Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2014-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 12 731,0 milyon manat, büdcə xərcləri isə 10 117,2 milyon manat təşkil edib

"Xeberinfo.com":  Fondan verilən məlumata görə, 2014-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri isə  387,2 milyon manata bərabərdir.
Hesabat dövrü ərzində, Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 milyon manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 57,1 milyon manat vəsait ayrılmışdır. 33,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. "Star" neft emalı kompleksinin tikintisi üzrə 223,5 milyon manat, "Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 milyon manat vəsait ayrılmışdır.  2014-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 45,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 611,9 milyon manat təşkil edib.
2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37 104,1 milyon ABŞ dollarına bərabər olub.
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam