Bəzi kişilərin özünə uyğun xanım tapa bilməməsinin əsl səbəbi– ALİM RƏYİ
Yer üzündə elə insanlar var ki, onlar uzun illər boyu özlərinə uyğun həyat yoldaşı axtarsalar da, tapa bilmirlər. “Personality and Individual Differences” jurnalında dərc olunan maraqlı bir məqalədə bu məsələni araşdıran alimlərdən birinin yazısı dünya mediasının diqqətini çəkib. Belə ki, alimlər iddia edir ki, bəzi adamlar xarakterindəki qüsurlar səbəbindən deyil, təkamül prosesindən dolayı həyat yoldaşı tapa bilmirlər
Yenixebr.org: Nikosiya Universitetindən olan alim Menelaos Apostolo düşünür ki, ailə həyatı qurmaq üçün cəhd edən hər iki nəfərdən biri, şəxsi həyat və nəslini davam etdirmək məsələsində çətinlik çəkir. Əksər halda bu, tərəflər arasında problem olduğuna dəlalət etmir. Bunun əsas səbəbi yalnız təkamül zamanı prosesinin fərqli olması, mühit fərqliliyi və adaptasiya məsələsi ilə bağlıdır.
Kiprli psixoloqlar universitet tələbələri arasında maraqlı sorğu aparıb. Sorğunun şərtlərinə görə, 2 minə yaxın tələbəyə (yalnız oğlanlara) həyatın mərhələlərindən keçməyin, mədəniyyətin inkişafının, insanın cinsi davranışlarının necə formalaşması və şəxsi cinsi seçimləri haqqında suallar verilib. Alimlər düşünür ki, həyata baxış bucağı dəyişik olan insanlar həyat yoldaşı tapmaqda çətinlik çəkir. Çünki, onlar illər boyu yalnız cinsi münasibətdə fantaziyalar axtarışında olublar. Bu səbəbdən də bəzi insanların illər boyu iki insan arasındakı müştərək həyatı tənzimləyən sosial münasibətləri təxmin edə bilmirlər.
Sorğu nəticələrinə görə, 2 minə yaxın tələbə şəxsi münasibətdə olduğu xanımlarla əksər hallarda adaptasiya və cinsi münasibət məsələlərində çətinlik çəkiblər. Belə ki, araşdırmada iştirak edənlər arasında hər iki nəfərdən biri, ilk görüşdə və ya mövcud əlaqələri davam etdirməkdə ciddi çətinliklər yaşadığını deyib. 20 faiz tələbə bu fikirlə razılaşmayıb. Onlardan bəziləri bu kriteriyaların həm oğlan, həm də qızlar üçün keçərli olduğunu deyib.
Alimlərin qənaətinə görə, sizin şəxsi münasibət qura bilməməyinizin problemi nə cəlbedici olmamanız, nə də cinsi problemlər yaşamağınız deyil. Bu. birbaşa dərin təkamül və sosial problemlərlə əlaqəlidir. Bu təkamül prosesi ilk dəfə 200 il əvvəl radikal şəkildə dəyişiklik keçib. Artıq yenidən bəzi hazırlanmış standart metodlardan çıxmaq zamanıdır. Dünyagörüşünüzü artırın. Həyata daha geniş pəncərədən baxın. Standartları qırın. Çalışın həyatı paylaşacağınız insanla fikir mübadiləsi apara biləsiniz. Qətiyyən ana-ataların sizin şəxsi seçimlərinizə müdaxilə etməsinə icazə verməyin. Əks halda subaylığın daşını hələ uzun müddət ata bilməyəcəksiniz.