Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərbin yasaqladığı “Monsanto” “Səba”ya ayaq açıb:GMO, xərçəng və Quliyevlərin – Dosyesi

 

 “Səba” ictimaiyyətə elan edib ki, məhsullarını bütün marketlərdən geri yığır.

Yenixeber.org: Şşirkət istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq edib.

Satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər.

                                     ► “Monsanto”  GMO verir

Elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub.

Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılıb, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donub. Amma “Səba”nın məhsullarının keyfiyyəti barədə şübhələr var.

Belə ki, “Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb.

Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.

Lakin burada qaranlıq bir məqam var ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb.

                            ► Telman Zeynalov: “Siçovul ölür, insanlar xərçəngə düçar olur”

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov kəskin və dəqiq cavab vermişdi: “Əgər ölkədə GMO-nu təyin edən laboratoriya yoxdursa, kim sübut edə bilər ki, o məhsulun tərkibində GMO yoxdur.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər.

Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar.

Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi.

Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır. Kim təminat verə bilər ki, Türkiyənin biznesmenləri təmiz insanlardır. Bilirsinizmi, pul olan yerdə hər şey taptalanır”.

                              ► İradə Yaqubova: “Səba soya unu qatır”

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında GMO-dan danışmışdı:

“Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa.

Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan.

Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır.

Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”.

"ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova

 

                                        ► “Nyukasl” xəstəliyi…

İddiaya görə 2013-cü ildə “Səba” Broylerdə təxminən 200 mindən çox toyuq «nyukasl» xəstələyindən tələf olub və bu toyuqlar müəssisə rəhbərliyninin tapşırığı ilə satışa çıxarılıb.

Xatırladaq ki, «nyukasl» xəstəliyi toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır.

Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir.

Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir.

                  ► “Səba” prezidentini bank sədri və “Azərsu” şefi ilə nə bağlayır?

Onu da deyək ki, Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək “Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edirdi.

Qoşqar Şirinov iddia edirdi ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq Quliyevi taxılçılıq adı altında onlardan alıb.

Belə ki, “Qarabağ Taxıl” MMC “Qoşqar” kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.

“Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır.

Namiq Quliyevin vətəndaşları aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb.

Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.

Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir. Bu bankın əsas sahibi Mərkəzi Bank sədri Elman Rüstəmov olduğu deyilir.

Mediada Füzuli rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə “Səba Broyler”ə verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi ilə bağlı şikayətlər yer almışdı.

Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq Quliyev “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli torpaq sahələri əkib.

Xatırladaq ki, “Səba” ticarət nişanı “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

“Dəvəçi Broyler” ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazası əsasında yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir.

2002-ci ildə Azərbaycan bazarına “Səba” ticarət nişanı altında bütöv toyuqlar və toyuq hissələri satışa çıxarılıb.

2011-ci ildə isə bazara kotlet, sosis, naget və s. kimi dərin emallı toyuq məhsulları çıxarmağa başlayıb. Şirkətə məsələlərlə bağlı sorğu göndərmişik.Yunis/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam