Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?-"Zəng vurdu, bizi təhdid etməyə başladı..."

 

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama ilə çıxış edib.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, H. K.Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, qeyd edib ki, yerli toxumu qalmayan, xaricdən buğda toxumu almaq məcburiyyətində qalan bir çox ölkələr belə problemlərlə üzləşirlər. Belə ölkələri aclıqla təhdid edilərək onlara GMO  toxumlar verilir.

Böyüközər həmçinin bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb.

Azərbaycan ölkəyə GMO məhsullar buraxmayan nadir ölkələrdən olsa da, toyuqlara verilən qarğıdalıdan nümunələr götürülərək İstanbula gətirdik. Nümunələr GMO testi üçün labarotoriyaya göndərildi. Elə həmin ərəfədəTürkiyədən bir telefon zəngi gəldi. Bizdən çox kobud tonda nümunələri nə edəcəyimizi soruşdu, cavablandırdıq. Bu dəfə “sizə yanlış nümunə veriblər, doğru nümunəni firma sizə göndərəcək” dedi. Ona “biz lazımi nümunələri götürmüşük, siz niyə işimizə qarışırsınız?” dedikdə isə tanınmış bir şirkətin Türkiyə təmsilçiliyindən olduqlarını deyib bizi təhdid etməyə başladı”, - deyə H. K.Böyüközər qeyd edib.

GIMDES sərdi deyir ki, bütün lazımi təhlillər aparıldıqdan sonra nəticədə Azərbaycanda broyler firmasında toyuqlara verilən qarğıdalının GMO-lu olduğu ortaya çıxıb.

“Azərbaycana GMO-lu məhsulların gətirilməsi qadağan olsa da, demək həmin şirkət saxtakarlıq edərək həmin GMO-lu qarğıdalıları ölkəyə keçirib”, - deyə Böyüközər bildirib.

Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyası  (GIMDES) Türkiyədə 2005-ci ildən fəaliyyət göstərir. İndiyə qədər Azərbaycanın bir çox broyler şirkətləri bu sertifikatı almaq üçün Assosiasiyaya müraciət ediblər.

 Məlumata görə, Azərbaycandan Assosiasiyaya ilk müraciət edən şirkətlərdən biri “Səba” (“Dəvəçi broyler”) olub. Lakin şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən redaksiyamıza bildirildi ki, fabrikin məhsulları bir neçə il dalbadal bu sertifikatı alıb, şirkət imtina cavabı almayıb: ““Səba” şirkəti illərdir GIMDES-in halal sertifikatını alır və hər il də yenilənir. Digər tərəfdən isə “Səba” şirkəti toyuqların bəslənməsində özünün istehsal etdiyi qarğıdalıdan istifadə edir. Məhz bu səbəbə görə, 2008-ci ildən, dünyada quş qripi yayılmağa başlayanda xaricdən gətirilən qarğıdalıdan imtina olunub. 2011-ci ildən isə qarğıdalı əkininə başlanılıb və 2012-ci ildən toyuqlara yerli istehsal olan yem verilir. “Səba” GIMDES-ə də yalnız özünün istehsal etdiyi yemdən göndərib”, - deyə şirkətdən bildirdilər.

İlk GIMDES sertifikatı “Səba” şirkətinə 2014-cü ildə verilib və hazırda sertifikatın bitmə müddəti 2019-cu ilin sentyabr ayıdır. Bu barədə GIMDES-in saytında məlumat verilib. Sertifikat verilməyən və müddəti bitən şirkətlərin adları qeyd olunsa da, bunlar son 1 və ya 2 il ərzində müraciət edən şirkətlər olduğundan H.K. Böyüközərin haqqında danışdığı broyler barəsində məlumat qeyd olunmayıb.(virtualaz.org)  

Gülnar Əliyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam