red.) mühakimə etmək olmaz, digər cəbhə isə bu şəxslərin Qarabağ müharibəsindən istifadə edəcək hakimiyyətə gəldiyi və ölkəni talan etdikləri fikrini irəli sürür. Bəzi ekspert dairələri Ermənistan və Qarabağ arasında heç bir parçalanmanın olmadığını dilə gətirsələr də, real mənzərə siyasi müharibənin başlandığını göstərir”, - deyə sayt yazıb.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam