Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

NATO Rusiyaya qarşı hərəkətə keçir:Amerika raketləri 6 ay sonra...

 

NATO Rusiyaya qarşı hərəkətə keçir: Amerika raketləri 6 ay sonra...

NATO Çexiyada Amerika raketlərinin yerləşdirilməsi planına qayıda bilər.

 Yenixeber.org: Bu haqda respublikanın müdafiə naziri Lubomir Metnar “Pravo” nəşrinə müsahibəsində bildirib.

Onun fikrincə, bu məsələnin müzakirəsi yarım il sonra başlanacaq. Həmin tarixdə ABŞ və Rusiya arasında Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması üzrə qəti qərar qəbul oluna bilər.

“Ola bilər ki, müqavilənin icrasının dayandırılmasından sonra təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi olacaq. NATO-da bu haqda müzakirələrin başlana biləcəyi istisna etmirəm”, - nazir qeyd edib.

Xatırladaq ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.

Yanvarın 4-də isə NATO-nun baş katibi Yens Stoltenberq bildirdi ki, Rusiya müqaviləyə qayıtmasa, Şimali Atlantik İttifaqı reaksiya verəcək. O, Avropada Amerika raketlərinin yerləşdirilməsinin imkanı haqqında suala cavab verməkdən yayındı, amma göstərdi ki, artıq orada nüvə yükünü daşıya bilən və razılaşmanı pozan Rusiyanın “SSC-8” raketləri var.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam