Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Makronun Avropa lideri xülyasıya Almaniyanı yağmalamaq üçün Napoleon planları:Almaniya-Fransa savaşı qaçılmazlığa çevrilir

 

İvan Danilov, Crimson Alter bloqunun müəllifi

RİA Nobvosti, 24.02.2018

 

Yenixeber.org: Qərb mətbuatı təəccüblə qeyd edir ki, Emmanuel Makron Avropa parlamentinə nəzarəti ələ keçirməyə və Avropa ölkələrinin müstəqillik qalıqlarının əriyəcəyi “Avropa Birliyinin ümumi siyasi məkanını yaratmağa” açıqca hazırlıq görür. Fransa prezidentinin planı işləsə, onda Avropa Birliyi faktiki olaraq Parisdən idarə olunacaq “Avropa Birləşmiş Ştatları”na çevrilməyə çox yaxınlaşır – bununla belə, Makronu heç kim Avropa Birliyinin başçısı vəzifəsinə seçməyib.

Fransa liderinin hərəkətlərinə əsasən, o, Amerika və Avropa siyasi elitalarındakı kürəsəlçi adlananların onun “azad dünyanın əsil lideri”nə çevrilməsilə bağlı ümidlərini çox ciddi qəbul edir. Makronun planları Napoleonsayağıdır, amma bunu gerçəkləşdirmək cəhdi “Avropa Birləşmiş Ştatları”na deyil, Avropa Birliyinin tam dağılmasına səbəb ola bilər.

Məntiqli “Bu macəra Makronun və onun arxasında duranların nəyinə lazımdır?” sualına bir neçə cavab var. Hər şeydən qabaq, Fransaya pul lazımdır – özü də təcili. Fransa prezidentinin iddialı iqtisadi proqramları nəhəng maliyyə axını tələb edir və Makron artıq dəfələrlə bu cür sxem təklif edib: Avropa Birliyi Ümumavropa borc alətləri buraxır, imkandan asılı olaraq AB-nin bütün ölkələri buna cavab verir, lakin bundan AB-nin daha çox ehtiyacı olan ölkələri faydalanır.Bu sxem faktiki nəzərdə tutur ki, alman vergi ödəyənləri Makronun Fransa seçicilərinə verdiyi vədlərin yerinə yetirilməsinə ödəniş edirlər. Təəccüblü deyil ki, Merkel kəskin şəkildə buna qarşıdır və deməli, problemi həll etmək üçün onu Makronun Almaniyanın yağmalanması üzrə planıyla razılaşmağa  necəsə məcbur eləmək gərəkdir.

Fransa rəhbərinin hərəkətində daha bir mühüm motiv Avropa elitasının bir qisminin bütünlükdə Rusiyaya, habelə şəxsən Vladimir Putinə qarşı “azad dünyanın yeni lideri”nin başçılığı altında yalnız bütöv Avropanın dura biləcəyi haqda qəti inamıdır. Bu lider roluna Hillari Klinton iddialıydı, amma millətüstü siyasi və iqtisadi elitanın deyil, Amerika biznesinin maraqlarını birinci yerə qoyan Trampa uduzdu. Sonra Angela Merkeli bu rolda güman etdilər, amma o, Rusiyaya münasibətdə yetərincə sərt çıxmadı. Makron bu mənada daha perspektivli görünür – onun xeyli (hətta həddindən artıq) iddiaları var, Fransa və Avropanın bütünlükdə böyük geopolitikaya qayıdış zərurətini hey təkrarlayır və Tramp və Putinlə rəqabətdə özünü göstərmək istəyir. Makronun problemi bundadır ki, bu cür rəqabət üçün gərəkli iqtisadi və siyasi resursları yoxdur və hazırda özünü “bütün Avropa Birliyinin tacsız kralı” etməklə bu müşkülü çözməyə çalışır.

Amerikanın “Bloomberg” agentliyi yazır ki, “Makrona Fransa dar gəlir” və “bütün Avropaya meydan oxumağa hazırlaşır”, amma vurğulayır ki, Avropanı fəth etmək vəzifəsi asan iş deyil. Amerika jurnalistləri  Makronu qərəzsizcəsinə Napoleonla tutuşdurur və planlarının gerçəkliklə toqquşacağı zaman ona öncədən böyük problemlər vəd edirlər.

Məsələ burasındadır ki, Avropa Birliyinin strukturları üzərində nəzarət əldə etmək üçün Fransa liderinə Avroparlament üzərində nəzarət lazımdır, bu da öz növbəsində ona Avrokomissiyaya – “Avropa Birliyinin hökuməti” rolunu oynayan quruma təsir üçün ciddi rıçaq verəcək. Bununla belə, Makronun özü prezident vəzifəsini tərk edə bilməz və istəmir, deməli, ona əvvəldən heç bir prezident və ya baş nazirin eyni zamanda Ümumavropa hökumətinə nəzarət edə bilməyəcəyi şəkildə konstruksiya olunmuş Avropa Birliyi siyasi sistemini “haklamaq” (“haker” sözündən – özgəsinin məlumatını oğurluqla əldə etmək-tərc.) lazımdır. İddialı Fransa prezidentinin Avropa ölkələrinin siyasi sistemlərinə nüfuz üçün yaratdığı Avropa işçi qrupu deyilən qurumun bəyanatına əsasən, Makron Ümumavropa siyasi kuklaoynadanı olmağa hazırlaşır. Onun “En Marche” partiyasının emissarları artıq AB-nin bütün ölkələrində növbəti il keçiriləcək Avropa seçkilərində Makronun hərəkatının adından çıxış etməyə razılaşacaq namizədlər axtarırlar.

Bundan savayı, “En Marche” danışıqçıları Avropan Birliyinin kürsəlləşmə və mərkəzləşməsini dəstəkləyən və Avropa parlamentində öz qrupu olan liberal partiyaların transmilli koalisiyası “Avropa uğrunda liberal və demokratlar alyansı”nın dəstəyini əldə etməyə çalışırlar. “Makronunn namizədləri” öz ölkələrində Avroparlamentə seçkiləri kütləvi şəkildə udsa və “Avropa uğrunda liberal və demokratların alyansı”nın avrodeputatları sonra onlara qoşulsa, onda Makronun Avroparlamentdə şəxsi, demək olar, “cib” və yetərincə böyük fraksiyası meydana çıxacaq. Fraksiya kifayət qədər böyük olsa və digər siyasi birləşmələrdən qaçaqları öz tərəfinə çəkə bilsə, onda Avroparlament Fransa prezidentinin üzüyola printerinə çevriləcək və deməli, Avropa Birliyində radikal islahatlar və Ümumavropa büdcəsinə və xarici siyasətinə nəzarətə daha bir addım yaxınlaşılacaq.

Bu planın icrası üçün müəyyən şansları var, lakin bir sıra çətin dəf edilən problemlər də var. Birinci problem puldur. Makron Rotşildlər evinin keçmiş yüksəkçinli bankiridir və maliyyə dairələrində onun (habelə hərəkatının) ciddi əlaqələri və çox böyük maliyyə resursları var. Lakin namizədlər və avrodeputatların kütləvi satın alınması, sadəcə, astronomik məbləğ tələb edir. Hələ daha mühüm problem AB-nin yalan federativ struktura çevriləcəyi halda bütün siyasi və iqtisadi təsirlərini itirəcək ölkələrin siyasi elitalarının müqavimətidir. Avstriya, Macarıstan, İtaliya və başqa milli elitalar “Makronun namizədləri”nə çox mane olacaqlar, AB-nin federallaşmasının gerçək təhlükəsi halında isə konkret ölkələrin birlikdən çıxması gündəlikdə dura bilər.

Böyük Fransa siyasətinin kiçik nəhənginin Napoleon planlarının ən əsas problemi isə bundan ibarətdir ki, bu planlar Berlinin rəhbərliyi altında Avropa federasiyası yaratmaq üzrə alman siyasi elitasının planlarıyla uc-uca qətiyyən calaşmır. Napoleon ədalı, iddialı bankir “Avropa reyxi”nə gərək deyil, deməli, Almaniyanın yeni hökuməti Makronun Avroparlamenti öz nəzarətinə almaq cəhdlərini sabotaj üçün gərəkən siyasi və inzibati rıçaqlar axtaracaq və hökmən tapacaq. Avropa Birliyini tamamilə dağıda biləsi kəskin Fransa-Almaniya qarşıdurmasından yayınmağın yeganə yolu Berlinlə Paris arasında hansısa qarşılıqlı güzəştlər uzlaşmasının əldə edilməsidir. Çox güman ki, köhnə Avropa ənənələri üzrə kompromis əldə edilsə də, ən yaxın vaxtlarda siyasi və media məkanında qopacaq yalnız yaxşı dalaşdan sonra baş tutacaq.

Bu şəraitdə Rusiyanın ünvanına ittihamlar, praktik olaraq qaçılmazdır: avropalılar Avropa birliyinin sarsıdılması və Avropa siyasi sisteminin pozulmasında Moskvanı məmnuniyyətlə günahkar elan edəcəklər. Bu da özünəməxsus Avropa ənənəsidir. Belə ittihamları kinayə ilə cavablandırmaq və sadəcə, Avropadaxili mübarizənin bizə lazım nəticələrini gözləməyinə dəyər. Berlin və Paris bir-birinə nə qədər çox qançır yetirsə, sonra Rusiya üçün önəmli məsələlər üzrə onlarla anlaşmaq bir o qədər asan olacaq. Tərcümə: strateq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam