Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı-Balasanyan və digərləri də gedir+Təcili

 

Dağlıq Qarabağdakı qondarma rejimin daxilində ciddi çaxnaşmaların başladığı barədə məlumatlar yayılıb.

 Yenixeber.org: Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə Dağlıq Qarabağın qondarma “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə separatçı rejimin “silahlı qüvvələrinin baş qərargah rəisi” Karen Abramyan təyin olunub.

 

Qəzetin yazdığına görə “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan da tezliklə işdən çıxarılacaq. Habelə qondarma rejimin başçısı Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da işdən çıxarılacağı gözlənilir. İşdən çıxarılanlar və çıxarılması gözlənilənlər hamısı Ermənistanın baş naziri Nikol Paşinyanın qəzəbinə tuş gələnlərdir.

O da bildirilir ki, “DQR”in qondarma keçmiş “baş naziri” Araik Arutyunyan hazırda Moskvadadır. İstisna deyil ki, erməni hakimiyyəti, eləcə də Moskva onu Bako Saakyanın yerinə namizəd kimi nəzərdən keçirir. Bildirilir ki, Arutyunyan Ermənistanın yeni hakimiyyətinə qarşı özünü “düzgün aparıb”.

Qondarma “DQR müdafiə nazirliyinin” mətbuat katibi Senor Həsrətyan Levon Mnatsakanyanın işdən çıxarıldığı haqda məlumatlı olmadığını bildirib. “Əgər belə şey olacaqsa rəsmi məlumat yayılacaq”-o deyib. Hərçənd Mnatsakanyanın işdən çıxarıldığı haqda xəbərlər sosial şəbəkələrin erməni seqmentində də yayılmaqdadır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam