Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cavid Qurbanovun qiymət siyasəti: Onu “hökumət qatarından düşürəcək”

 

 



Dövlət qurumlarının milyonlarla vəsait xərclənən layihələri arasında rentabelli olmayanlar da az deyil.



Yenixeber.org: Məsələn, bir müddət əvvəl regionların əksəriyyətində hava limanları tikilib istifadəyə verilsə də, sonradan məlum oldu ki, onlar rentabelli deyil və buna görə də bir çoxunun fəaliyyəti dayandırıldı. İndi də oxşar proses “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) layihələrində müşahidə olunur.

“Azərbaycan Dəmir Yolları” QSC ötən il uzun müddətdir gözlənilən Bakı-Gəncə sürət qatarını istifadəyə verdi. Amma qiymətlərin baha olması sərnişinləri bu qatardan uzaq saldı. Qeyd edək ki, qiymətlər ilkin olaraq standart sərnişin üçün 15, biznes sinif sərnişinlər üçün 50, birinci sinif sərnişinlər üçün 100 manat nəzərdə tutulmuşdu. Bununla yanaşı, qatar 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edir. Bu da qiymət və zaman baxımından sərnişinlərin maraqlarına uyğun olmadığı üçün sürət qatarı rentabelsiz işləməyə başladı. Belə demək mümkündürsə, qatar Bakıdan Gəncəyə və əks istiqamətə ancaq öz nəzarətçiləri və az sayda sərnişinlə gedirdi. Üstəlik, xidmət səviyyəsinin az olması şikayətləri artırırdı.

Sonradan qurum etirazları görüb qiymətlərdə dəyişiklik etmək məcburiyyətində qaldı. Belə ki, hazırda Bakı-Gəncə sürət qatarında biletlər standart 10, biznes 25, birinci sinif sərnişinlər üçün isə 100 manata satılır. Amma bu qiymət siyasəti də quruma gəlir gətirəcək səviyyədə deyil. Çünki sərnişinlər yol maşını ilə həm daha ucuz, həm də daha qısa zamanda mənzil başına çata bilirlər.

Bundan əlavə, Bakı-Sumqayıt qatarında da qiymətlər baha olduğu üçün sərnişin azlığı müşahidə olunur. Hazırkı qiymətlər belədir: plastik kartla standart 1, biznes 2 manat, çap olunmuş biletlə isə standart 1.10 , biznes 2.10 manat. Qatarın mənzil başına çatma müddəti isə 40 dəqiqədir. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov isə qiymət siyasətini belə izah edir:

“Əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi. Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik”.

Cavid Qurbanovun sürət qatarı “təcrübəsi” göstərir ki, yaxın zamanlarda açılması nəzərdə tutulan Bakı-Ankara qatarı da rentabelli fəaliyyət göstərə bilməyəcək. İlkin məlumatda göstərilən qiymətlər bunu deməyə əsas verir. Belə ki, vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat aralığında dəyişəcək. Qeyd edək ki, bu istiqamətdə hərəkət edən avtobus qiymətləri, təxminən 70 manatdan başlayır. Eyni məsafəni “Buta Airways”ın təyyarəsilə kampaniyalardan asılı olaraq 80-160 manata getmək mümkündür. 

Bütün bunlar onu deməyə əsas verir ki, Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun layihələri yalnız büdcəyə zərər vurur. Rentabelli olmayan layihələrə imza atan qurumun növbəti islahatların hədəfinə gələcəyi gözləniləndir. Digər tərəfdən, Cavid Qurbanovun layihələri alayarımçıq, tam başa çatmamış işə saldığı ortaya çıxır. Ortada sürət qatarı ilə bağlı təcrübə var. Belə ki, Bakı-Gəncə qatarı 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə, Bakı-Sumqayıt qatarı 49 km-lik yolu 40 dəqiqəyə gedir. Bakı-Ankara qatarı isə ilkin məlumatlara görə, təxminən 2 min km-lik məsafəni 40 saata gedəcək. 

Türkiyə daxilində bəzi marşrutlar üzrə qiymətlərə nəzər salaq. Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə qət edir. Ən son istifadəyə verilən Ankara-Konya qatarında isə 306 km məsafəyə sərf olunan zaman 1,5 saatdır. Özbəkistanda 2012-ci ildə istifadəyə verilən "Afrosiyob" qatarı Daşkənd-Buxara marşurutu üzrə 600 km məsafəni 3 saat 20 dəqiqəyə qət edir. Sürət qatarının xüsusiyyəti belədir və məhz bu səbəbdən tələbat çox olur. Bu növ qatarlarda hərəkət sürəti 200 km-dən yuxarıdır. Hazırda bu tip qatarlardan Almaniyada, Belçikada, Çində, Finlandiyada, Fransada, Cənubi Koreyada, İngiltərədə və başqa ölkələrdə sərnişin daşınmasında istifadə olunur.

Cavid Qurbanov isə “sürət qatarı” adlandırdığı qatarların sürətinin niyə az olduğunu izah etmək üçün bəhanə tapıb: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə, sürət də artırılacaq”.(cebhe.info)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam