Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xarici ölkədə vəzifədə olan azərbaycanlılar- FOTOLAR

 Bu gün dünyanın 70-dən çox ölkəsindən 50 milyon azərbaycanlı yaşayır.
Daha əvvəlki yazımızda beynəlxalq şirkətlərdə çalışan soydaşlarımız barədə məlumat vermişdik. Ancaq xaricdə yaşayan azərbacanlılar sadəcə özəl sahələrdə deyil, həmçinin dövlət qurumlarında da çalışırlar.
Minval.info əcnəbi ölkələrdə yaşayıb rəsmi dövlət qurumlarında vəzifə sahibi olan həmyerlilərimiz barədə kiçik araşdırmanı təqdim edir:
ABŞ-ın Santa Clarita Valley şəhərciyinin Şerif müavini vəzifəsini həmyerlimiz Etibar Xəlilova həvalə ediblər.  “ABŞ vətəndaşlığı olmaq üçün mənə 10 il lazım gəldi. 2012-ci ildə mən vətəndaşlıq qazandıqdan sonra LASD-a müraciət etdim və imtahanı keçdim. Sonra tələbləri yerinə yetirməyə və prosesi tamamlamağa iki il sərf etdim. Mövqeyimə görə Şerifdən Moskva Təhlükəsizlik İdarəsinə göndərildim. Burada ingilis dilində göndərilən yazışmaların hamısı rus dilinə tərcümə olundu. Bu çox uzun çəkdi. Amma mən gözlədim və gözlədiyim kimi də oldu, ailəmə dəstək vermək üçün bir iş tapdım” deyə, Etibar Xəlilov özünün vəzifəyə gedən yolunu izah edib.


Bildirilir ki, onun hüquq-mühafizə orqanlarına xidmət etmək istəyi ailəsindən qaynaqlanır:
“Dörd qardaşımdan üçü hüquq-mühafizə orqanlarında çalışır, ən böyük qardaşım Moskva Polis Şöbəsində işləyir, kiçik qardaşım isə Azərbaycanda dedektivdir. Yəni bu, təbii olaraq gələn bir şeydir və biz seçdiyimiz bir şeydir”.
Əcnəbi ölkədə önəmli vəzifələrdən birini də Züleyxa İzmayılova tutur. O, Estoniyanın Tallin şəhərinin meridir. Züleyxa 2016-cı ildə Anne&Stiil jurnalının versiyasına görə, Estoniyada “İlin qadını” seçilib. 2017-ci ildə “Estoniya Yaşıllar” partiyasının sədri olub və nəhayət, ötən il şəhərin meri seçilib. Siyasi fəaliyyətinə görə, həmvətənimiz digər partiya üzvlərindən birindən təhdid dolu mesaj alıb. O, hətta ölkədən qovulmaqla belə hədələnib.



Züleyxa İzmayılova Estoniya kökumətinin idarə edilməsində iştirak edən tək azərbaycanlı deyil. Estoniyadakı Azərbaycan diasporunun nümayəndəsi Eldar Əfəndiyev 2002-ci ildə Estoniya milli münasibətlər və məskunlaşma naziri olub. O, həmçinin, Estoniya parlamentinin X və XI çağırışlarının deputatıdır.
Roman Əliyev hazırda Latviya Təhsil Nazirliyinin Məşvərət Şurasının sədridir. Fəlsəfə elmləri namizədi olan həmyerlimiz Latviya parlamentinin yeganə azərbaycanlı deputatı Roman Naudinşqanunverici orqanın komitələrindən birinin rəhbəri seçilib. 2014-cü il noyabrın sonuna qədər bu ölkənin regional inkişaf və ətraf mühit naziri işləyən Roman Naudinş ötən il oktyabrın 4-də keçirilən parlament seçkilərində iştirak edib və qalib gəlib. Nazir vəzifəsində qalmağı istəməyən azərbaycanlı deputat səs çoxluğu ilə parlamentin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri seçilib.


Vəzifəli həmvətənlərimizin çoxu isə Rusiya və Ukrayna dövlət qurumlarında çalışır.
Rusiya rabitə və kütləvi kommunikasiyalar nazirinin İT sahəsi üzrə müavini azərbaycanlı Rəşad İsmayılovdur. 1988-1991-ci illər aralığında Moskva Kimyəvi Maşınqayırma İnstitutunda dərs deyən həmyerlimiz sonrakı dövrdə informasiya texnologiyaları (İT) üzrə müxtəlif müəssisələrdə çeşidli vəzifələr tutub. “Ericcson Rusiya”, “Nokia Siemens Netvork Rusiya” şirkətlərində bir sıra bölmələrə rəhbərlik edib. Rabitə nazirinin müavini təyinatına qədər Rəşid İsmayılov “Huawei Technologies” şirkətində vitse-prezident kürsüsünü tutub.
Bu ilin fevral ayında Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edibO, nazir müavini kimi kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdehdir.


Bundan əvvəl Talıbov Rusiya Mərkəzi Bankının katibliyinin rəhbəri vəzifəsini tutub. İqtisadi İnkişaf Nazirliyində isə təyin olunduğu postda İqor Revanı əvəz edib.
Talıbov 1979-cu ildə anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2002-ci ildən 2008-ci ilə kimi İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərib. 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2012-ci ilin iyununda  Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. 2013-cü ilin iyul ayında Rusiya Mərkəzi Bankının Katibliyinin rəhbəri vəzifəsinə təyin edilib.
Ukraynada yaşayan və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə Ukrayna Nazirlər Kabinetinin tərkibində milli azlıqlar üzrə yaradılan şurada təmsil olunur.


Ukraynada yaşayan digər soydaşımız Paşa İlisuyski (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb. O, XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. Onun üzvü olduğu məsləhətçi şura xarici siyasətdə əsas istiqamətləri müəyyənləşdirir və səfirlərin təyin olunmasında başlıca funksiyaları həyata keçirir. Ukraynada Paşa İlisuyski həm də biznes fəaliyyəti ilə məşğul olub. Bundan öncə isə Azərbaycanın diplomatik xidmətində çalışıb. 2009-2010-cu illər ərzində Azərbaycanın Dubaydakı vitse-konsulu vəzifəsini icra edib.

Digər soydaşımız Aqiyə Axundova Ukrayna İcra Xidmətinin birinci müavini vəzifəsində çalışır. O 2007-ci ilə qədər şəhər məhkəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr” vəkil bürosunda fəaliyyətə başlayıb. Aqiyə Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi işçidən direktor müavini və direktor vəzifələrinə qədər yüksəlib.
       

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam