Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÇİNƏ QARŞI ABŞ RUSİYA İLƏ BİRGƏ HƏRƏKƏT EDİR? –Yeni balans Türkiyə üzərində qurulur - ARAŞDIRMA

Ergün Diler,

“Takvim”, Türkiyə, 08 may 2019-cu il

 

Yenixeber.org: Futbolun nə olduğunu bilməyən birini düşünün. Televizorunu açır və bir futbolçunun qarşısındakı rəqibinə sərt həmləsini görür. Çaşır.

Kamera kadrı bir az böyüdür, sahədə iki futbolçudan başqa digər oyunçuların da olduğunu görür.

Kadr bir az da böyüdükdə, sahədə 22 futbolçu, iki qapı və hakimlərin olduğunu anlayır.

Kamera bu dəfə yuxarı istiqamətlənir və ekrana böyük stadion və içindəki minlərlə adam gəlir.

Növbə havadan çəkiliş aparan kameraya gəlincə, stadionun böyük bir şəhərin içində par-par parıldadığını fərq edir. Və o görüntünün də böyük bir ölkənin gözəl bir şəhəri olması həqiqətilə üzləşir.

Ümumiyyətlə, bizi ibtidai məktəbdə budayarlar. Mühakimə yürütməyi bilmərik. Sual verməyi yanlış davranış olaraq qəbul edərik. Anlamadan keçərik. Halbuki əsas məsələ anlamaqdır.

Bu səbəblə, çox halda kamerada ilk gördüyümüz səhnədə, bir futbolçunun digərinə yönəlik qayda pozuntusunda donub qalırıq. Halbuki başqa oyunçular, hakimlər, böyük stadion və içində onun da olduğu böyük bir şəhər vardır. Görmərik, göstərməzlər…

Durum belə olunca, müzakirə etdiklərimiz bir arpa boyunu keçməz. Ayrıca, müzakirə etdiklərimizin tamamına yaxını mahiyyəti əhatə etməz. Mövzudan uzaq məsələləri müzakirə edərik.

Türkiyəyə, seçkilərə, İmamoğluna, MSK-ya gələcəm. Amma öncə daxildə gərginliyin nə üçün artdığına baxaq.

Türkiyə xüsusilə 15 iyuldan sonra yolayrıcına girdi. ABŞ-NATO-Qərb vektorundan uzaqlaşıb Avrasiyaya lövbər saldıBaxın, bütün toqquşmaların təməl səbəbi budur. Gerisi hekayədir.

Davam edək. ABŞ qlobal miqyasda qarşısı alınmalı rəqib olaraq Çini görməkdədirHəm enerjiyə, həm də ticarət yollarına nəzarət etmək istəyir. Çinin quruda yürüşünü durdurmaq üçün də, mübarizə aparma görüntüsü verərək, Rusiyanı yanına alır.

Yeri gəlmişkən, bu “mübarizə” halı 1945-ci ildən 1990-cı ilədək sürmüşdü. Kimsə bir şey anlamamış, hər kəs aralarında hər an böyük bir müharibənin çıxacağını sanmışdı. Təbii, olmadı.

ABŞ indi Rusiyanı hər daşın altından çıxan bir problem olaraq görməkdədir. Halbuki Rusiyanı uzun olmayan bir müddətdə iqtisadi baxımdan çökəldə bilər. Bunu edə bilər. Çini belə, bir-iki gün içində necə silkələdiyini gördük. “Vergi” sözü belə, Pekini sarsıtmaq üçün yetir.

Osmanlı, Roma, Britaniya və ABŞ kimi böyük dövlətlər əsla birtərəfli düşünməzlər. Bu, mümkün deyil. Avrasiya məsələsilə bağlı belə işin içində olduqlarını düşündürən çoxsaylı işarətlər vardır. Məsələn, NATO Baş katibi Yens Stoltenberq həmişə Rusiya ilə yaxın olub. Hələ 20 yaşlarında ikən Arbeiderbladet”də (Osloda çıxan gündəlik qəzet – tərc.) işləyərkən gələcəkdə Rusiyanın önəmli iş adamlarından biri olacaq şəxslə tanış olmuşdu. Həmin şəxs Arbeiderbladet”ə maliyyə dəstəyi verən Feliks Sater idi. Bəli, o, Trampın impiçment prosesilə bağlı adı çox çəkilən, daima xüsusi prokuror Robert Müllerin hədəfində olan həmin şəxsdir. Stoltenberqə KQB-dəki kod adını, yəni “Steklov”u verən şəxs də Saterdir.

Avropa Ordusunun qurulmasını ən çox istəyən şəxs də Yens Stoltenberqdən başqa biri deyildi. 2012-ci ildə Osloda AB-nin başlıca 3 qurumunun liderləri Nobel Sülh Mükafatını aldı. Orada çıxış edən Stoltenberq (yəni, “Steklov-Biftek”), Avropa Ordusunun işarətini verdi. Stoltenberq Rusiyanın dahiyanə planı ilə NATO Baş katibi oldu. NATO-nun güc itirməsinə səbəb olan şəxs də, qəti olaraq, Yens Stoltenberq oldu. Rusiya ilə bağlarını əsla qoparmadıBir neçə dəfə Soçiyə tətilə gedərkən Putinlə görüşdü. O görüşlərdə Sater də iştirak edirdi. Sater, bəlkə də, köhnə dostuna “salam” deyirdi.

KQB agenti Yens Stoltenberq Rusiya ilə qarşı-qarşıya gəlməz. Bunu amerikalılar da bilir. Yaxşı, bəs o, NATO-ya necə rəhbərlik edir? Bu, çox yerində olan, ağlı başında olan hər bir adamın verməli olduğu bir sual deyilmi? Soruşan varmı? Bilmirəm.

Durum beləykən, Stoltenberqin “Türkiyə öz müdafiə haqqından istədiyi kimi istifadə edə bilər. S-400 almasında çəkiniləsi bir şey yoxdur” anlamına gələn sözlərini necə şərh etmək lazımdır? NATO-nun komandanlığı ABŞ-da olduğuna, Rusiyadan əmr ala bilməyəcəyinə görə Stoltenberqin alyansdan ayrı düşməsi söhbət mövzusu deyil. Ola bilməz də.

Türkiyənin Çinlə ortaq Hava Hücumundan Müdafiə sistemi istehsalı layihəsinə qarşı çıxan ABŞ, S-400-lərin satın alınmasına reaksiya versə də, bu, sanki, layihənin ləğv edilməsini tələb edəcək bir qarşıçıxma deyil.

Biz seçkiləri və S-400-ləri müzakirə edərkən Erik Prins səhnəyə çıxdı. ABŞ “dərin dövlət”inin adamı olaraq hərəkət edən Prins, Çinin yaxınlarında önəmli bir təşkilat qurdu. Ayrıca, İŞİD-in də yeni patronu oldu. Beş il ərzində ortalarda görünməyən Bağdadinin səhnəyə çıxması da Prinsin işidir. Prinsin əmri ilə kamera qarşısına çıxan Bağdadinin o videosu Misirdə, Sinay yarımadasındakı Dahab şəhərində çəkilib. Prinsin Dahabda sahil zolağınada yerləşən təhlükəsizlik şirkəti “Akademiya”nın təhlükəsiz bir evində edilən bu çəkiliş şirkətin informasiya texnologiyaları mərkəzi tərəfindən yayıldı. Erik Prins, İŞİD-in hələ çox önəmli olduğunu və bir çox ölkədə təsirli ola biləcəyini müdafiə edən biridir. İndi İŞİD-i yönləndirəcək olan Prins, bir çox ölkə üçün hazırlıq görür.

Bağdadi çəkilişdən bir neçə gün öncə Prinslə görüşdü. Prins bu dəfə də Çində qurduğu Frontier Services Groupilə İraqda çalışmalara başladı. Bu, Çin əməliyyatları öncəsi böyük hazırlıq olaraq görülür. Çünki Frontier Services Groupda 2 min çinli işləməyə başladı.

ABŞ Çini yalnız Orta Şərqdə – Avrasiyada durdura bilər. Neft istehsal edənlərlə iş tamamdır. ABŞ-ın sözündən çıxan, çıxa bilən yoxdur. Ancaq bu, Çini durdurmaq üçün yetərli deyil. Bu səbəblə, “Avrasiya bəndi” şərtdir. Rusiyaözü Çinlə yaxın olsa da, keçirdiyi narahatlıqlar sirr deyil. Türkiyə, doğrusu, uzun müddətdir ki, ABŞ-la dalaşır. İran da həmçinin. ABŞ bizimlə dalaşarkən həm YPG-dən ordu qurur, həm də Peşmərgəni mümkün olduqca böyüdür. İrana qoyulan embarqo isə, əslində, Çinə qoyulan embarqodur. Çünki İrandan enerjini alan Çindir.

Mənə elə gəlir ki, ABŞ-la Rusiya arxa planda əl-ələdir. Biz bunu bəlkə 50 il sonra görəcəyik. Bilmirəm. Ancaq verilənlər sanki böyük oyuna işarət edir.

Dənizlər, pul, silah və neft ABŞ-da. Nəzarət onlarda. ABŞ-ın Avrasiya üzərindən çəkdiyi sədd Çinin Asiyada durdurulmasında təhlükəsizlik kəmər funksiyasını yerinə yetirəcək.

Rusiya ABŞ-ın rəqibi olmadı, ola bilməz də. Avrasiya bloku ABŞ-la qarşı-qarşıya gələcək, lakin toqquşmayacaq. Çin də problem görmədiyi bu blok tərəfindən “airbag” (hava yastığı – tərc.) zərbələrilə “yumşaldılacaq”Avropa da, İngiltərə də bu modellə cilovlanacaq.

Açar ölkə Türkiyə olacaq. Məhz bu səbəblə, ABŞ-dan uzaqlaşaraq Rusiya ilə irəliləyərkən “vaz keçməyək” deyə YPG-Peşmərgə böyüdüləcək. Maliyyə əməliyatları da qırmızı həyəcan siqnalı verilən hallarda dövrəyə girəcək.

Dünən də yazdığım kimi, uzaqdan baxdıqda durum belə görünür. Hər kəsin rolu yavaş-yavaş müəyyənləşir.

Daxili vəziyyətə dönək. Bu, ABŞ-NATO-Qərb ittifaqını istəyənlərlə “Qərbdən nə gördük ki, yemədiyimiz əməliyyat qalmadı” deyərək Avrasiyanı son dayanacaq olaraq görənlərin mübarizəsidir.

Hərbi, siyasi, iqtisadi sahədə də durum budur. Daxildə iki böyük təzyiq ünsürü mövcuddur və onlar münaqişədədirlər. CHP, İYİ Partiya və Səadət Partiyası NATO-Qərb tərəfində görünməkdədir. AKP daxilindəki müxalif şəxslər də. Ankara isə NATO-Qərb tərəfinə inana bilmədiyi üçün ondan uzaqlaşmaqdadır.

Yeni balans Türkiyə üzərindən qurulmaqdadır. Gərginliyin bu qədər artmasının səbəbi budur. Şəxslər deyil, mövqelər önəmlidir. Görünür, bu yay isti keçəcək…Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam