Yenixeber.org: Qadınları idarə etdiyi cəmiyyətlərdə hər kəsin daha rahat yaşadığı, fiziki zorakılığın minimum endiyi düşünülür. Lakin hazırda dünya üzərində anaxaqanlığın qorunduğu çox az ölkə var. Qadınların hökmranlıq etdiyi, ailənin böyüyü olduğu bəzi qəbilələr barədə məlumat veririk.

Nagovisi

Dünyanın ən böyük anaxaqanlığı 4.5 milyonluq əhali ilə İndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minangkabau qəbiləsidir. Evlərin, mal-mülkün qadınlara aid olduğu, uşaqlara ananın soyadının verildiyi bu qəbilədə qadınların üstünlüyünün tarixi XII əsrə gedib çıxıb. Belə ki, əfsanəyə görə, həmin ərazidə XII əsrdə mövcud olmuş Koto Batu dövlətinin banisi Maharajo öldüyündə 3 həyat yoldaşı və 3 azyaşlı oğlu vardı. Yaşca böyük həyat yoldaşı dövlətin idarəsini ələ keçirib və bununla da matriarxatın – anaxaqanlığının əsası qoyulub.

Mosuo

Burada hər şey bizim öyrəşdiyimiz adətlərin tərsinə baş verir. Oğlanı almaq üçün qızın ailəsi elçi düşür, başlıq pulu ödəyir. Toydan günü oğlan evindən təmtəraqlı götürülüb mərasim üçün qızın evinə gətirilir və evləndikdən sonra da qızın evində yaşayır. Minang qadınları evləndikdən sonra yaşa dolduqca sosial və iqtisadi mövqedə daha da möhkəmlənirlər. Ev əhalisi evdəki ən yaşlı qadının idarəçiliyi altında yaşayır. Ev, ailənin sahib olduğu bütün mal-mülklər qadının əlində cəmləşir və o öldükdə sahib olduqları qızlarına miras qalır.

Minangkabau

Qəbilənin kişilərindən isə daimi maaşı olan bir iş tapmaqları və övladlarının xərclərini qarşılamaları tələb edilir.

Qadınların hakim olduğu digər cəmiyyət isə Mosuo qəbiləsidir. Çinin Tibetlə sərhədinə yaxın ərazidə yaşayan bu qəbilədə də nəsil ana xətti üzərində davam edir, yeni doğulanlara ananın soyadı verilir. Hər şeyin qadınların əlində cəmləşdiyi bu cəmiyyətdə demək olar ki, heç bir cinayət işlənmir. Bu da kişilərin məsuliyyətdən azad olması ilə əlaqələndirilir.

Bribri

Necə ki, bizim kimi cəmiyyətlərdə oğlanlara üstünlük verilir, qız uşaqlarına qarşı selektiv abort həyata keçirilir və qadınlardan dünyaya oğlan uşağı gətirmək tələb edilirsə, Mosuoda eynisi qız uşaqları üçün tətbiq edilib. Yeni doğulan körpə qız olduqda bayram yaşanır, oğlan olduqda isə hər kəs məyus olur. Mosuo cəmiyyətində evlənmək o qədər də populyar deyil. Qadınlar aşiq olduqda həmin adamla birlikdə yaşaya, uşaq dünyaya gətirə və sevgi bitdikdə ayrıla bilərlər.

Garo

Matriarxal cəmiyyətlərdən bir digəri isə Nagovisidir. Burada da hər şey qadınların əlində cəmlənsə də, onlar bu güclərini ancaq təsərrüfatda istifadə edirlər. Burada əgər bir kişi bostanda, bağda qadına kömək edirsə artıq onun əri sayılır.(minval)

Dəniz