Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaz oğurluğu:“Azəriqaz” məşhur broyleri suçlayır

Qaz oğurluğu:

 

 

Son günlər Lerik Broyler MMC-nin adı iki qalmaqallı məsələdə hallanır

 

Yenixeber.org: Azərbaycanın ən iri quşçuluq müəssisələrindən biri olan Lerik Broyler MMC-nin eyni vaxtda iki dövlət qurumu ilə problem yaşaması maraq doğurub.

Məlumata görə, broyler şirkəti Azərişıq ASC-ni məhkəməyə verib. Foodinfo.az saytının yaydığı məlumata əsasən, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi isə qətnaməni qismən ləğv edib. Hazırda MMC ilə ASC arasındakı işə Ali Məhkəmədə baxılır.

“Lerik Broyler”lə bağlı yaranmış digər problemi isə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib. Hüquq müdafiəçisinin sözlərinə görə, araşdırmalar zamanı Lənkəran Regional Qaz İstismari İdarəsinin Lerik sahəsi üzrə qəbul olunan qazın satılan qazdan artıq olması məlum olub. Yaranan itkiyə səbəb kimi Lerikdə fəaliyyət göstərən “Lerik Broyler”in sayğacsız, oğurluq qazdan istifadə etməsi göstərilib.

Hər iki məsələ ilə əlaqədar “Lerik Briyler”in mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Qeyd edək ki, Lerik Broyler MMC Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir. Onun məhsulları “Lebro” brendi ilə satışa çıxarılır. İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam