Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BAKININ ABADLIĞI ADI ALTINDA BÜDCƏ TALANI! –“Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur


 “Baki Abadlıq Xidməti” MMC özəl müəssisəsinin yerli icra hakimiyyəti orqanları ilə əlbir olaraq  dövlət büdcəsinin vəsaitlərini mənimsədiyinə dair iddialar var. Bu haqda “haqqın.az” saytında dərc olunan yazının tərcüməsini ixtisarla dərc edirik.

Yenixeber.org: Şəhər büdcəsi kimlər üçün boş, kimlər üçün doludur? 

Necə olur ki, Bakı Şəhər İcra Hakimiyyəti özəl qurumlar üçün milyonlarla pulu səxavətlə paylayır, amma növbə dövlət qurumlarına çatanda büdcənin boş olduğu bildirilir? Bəlkə, meriyada özəl sektora xüsusi rəğbət var?
Xeyr, onlarla özəl şirkətin və şəxsin də bu qurumdan verdiyi mallara, göstərdikləri xidmətlərə görə müqavilə üzrə almaları olduqları vəsaitləri ala bilmədiyini göstərən çoxsaylı faktlar var. Deməli, məqsəd başqadır…

Məlum olduğu kimi, Bakının abadlaşdırılmasına cavabdeh olan dövlət qurumu – Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi hər il Vergilər Nazirliyi və Hesablama Palatası tərəfindən ciddi yoxlanılır. Bunun nə demək olduğunu hər bir təsərrüfatçı yaxşı anlayır. Təsərrüfat Birliyinin rəhbərliyi təxminən bir ay Hesablama Palatasının auditorlarının, bundan bir qədər də çox vergi işçilərinin sorğularını cavablandırmalı olurlar.  Hər bir yoxlama nəticəsində də ciddi nöqsanlar aşkarlanır.
Auditorların ötənilki yoxlamalarının nəticələrindən biri diqqəti cəlb edir. Orada qeyd edilir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyi kənardan sifariş axtarmaqda az maraqlıdır. Yəni, yalnız dövlət sifarişini yerinə yetirməklə kifayətlənirlər. Düzgün iraddır. Əlavə gəlirlər təsərrüfat rəhbərliyinə işçilərinin maaşını artırmağa və texnika almağa kömək edərdi. Amma Yaşıllaşdırma Təsərrüfat Birliyinin rəhbərliyini bunlar deyil, tamam başqa məsələlər düşündürür: Hamının gözü qarşısında dövlətin yaşıllaşdırmaya ayırdığı vəsaitlər başqa qurumların vasitəsilə talandığı halda, kənardan sifarişlər haqqında necə düşünmək olar?

Yaşıllaşdırma Təsərrüfat Birliyinin baş direktoru niyə susmağı üstün tutur?

Əsas odur ki, işdə qalasan. Sakit oturmaqla, heç olmasa maaş ala bilərsən. Amma həddən artıq fəallıq həm dövlət orqanındakı vəzifəni, həm də xidməti ərazilərinin tam itirilməsinə gətirib çıxara bilər. Hər halda görünür bu dövlət strukturuna yalnız “öz işi” ilə məşğul olmağı elə möhkəm “tapşırıblar” ki, burada “Bakı Abadlıq Xidməti” MMC barədə heç nə danışmaq istəmirlər. Halbuki, bunlar açıq-aşkar rəqib firmalardır. İstənilən sahibkar da rəqibi əleyhinə müxtəlif kompromatlar olur. Lakin bu, təsərrüfatına aid hər məsələni “sükutla” qarşılayan Yaşıllaşdırma Təsərrüfat Birliyinin baş direktoru Vaqif Novruzova aid deyil.
Vaqif Novruzov
Və yəqin Novruzov düşünür ki, sakit qalmaq daha xeyirlidir. Nə olsun ki, Hökumət Evinin böyründəki yan bağları təsərrüfatın hesabından çıxarıblar. Sağ olsunlar, heç olmasa üç ayrı-ayrı hissədən ibarət kiçik bağın ən görünən hissəsini onda saxlayıblar.
Bu bağ da hökumət üzvlərinin gözləri qarşısındadır. Və belə bir qəribə mənzərə yaranır: binanın qarşısındakı parkı yaşıllaşdırmaq üçün, torpağı toxum səpilməzdən öncə, bağışlayın, peyinlə qarışdırılır. Onun xoşagəlməz iyi bir neçə gün ərzində ətrafa yayılır. İy zaman keçdikcə keçir, amma yaşıllıq uzun müddət göz oxşayır.
Həmin vaxt yan bağlarda köhnə çəmənlik əvəzinə, yeni ot rulonlarını səliqə ilə düzürlər. Novruzov özü də başa düşür ki, rulonları yığıb, yerinə yenisini döşəmək daha asandı. Və bu zaman xoş iydən başqa heç nə olmur. Amma nə etməli, büdcə yeni ot rulonları almağa imkan vermir.

Şəhər İcra Hakimiyyəti həmin qurumlardan da şikayət gözləyir ki…

Eyni mənzərə qonşu “Sahil” bağında da hökm sürür, dövlət qurumları burada yerləşir:  Şəhər Prokurorluğu, Axundov adına Kitabxana, “Sahil” metrostansiyası, Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının mərkəzi ofisi və s.

Belə təəsəvvür yaranır ki, Şəhər İcra Hakimiyyəti həmin qurumlardan da şikayət gözləyir. Həmin şikayət əsasında bu bağı da “Bakı Abadlıq Xidməti” MMC-yə vermək istəyir. Həm də yenə tendersiz, yenə digər yazılı prosedurların pozulması ilə… Halbuki, bütün şirkətlərə bərabər şərait yaratmaq daha yaxşı olardı. Ona görə də, haqlı şübhələr yaranır: niyə Hesablama Palatası və digər nəzarətedici qurumlar bir dəfə də olsun, “Bakı Abadlıq Xidməti” MMC-də dövlət vəsaitlərinin necə xərclənməsinə maraq göstərməyib?
Yox, biz Hesablama Palatasını ona xas olmayan vəzifənin icrasına – özəl qurumun yoxlanılması ilə məşğul olmağa çağırmırıq. Ancaq axı həmin özəl quruma da pul dövlət büdcəsindən daxil olur! Və vəsaiti ora bir dövlət qurumu – Bakı Şəhər İcra Hakimiyyəti ödəyir. Auditorlar isə nədənsə heç vaxt düşünməyib ki, niyə bu dövlət qurumu oxşar işlərə görə müxtəlif təşkilatlara özünün vəsait ayırmalarını belə kəskin fərqləndirir?

Abutalıbov tərəfindən tikilmiş “məxfilik qalası” kimlərə sərfəlidir?

Fevralın əvvəlində bütün ölkə KİV-ində “Baki Abadlıq Xidməti” MMC işçilərinin Heydər Əliyev prospekti boyunca saralmış otları yaşıl rənglə boyamaları barədə dərc olunmuş məlumatına təkcə Hesablama Palatası deyil, həm də hüquq-mühafizə orqanları da reaksiya vermədi. Görünür, bu qüdrətli MMC-yə çox şey olar.

Əlbəttə, şəhərin yaşıllıq təsərrüfatına ayrılan pulların həcmi az deyil. Təəssüf ki, bu barədə dəqiq məlumat tapa bilmədik. Və qəribə də deyil. Bakı Şəhər İcra Hakimiyyəti artıq xeyli  zamandır ki, tam məxfi dövlət qurumuna çevrilib. Mətbuat xidmətinin əməkdaşları da daxil olmaqla, bütün icra hakimiyyətinin əməkdaşları iddia edirlər ki, onlara jurnalistlərlə ünsiyyət iş üçün təhlükə yaradır. Heç bir rəsmi saytda da hər hansı maliyyə sənədi və ya göstəricisi tapılmır. Əlbəttə, bu, ölkə prezidenti İlham Əliyevin dövlət strukturlarında şəffaflığın təmin edilməsi, elektron hökumət adlanan müasir idarəetmə üsullarına keçməyin zəruriliyi çağırışlarına ziddir.
Ancaq Hacıbala Abutalıbov tərəfindən tikilmiş “məxfilik qalasını” dağıtmaq asan iş deyil. Meriya mətbuatın tənqidinə reaksiya vermir, nəzarət orqanları isə susur. Bəlkə də Bakı Şəhər İcra Hakimiyyətinin mövcudluğunu ümumiyyətlə unudublar? Meriyanın bu məxfiliyi  kimlərə sərfəlidir?
Biz bu suallara daha sonra ətraflı cavablar tapacağıq. Hələlik isə suallara Hesablama Palatasının saytındakı kiçik rəqəmlər və göstəricilərlə cavab verməyə çalışırıq. Bu məlumatlar şəhərin yaşıllaşdırılmasına ayrılmış maliyyə subsidiyaları barədə müəyyən təsəvvür yaratmağa imkan verəcək.

Hesablama Palatası nə deyir?

Ölkənin dövlət büdcəsinin xərclər hissəsindən göründüyü kimi, 2016-ci ildə Azərbaycanda tullantıların (yaşıllaşdırma işləri də bura daxildir) yığılması və təmizlənməsi, abadlaşdırılması üçün büdcədən 260 milyon manatdan çox pul ayrılıb. Yerli icra hakimiyyətlərinə bu məbləğin təxminən 150 milyon manatı ayrılıb.

Əgər nəzərə alsaq ki, bu məbləğin əsas hissəsi məlum səbəblərə görə, paytaxtın payına düşür, onda bu subsidiyanın ən azı yarısının Bakının yaşıllaşdırılmasına xərcləndiyi şübhə doğurmaz.
Qeyd edək ki, Ekologiya Nazirliyi və Nəqliyyat Nazirliyi (hər halda o Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşənə qədər) yaşıllıqların özlərinə aid hissələrini özləri maliyyələşdirib. Hansı ki, bu vəsait də dövlət büdcəsindən aidiyyəti üzrə nazirliklərə verilir. Eyni zamanda, Dənizkənarı Bulvar İdarəsinin, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “Təmiz Şəhər” ASC-nin, həm də digər orqanların ayrıca xərc bölməsi var.

Dövlətin maliyyə vəsaitilə “Bakı Abadlıq Xidməti” MMC inkişaf etdirilir

Daha bir detal diqqəti çəkir. Əgər xərclər bölməsində 8.2.2.7 (bərk tullantıların təmizlənməsi və abadlaşdırılması üçün yerli icra hakimiyyətlərinə ayrılır) büdcə paraqrafı üzrə son illər ayrılan vəsaitlərin həcmi azalırsa, əksinə, həmin bölmədə 8.2.2.9 (kommunal təyinatlı və yaşayış massivlərinə aid abadlıq infrastrukturunun bərpası) paraqrafa görə, eyni orqanlara ayrılan xərclər artır.

Burdan belə nəticə çıxır: bir neçə on milyon manatlıq subsidiya hər il “JEK”lər (MKİS) və bir neçə özəl qurum, o cümlədən “Bakı Abadlıq Xidməti” MMC arasında bölünür. Amma bu məbləğin nisbətən kiçik hissəsi, artıq qeyd etdiyimiz kimi, dövlət qurumlarına çatır. Və bunun əksinə olaraq dövlətin maliyyə dəstəyi ilə “Baki Abadlıq Xidməti” MMC-nin brend kimi inkişafı üçün xüsusi şərait yaradılır.
Təcrübədə belə hallar digər ölkələrdə də müşahidə olunur. Amma bütün bunlar, bir qayda olaraq, hansısa yüksək vəzifəli məmurun güclü dəstəyi ilə bağlıdır. Və onların hamısı öz mövqelərindən istifadə edərək dövlətin verdiyi səlahiyyətlərdən seçilmiş şirkətlər üçün daha əlverişli rejim yaradırlar. Sonra büdcə maliyyələşdirilməsinin artırılması və müxtəlif güzəştlərin verilməsi əldə edilir. Bütün bu işlər, əlbəttə ki, sadə deyil. Əslində həmin məmur hətta əgər onun yaranmasında əvvəlcədən iştirak etməyibsə belə, o şirkətin əsas sahibinə çevrilir.
Əlbəttə, bu zaman onun adı xüsusi olaraq açıqlanmır. Nəhayət, hər şey açılır, məmur isə xidməti vəziyyətindən və dövlət büdcəsindən istifadə yolu ilə korrupsiya səviyyəli gizli danışıqlarda  iştirak etdiyinə görə məsuliyyətə cəlb olunur. Belə olan halda məntiqli sual yaranır: “Bakı Abadlıq Xidməti” MMC-nin arxasında kim dayanır? Kim hakimiyyətin ali eşalonlarında bu quruma “krışalıq” edir?

Siz kimsiniz cənab X?

Adətən belə “krışa”nı təsəvvür etdiyin kimi tapmaq asan olmur. Hətta peşəkar istintaq-əməliyyat tədbirləri zamanı belə məharətlə qurulmuş piramidanın ən hündür yerinə çıxılmasına həmişə imkan olmur. “Aşağılar” belə qurumlarda baş verən cinayətlərin məsuliyyətini üzərlərinə götürürlər, “yuxarılar” isə onlara onsuz da qaça bilmədikləri aqibəti yüngülləşdirmək üçün kömək edirlər. Bu məsələlərin arxasında “yarım mafiya” və ya son vaxtlar deyildiyi kimi, korrupsiyaya qurşanmış qurumlar dayanır. Bu, onların davamlılığı ilə izah olunur – rəhbər həmişə kölgədə qalır. Ondan fərqli olaraq, rəsmi icraçıları yaranmış vəziyyəti yüngülləşdirmək üçün bəyanatlarla çıxış edə bilər.

Amma bizim məsələ detektiv kitab və filmlərin müəlliflərinin göstərmək istədikləri kimi alınmadı. “Yüksək vəzifəli” MMC, digər KİV orqanlarının məlumatlarından göründüyü kimi, yumşaq desək, mətbuatla danışmağı sevmir. Onlar ictimaiyyətlə tanış deyil.
Amma bu quruma necə “krışalıq” edilməsini öyrənmək asandır. “JEK”-lərdən hər birinin rəisində “Bakı Abadlıq Xidməti” MMC-nin yuxarıda qeyd etdiyimiz nailiyyətləri necə əldə etməsi barədə kifayət qədər məlumat var. Onlardan biri bu MMC-nin nailiyyətləri haqqında bizə də danışdı. O bizə “izah etməyə” çalışdı ki, MMC-nin qabaqcıl dövlət qurumu kimi bütün lazımi mütəxəssisləri və lazımi texnikası var. Onu şəhər mərkəzinə, digər ictimai bağlara, bağçalara və istirahət yerlərinə lazımi görkəm vermək üçün bütün zəruri avadanlıqlarla təchiz edirlər. Özü də dövlət qurumları, Dənizkənarı Bulvar İdarəsi kimi orqanlar vasitəsilə…

MİS rəisi “Bakı Abadlıq Xidməti” MMC ilə bağlı nələri bilir?

MİS rəisinin sözügedən MMC sahəsində bilikləri bizi valeh etdi. O, tədricən işçilərinin bu “qabaqcıl dövlət strukturunun” əməkdaşlarından az maaş alması səbəblərinə keçdi. Guya, onların işi daha məsuliyyətlidir, onlardan daha yaxşı işləyirlər və s. Paxıllıq etmədən hər şeyi, yuxarı orqanlarda hamının bildiyini və düzgün bölgü aparıldığından danışırdı.
- Əgər bu, dövlət strukturudursa, yəqin onun kuratoru da olmalıdır – deyə soruşuruq.
O cavab verir:
- Əlbəttə ki var. “Bakı Abadlıq Xidməti”nin fəaliyyəti Nazirlər Kabinetinin kurasiyasındadır. Bu ölkə rəhbərliyinin şəhərin mərkəzinin, onun park və xiyabanlarının abadlaşdırılmasına nə dərəcədə böyük fikir verdiyini bir daha sübut edir.
Xülasə, oxucularımızı hansısa “JEK” müdirinin fəlsəfi müdrik kəlamları ilə yormayaq. Onun cavabının məğzini adi fəhlədən tutmuş dövlət qurumlarının başçılarına qədər, hər bir instansiyada bilirlər.
Bir çoxları Nazirlər Kabinetinin özəl şirkəti kurasiya etməsində heç bir qəbahət görmürlər. Bir çoxları, amma, hamı yox. Elələri də var idi ki, hiyləgərliklə gülümsəyərək, ikibaşlı nəticələr çıxarırdılar. Amma biz ikibaşlı nəticə çıxarmağa tələsməyəcəyik. Nazirlər Kabinetinin rəhbərliyinin bu təşkilatla hansısa şübhəli əlaqələrə girdiyini təsəvvür etmək çətindir və biz hörmətli insanların üzərinə kölgə salmaq istəmirik.

Çətin ki, ölkənin bütün iqtisadiyyatını idarə edən insan, xadimələrin və bağbanların maaşına göz dikəcək. Ola bilsin ki, dövlət başçısı doğrudan da NK-nin rəhbərliyinə şəhərin mərkəzinin abadlaşdırılması, əhalinin və qonaqların layiqli istirahətinin təmin olunması ilə bağlı göstərişlər verib. Yüksək vəzifəli məmurlar da bu nəcib istəyi rəhbər tutaraq, sadəcə üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışırlar. Lakin yaxın ətrafdan kimsə bu nəciblikdən yararlanaraq, öz məqsədləri üçün istifadə etmək qərarına gəlib.
Amma istənilən halda bu mister X-i Nazirlər Kabinetinin rəhbərliyindən tutmuş MMC-nin rəhbərliyinədək, dar məkanda axtarmaq lazımdır. Hətta, o da istisna deyil ki, bu funksiyanı MMC-nin rəhbərliyi özü yerinə yetirir.  Amma belə hallarda əsassız mülahizələr irəli sürməyə heç kimə icazə verilmir. Belə nəticəyə daha dərin araşdırmadan sonra gəlmək olar.
Amma, necə deyərlər, podratçının seçimi, onun maliyyələşdirilməsi, sağlam rəqabət prinsiplərinin pozulması halları göz qabağındadır. Bu artıq kifayət edir ki, bu faktlarla daha səlahiyyətli orqanlar məşğul olsunlar. Yeni seçilmiş hökumətin bu siqnalı diqqətdən kənarda qoyması inandırıcı deyil.

Məmurlar nəyi desən fövqəladə vəziyyət şəklində rəsmiləşdirirlər…

Bəli, hökumətin yeni tərkibi dövlət başçısının təyin etdiyi vəzifələri layiqincə yerinə yetirmək üçün mürəkkəb vəzifələri həll etməlidir. Lakin nə bu vəzifələri, nə də ölkənin inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən geniş miqyaslı islahatları, qanunun aliliyinə ciddi riayət etmədən həyata keçirmək mümkün deyil. Burada məhz yüksək rütbəli məmurlar nümunə rolunu oynamalıdırlar.

İnanırıq ki, Nazirlər Kabinetinin şöbələrində oturan bu yüksək vəzifəli şəxslər siqnalımıza birbaşa reaksiya verəcək və şəhərin abadlaşmasında qayda-qanun yaradacaqlar. Bizim isə məqsədimiz onlara həqiqəti çatdırmaqdır. Eyni zamanda son zamanlar müəyyən məmurların ticari əməliyyatların keçirilməsində (o cümlədən tenderlərin), dövlət müqavilələrinin icraçısının seçimi ilə bağlı üzərlərinə düşən öhdəlikləri inkar etməsini və konkret şirkətlərlə müqavilə bağlamasını göstərməkdir.
Qanunla əgər belə müqavilənin dəyəri 50 min manatı ötürsə, bu halda tendersiz kiməsə hansısa iş həvalə oluna bilməz!
Düzdür, “Dövlət satınalmaları haqqında” Qanunda bir neçə əsaslı istisnalar var ki, bu zaman tenderlər keçirmək vacib deyil. Onlardan biri – fövqəladə hallarda satınalmalardır. Lakin fövqəladə hallara – yanğınlar, daşqın və digər hadisələr aiddir ki, bu zaman müsabiqələr üçün uyğun vaxt deyil.
Amma bizdə olan məlumata görə, hazırda məmurlar fövqəladə vəziyyət şəklində nəyi desən rəsmiləşdirirlər. Əgər şəhərin yaşıllaşdırılmasını da fövqəladə hallar adı altında rəsmiləşdirirlərsə, bu artıq qanunlara hörmətsizlikdir. Bəs birdən doğrudan fövqəladə hal yaranarsa, onda onlar nə edəcəklər?
Ona görə hər şey baha və keyfiyyətsiz ediləndə, bunu daha sonra yenidən baha və keyfiyyətsiz bərpa edəndə, fırıldaqlarını gizlətməyə çalışan məmurları başa düşmək olar. Üzdə sadə görünsə də, belə fırıldağı vaxtında açmaq heç də həmişə mümkün olmur.

Ciddi şirkətin onlarla bank hesabı nəyinə gərək?

Müvəffəqiyyətlə aradan qaldırdığımız “inkişaf etmiş sosializm” dövründə hər bir müəssisədə yalnız bir bank hesabı – rubl hesabı var idi. Yalnız ixrac-idxal əməliyyatları ilə məşğul olan bir neçə iri müəssisəyə xarici valyuta hesabı açmağa icazə verilirdi. Ancaq növbəti mərhələyə – “inkişaf etməkdə olan kapitalizmə” keçdikdən sonra bu qaydalar dəyişdi. Nəticədə yalnız biznes və şirkətlər deyil, hətta fərdi şəxslər də istədikləri qədər bank hesabı aça bilərlər. Buna görə də, kimsə bir neçə bank kartını cibində daşıyarkən buna təəccüblənmək lazım deyil. Bunun üstünlükləri var. Başqa bankların ATM-dən pul çıxaranda nə qədər faiz itirdiyimizi xatırlamaq kifayətdir. Lazımi bankın kartı olduğu təqdirdə ən azı pul çıxarılarkən faizlərin itirilməsindən qaçmaq olar.

Ona görə də, “qabaqcıl” şirkət olan “Bakı Abadlıq Xidməti” MMC-nin ölkənin bir sıra aparıcı banklarında bir neçə hesabının olmasını təsadüfən aşkar etdikdə, təəccüblənmədik. Amma hələ də bəzi şübhələr jurnalist marağını daha da artırdı. Şəhərin yaşıllaşdırılması ilə məşğul olan adi şirkətin bu qədər bank hesabı nəyinə lazım və ümumilikdə onun neçə belə hesabı var?
Ancaq ilk baxışdan bu sual sadə görünür. Bank sirri, praktikada əmin olduğumuz kimi, çətin aradan qaldırılan maneədir. Ancaq əzmkarlıq öz bəhrəsini verdı: MMC-nin 20-dən çox belə hesabının olması məlum oldu. Və bu, bizim hələ öyrənə bildiyimizdir. “Bakı Abadlıq Xidmətinin” neçə bank hesabı var? Şəhərin abadlaşdırılması qədər özü kimi təvazökar bir işlə məşğul olan şirkətin onlarla hesabında hələ nə qədər pul saxlanılır?
Bəli, hörmətli oxucu, yalnız manat hesabı ilə şirkətin 20-dək hesabını aşkar etmişik - Bank Respublikada dörd, AG Bankda üç, Caspian Development Bankda iki, hərəsindən bir dənə AtaBank, Bank of Baku, Kapital Bank-da.
Dollar hesabları isə iki dəfə azdırcəmi 6 belə hesab var. Həmin banklarda – Caspian Development Bankda və Bank Respublika (iki hesab), Kapital Bank, AG Bank (bir hesab) da fəaliyyət göstərirlər. Eyni banklarda avro (üç), sterlinq və rubl hesabları da var…
Yenə də həmin şirkəti yuxarıda göstərilən “JEK” və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə müqayisə etməyə çalışacağıq. Birliyin bir bank hesabı var, o da manat hesabı ilə. Valyuta ilə – onların işi yoxdu. “JEK”-lərə gəlincə, onlar valyutada bank hesablarını heç xəyal etmirlər. Onlara cari xərclər üçün kifayət qədər manat olsaydı bəs edərdi. Bəli, lüks həyat onlar üçün deyil. “JEK”-lər  və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin müdirləri onlarla hesabı olan və müxtəlif valyutalarda maliyyə maxinasiyalarında iştirak edən həmkarları kimi “öyünə” bilməzlər.

Bəlkə “Bakı Abadlıq Xidməti” qlobal bir markadır?

Amma ilk baxışdan eyni işi görürlər. Sadəcə şəhərin müxtəlif yerlərində. Axı onlar geoloji tədqiqat aparmırlar ki, deyək ki, torpaq kateqoriyasına əsasən qazma işlərinin qiyməti də dəyişir. Bəli, qumlu və qayalı yerlərdə qazıntılar eyni şey deyil. Lakin park və küçələrin təmizlənməsi, ağacları və çiçəkləri sulamaq üçün qiymətlər, kimin həyata keçirməsi və şəhərin hansı yerində həyata keçirilməsinə görə dəyişə bilməz. Düzdür, qiymətə təsir edə bilən yalnız bir vəziyyət ola bilər – brend.

Dünya miqyaslı tanınan bir şirkət mürəkkəb texniki və texnoloji iş apararkən, eyni işi görən, amma heç kəsə tanış olmayan şirkətdən daha baha qiymətə həyata keçirir. Bəlkə “Bakı Abadlıq Xidməti” qlobal bir markadır, biz, adi bakılılar bundan xəbərsizik? Ancaq bu vəziyyət də şirkətin çoxlu sayda bank hesabı, o cümlədən xarici valyutada hesab sirrinə aydınlıq gətirmir. Özü də şirkət iddia edir ki, onlar artıq heç bir ölkədən bitki örtüyü idxal etmir, ağaclar və otların alınmasında yerli istehsalçılara müraciət edir.
Qəribədir ki, palmalara, xaricdən alınan bitkilərə tələbat azalıb, amma şirkətin xarici valyutaya ehtiyacı artır! Buradan yalnız bir nəticəyə gəlmək olar. Görünür, MMC ağacları sulamaqdan, çəmənlikləri, bağları, küçələri abadlaşdırmaqdan artıq bezib və böyük bizneslə məşğul olmaq qərarına gəlib.
Abadlaşdırmaqdan çoxmu qazanacaqsan? Amma onda şəhərin bilavasitə abadlaşdırılması ilə məşğul olan “Bakı Abadlıq Xidməti”ni dəyişmək lazımdı. Belə desək, tikinti kərpicinin istehsalı ilə məşğul olan şirkətə Kosmosun mənimsənilməsi ilə məşğul olmaq yaramaz. Burda qapalı dairə alınır – hara fırlasan, onlarla bank hesablarının sirrinin cavabı yoxdur.
Oxşar mənzərə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin işində də olub. Çoxsaylı manat və valyuta bank kartlarının köməyi ilə Cahangir Hacıyev, onun arvadı və qızı pulların mənbəyi ilə maraqlanmadan milyonları sağa və sola xərcləyirdilər. Amma bir də çətin ki, kiminsə ağlına Cahangir Hacıyevə oxşamaq gələr. Bəli, belə israfçılıq keçmiş bankirə baha başa oturdu – 14 il müddətinə azadlıqdan məhrum edildi. Düşünmək istəməzdik ki, onun yeni ardıcılları təvazökar MMC-də tapılacaq…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam