“KREML ÖZÜNÜ HƏDDİNDƏN ARTIQ ÇƏTİNƏ SALIB” –“NATO müdafiə nazirləri Rusiyanın raket təhlükəsinə qarşı cavab hazırlayırlar”
“NATO-nun bu yaxınlarda Rusiyanın yeni qanadlı raketləri ilə bağlı keçirdiyi yığıncaqda Polşa səfiri özünün Qərbi Avropadan olan həmkarlarına üz tutaraq “Kluba xoş gəmişsiniz” sözləri ilə müraciət edib.
Yenixeber.org: Rusiyanın yeni qanadlı raketləri Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqaviləni pozur. NATO-nun şərq cinahındakı ölkələr artıq çoxdandır ki, Rusiya raketlərinin fəaliyyət radiusunda yerləşir”. Bu fikirlər ABŞ-ın “Wall Street Journal” nəşrində yayımlanan məqalədə yer alıb.
Məlumata görə, məqalədə daha sonra qeyd olunur: “İndi rusların yeni “9M729” raketləri Qərbi Avropa ölkələrinə Moskvanın təhlükəli hərbi üstünlük qazanmasını etiraf etdirir. NATO-nun 29 ölkəsinin müdafiə nazirləri fevralın 14-də iki günlük görüşlərinə yekun vurublar.
Onlar silahlar üzərində nəzarətlə bağlı keçirdikləri görüş zamanı mümkün cavab tədbiri kimi önləyici faktorları və diplomatik məsələləri müzakirə ediblər. ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan deyib: “Yeni reallığın yaranması üçün ABŞ müttəfiqləri ilə etibarlı şəkildə fəaliyyətə hazırdır”.
ABŞ hökuməti bildirib ki, Orta və Yaxın Mənzilli Raketlərin ləğvi Müqaviləsindən çıxacaq. Bu müqavilə ABŞ və Rusiyaya uçuş məsəfəsi 500 kilometrdən 5000 kilometrədək olan raketlərin istehsalına, həmçinin onların quruda bazalaşdırılmasına qadağa qoyur. Amerika bildirib ki, əgər Rusiya avqust ayına kimi “9M729” raket sistemlərini və bununla bağılı olan avadanlıqları, buraxılış qurğularını məhv etməsə, onda onlar bu müqavilədən çıxacaqlar. Moskvanın bu tələbləri yerinə yetirəcəyi ilə bağlı heç bir əlamət görünmür. Kreml bu raketlərin müqaviləni pozmadığını bildirir.
Litva müdafiə naziri Raymondas Karoblis deyib: “Hal-hazırda təhlükəsizliklə bağlı yeni vəziyyət yaranıb. Rusiya hərbi imkanlarını özünün fövqəldövlət rolunu bərpa etmək üçün istifadə edir”.
Müqavilənin pozulması soyuq müharibə dövrünün nüvə müharibəsi və silahlanma yarışı ilə bağlı qorxuları dirçəldib. 1980-ci illərdə ABŞ Avropada orta mənzilli nüvə silahları yerləşdirmişdi və bu bəzi ölkələrdə güclü ictimai rezonanas doğurmuşdu. Ümumi yekunda isə 1987-ci ildə Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqavilə imzalanmışdı.
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Rusiya raketlərinin yerləşdirilməsinə qarşı əks addımlar atmaq niyyətində deyil. Bəzi müttəfiqlər silahlanma üzərində nəzarətlə bağlı yeni səylər göstərməyə çağırışlar edirlər. Başqaları isə, xüsusən də Rusiya ilə qonşu ölkələr raket əleyhinə müdafiə komplekslərinin yerləşdirilməsi təşəbbüsü və mobil güclərin artırılması kimi daha səmərəli qabaqlayıcı tədbirlər təklif edirlər.
Son illər Şimalı Atlantika Alyansı öz silahlı güclərinin hazırlıq və mütəhərriklik qabiliyyətinin artırlması üzərində gərgin işləyir. Alyans gələcəkdəki kritik an üçün qoşun birləşmələri sayının çevik sürətdə artırlmasını nəzərə alaraq onları Rusiya ilə sərhəddə yerləşdirib.
Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddi olan Litvanın nümayəndəsi deyib: “Bu başlanğıc kimi ləyaqətli addımdır, lakin böyük potensialın yaradılması üçün bizə daha ambisiyalı tapşırıqlar lazımdır”.
Pentaqon rəhbəri qismində NATO-nun mənzil qərargahına ilk dəfə səfər edən ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan alyansın ünvanına Trampın söylədiyi kəskin sözlərdən sonra müttəfiqləri ABŞ-ın NATO ya sadiq qalacağını əmin etməyə çalışıb.
Şanahan deyib: “Birləşmiş Ştatlar NATO-ya sadiqdir. Bizim 5-ci bəndlə bağlı olan öhdəliyimiz tam şəkildə öz yerində qalır”.
Şanahon Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaları istiqamətindəki tərəqqini yüksək qiymətləndirib. Tramp əksər üzv ölkələrdən Ümumi Daxili Məhsullarının 2 %-ni müdafiə xərclərinə ayırmalarını tələb edirdi.
Şanahonun sözlərinə görə, 100 milyard dollarlıq əlavə hərbi xərclərin demək olar ki, üçdə biri Almaniyanın üzərinə düşür. Müttəfiqlər gələn ilin sonunadək üzərlərinə düşən məbləğin ödənilməsi barədə öhdəlik götürüblər. Şanahon əlavə edib ki, Almaniya daha çox şey etməlidir, belə ki, bu ölkənin 2024-cü ilədək hərbi xərclər planı ÜDM-in yalnız 1,5 %-nə yüksələcək.
Stoltenberq qeyd edib ki, son illərdə Avropadakı ABŞ qoşunlarının sayının artması, onların bu alyansa göstərdikləri sadiqliyin bariz əlamətidir. Həmçinin Rusiyanın qonşusu olan Norveç və Polşadakı Amerikan əsgərlərinin sayı da bir neçə yüz nəfər artıb.
ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını deməsi onun Avropa müttəfiqlərini Rusiya raketlərinin təhlükəsinə qarşı önləyici tədbirlər planı hazırlamağa məcbur edib.
NATO-nun bəyanatına görə, Rusiyaya qarşı qərəzsiz hərəkət və bundan çıxan ən doğru nəticə – daha güclü və yaxşı maliyyələşdirilmiş Qərb alyansıdır.
Avropadakı ABŞ silahlı qüvvələrinin keçmiş komandanı general-leytenat Ben Hoces deyib: “Görünür ki, Kreml özünü həddindən artıq zora salıb”.(azpolitika)
Vaqif