ABŞ prezidenti Donald Trampın fevralın 2-də Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başladıqları barədə bəyanatı qlobal gündəmdə şok effekti yaratdı. Moskvanın buna cavabı gecikmədi. Rusiya prezidenti Vladimir Putin ölkəsinin razılaşmadan çıxdığını bəyan etdi.
Yenixeber.org: Qərb KİV-inin yazdığına görə, ABŞ-ın qərarı ilə əlaqədar olaraq Rusiya və Avropanın çiyinlərində strateji sabitlik sahəsində problemlər düşür.
Konqres üzvləri artıq bildiriblər ki, prezident administrasiyasının raket demarşı NATO daxilində parçalanmanı gücləndirə bilər. Ekspert mühitində isə qeyd edirlər ki, Vaşinqton özü üçün daha əlverişli şərtlərdə güc balansı konsepsiyasını təkrar gözdən keçirmək və ağır öhdəliklərdən imtina etmək istəyir.
Vaşinqton Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanmış müqavilənin saxlanılması üzrə dialoqun yeniləməsinə hazır olduğunu bildirmiş və şərtlərini yazılı formada Rusiya tərəfinə vermişdi. Ağ Evin Milli Təhlükəsizlik Şurasından verilən məlumata görə, 9M729 raketləri, onunla bağlı işəsalma qurğuları və müşayiət avadanlığının tam məhv edilməsi dialoqun yenilənməsi üçün başlıca şərt idi.
Rusiya tərəfi 9M729 raketinin xarakteristikalarının müqaviləyə uyğunluğunu göstərən sübutları açıqlamaq üçün xüsusi brifinq təşkil etdi, ancaq Vaşinqtonu bu sübutlara inandıra bilmədilər.
Nəhayət, fevralın 1-də ABŞ prezidenti bəyan etdi ki, ABŞ fevralın 2-dən Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır.
“Rusiya çox uzun müddətdir ki, qadağan edilmiş raket sistemini gizli hazırlayaraq müqaviləni pozurdu. ABŞ sabah müqaviləsi üzrə öz öhdəliklərini dayandıracaq və müqavilədən çıxış prosesinə başlayacaq. Əgər Rusiya müqaviləni pozan bütün raketləri və onlarla bağlı avadanlıqları məhv edərək müqavilənin yerinə yetirilməsinə qayıtmasa, prosedur 6 ay sonra başa çatacaq”, - Trampın bəyanatında deyilirdi.
Ancaq ekseprtlərə görə, ABŞ-ın raket demarşının əsas ünvanı Rusiya deyil, Çindir. Qeyd edilirm ki, razılaşmada iştirakın dayandırmasından sonra, ABŞ Çinlə müqayisə edilən səviyyəyə çatmaq üçün öz arsenalının inkişafı ilə məşğul olacaqlar. Amerika tərəfinin məlumatlarına görə, Çinin arsenalında hazırda 2 mindən çox ballistik və qanadlı raket var, bunun təxminən 95 faizinin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin pozduğu deylir.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırıb ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.
“Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri yekunlaşdırıb.
“Başqa ölkələr” deyiləndə isə burada söhbət ilk növbədə Çindən gedir. Amma müqavilənin icrasının dayandırılmasından sonra Avropanın ciddi təhlükə ilə üz-üzə qalacağım bildirilir. Əgər sənədin mümkün denonsasiyasından sonra Vaşinqton öz arsenallarının təkmilləşdirilməsi haqqında qərar qəbul edərsə, muqavilə ilə qadağan edilmiş raketlərin Avropada yerləşdirilməsi üçün müttəfiqləri ilə əlavə ölçüləri uyğunlaşdıracaq. Ekspertlər ehtiyat edirlər, belə raketlərin Avropada yerləşdirilməsi Rusiya ərazisindəki hədəflərə qədər uçuş müddəti 7 dəqiqədən 10 dəqiqəyə qədər təşkil edəcək.
Müqavilənin dayandırılmasının başqa nəticəsi Şimali Atlantika İttifaqında parçalanma ola bilər.
“Baxmayaraq ki, NATO ABŞ-ın qərarına dəstək haqqında bəyanatla çıxış edib, bu, ittifaq daxilində vəziyyəti zamanla yalnız ağırlaşdıracaq”, – ABŞ Konqresinin Nünayəndələr Palatasının üzvləri Eliota Enqela və Adam Smitin birgə şərhində deyilir.
Qanunvericilərin məlumatına görə, ABŞ prezident administrasiyası NATO-da müqavilə haqqında müzakirələri bloklayıb. Enqela və Smitin qiymətləndirməsinə görə, Vaşinqton Avropadakı müttəfiqlərinin etibarı itirir və indi belə bir perspektiviylə qarşılaşırlar ki, Rusiya nüvə döyüş başlıqlı yeni raketlərini onlara tuşlayacaq.
Daha əvvəl Moskva açıqlayıb ki, ABŞ Orta və kiçik mənzilli raketlərin ləğv olunması haqqında Müqavilədən çıxsa, öz raketlərini Avropaya yerləşdirə biləcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, belə olan halda Rusiya həmin raketləri hədəfə alacaq.
“Məsələ ondadır ki, ABŞ-ın müqavilədən çıxması “soyuq müharibə” illərində olduğu kimi, onun orta və kiçik mənzilli raketlərini Avropa ölkələrində quraşdıracağı potensialını daşıyır. Həmin raketlərin orada quraşdırılması və potensial olaraq Rusiya Federasiyasına tuşlanması ona gətirib çıxaracaq ki, Rusiya paritet yaratmaq məqsədilə həmin atəş qurğularını öz arsenalından olan raketlərlə hədəfə alacaq”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu, baş versə, keçmişdə “soyuq müharibə” dövründə yaşanmış situasiya təkrarlanacaq.