Türkiyədən mühüm addım -3 ölkə ilə ittifaq yaradılır
Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirlə regional təhlükəsizlik platformasının yaradılmasını müzakirə edir.
Yenixeberorg.com xəbər verir ki, tərəflər bu həftə Antalya Diplomatiya Forumu çərçivəsində danışıqlar aparmağa hazırlaşır.
Məqsəd regional təhlükəsizlik məsələləri üzrə müntəzəm və strukturlaşdırılmış əməkdaşlıq qurmaqdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regiondakı ölkələr bir-birinin suverenliyini və təhlükəsizliyini təmin etməyə öhdəlik götürməlidirlər.
Bu formatın inkişafının iştirakçılar arasında müdafiə və ticarət əlaqələrini gücləndirəcəyi də gözlənilir.









AZ
RU