Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Genetik ölüm

                           

   

 

Genetikamız müqəddəs Quranla - "Şeytanın kitabı" arasında

 

    Tatlı-Gülüstan ərazisində bir baş qan hüceyrələrini məhv edib, sıradan çıxaran "Bəhşi virus" peyda olub

 

     Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsi millətin genetik başlanğıclarından biri idi

 

     (81-ci yazı)

                                           

     Quduzluq virusu

 

“Xeberinfo.com”: Araşdırma materiallarına görə 1982-ci ilin son aylarında ölkənin 6 saylı hərbi sənaye kompleksindən Tatlı-Gülüstan ərazisinə gəlmiş həkim ekspedisiyası geri qayıtmalı oldu. İki gün sonra yaşayış məhəllələrində vəhşi it sürüsü göründü. Heç kəs anlamırdı ki, nə baş verir. Quduzluq virusuna tutulmuş it sürüləri yaşayış məntəqəsinin adamlarına hücum edir, azyaşlıları isə didib, parçalayırdılar. Nəticədə quduzluq xəstəliyi epidemiya kimi ərazidə qeydə alındı. Bu fakt ölkənin Səhiyyə Nazirliyinin "Genetik sənədləri"ndə Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsində qeydə alınan ilk Quduzluq-epidemiyası idi... Həmin ilin mətbuat səifələrində (xüsusi) rusca nəşr olunan qəzetlərdə qeyd olunurdu ki, Azərbaycanın Tatlı-Gülüstan ərazisində bir baş qan hüceyrələrini məhv edib, sıradan çıxaran "Bəhşi virus" peyda olub. Və həkimlərin həmin əraziyə səfərbərliyi elan olunub.

Məlumata görə Quduzluq virusunun iki sindromu var; - Məhəllə sindromu (ona küçə və meydan sindromu da deyirlər) və "Raster sindromu"...

Həkim ekspedisiyasının aparıcı həkimlərindən olan, əsasən toksikoloji araşdırmaları tədqiq edən Leninqraddakı 3 saylı hərbi klinikanın həkimi, professor, kəşfiyyat polkovniki A.A.Aboev yekun arayışında yazır:

"...Baş verənlər haqqında Bakı mətbuatı susurdu. Bizim hər hansı məlumat verməmiz qadağan olunmuşdu. Xarici mətbuat artıq ilk informasiyalarını verirdi. Səbəb? Səbəb nə idi ki, günahsız bir əraziyə hücum edilmişdi. Tatlı-Gülüstana təkcə itlər deyil, quduzluq virusuna bilərəkdən yoluxdurulmuş dovşanlar və yarasalar, pişiklər də... buraxılmışdı... Mən görürdüm ki, insanlar necə məhv olur. Mən onları xilas edə bilmirdim. Əslində bu məsələ heç qarşımızda da qoyulmamışdı. Məqsəd epidemiya virusunu gəzdirən... sonda ölən xəstələri sağaltmaq yox, onların başqa əraziyə keçməsinin qabağını almaq idi.

                              

 "Tatlı-Gülüstan qadağan zonası idi..."

 

Polkovnik A.Aboyev nə qədər "humanist" mövqedə dayansa da baş verənlərin səbəbini və bütün bunlara imza atanları açmadı, göstərmədi. Araşdırma materiallarına görə Tatlı-Gülüstanla bağlı məsələ planlı idi və 1948-ci ilin martın 19-da (bayram günü) ölkənin başçısı İ.Stalinin "Böyük Qırmızı Qələm"lə (o, imzasını iki qələmə qoyurdu. Ucu iti, böyük qırmızı qələmlə və ucu küt gödək qırmızı qələmlə) ərazinin ləğv olunması, adamların köçürülməsi (elmi-tədqiqat məqsədilə) "Qadağan zonası" elan olunması haqqında kiçik bir qeydləri var. Bu qeydləri isə ona hazırlayanlar və göndərənlər var idi. Çünki araşdırma materiallarında Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsi millətin genetik başlanğıclarından biri idi. (Eynilə Tatlı-Gülüstan ərazisinin genetik oxşarı İran ərazisindəki Səreyin ərazi idi).

Məlumata görə 1952-ci ilin sonlarında Tatlı-Gülüstan yaşayış məntəqəsi boşaldıldı. Azərbaycanın gözəl və müqəddəs diyarlarından biri viran edildi. (tarixdə maraqlı bir məqam da var. Nə qədər müharibələr baş verib, hücumlar edilib, dağıntılar olub... xarici səbəbkarların heç birində cürət olmayıb ki, Tatlı-Gülüstanı dağıtsınlar.) Qeyd edim ki, Tatlı-Gülüstan ərazisi Azərbaycan genetikasındakı 101 (yüz bir) ərazidən biridir. Tatlı-Gülüstanla bağlı baş verənləri... burda saxlayıram. Nə yaxşı ki, mənim söykəndiyim tarixi sənədlər, mənbələr var. (Mən bütün bu araşdırmalarda heç kəsə söykənə bilmədim, heç kəsi özümə arxa saya bilmədim, hamını görürəm qaçır, tələsir... Hara qaçırsız, hara tələsirsiz. O da təəssüf doğurur ki, bu qaçanlar, bu tələsənlər içərisində çox az sayda adam qaçıb ki, yaxşı işlər görmək üçün qaçsınlar, tələssinlər...)

Uzun müddət Azərbaycanda, onun ayrı-ayrı yaşayış məntəqələrində genetik araşdırmalar aparan həkim, Leninqrad hərbi Sənaye Kompleksinin əməkdaşı olmuş və 1950-ci ilin ortalarında güllələnmiş M.D.Buta yazır ki, İ.Stalinin ətrafındakı adamların hamısı günaha batmış madamlardı. Həkim M.Buta "Ölümlə görüşən adam" xatirəsində isə yazır: "

                       

  ...İ.Stalinin ən çox sevdiyi kitab Qüdsd

 

    (Yerusəlimdə) çap olunan "Şeytanın kitabı" idi..."

 

Əslində başqa mənəbələr də bunu təsdiq edir. Məsələn, ərəbşünas, Kremldə uzun müddət ərəb dilləri qrupunda mütərcim olan L.B.Femin yazır ki, İ.Stalin "Şeytanın kitabı"nı bizə tərcümə elətdirdi. Professor D.M.Siderenko isə yazır ki, məşhur və möcüzələrlə (genetik möcüzələrlə) zəngin olan Tatlı Gülüstan hadisələrində İ.Stalin "Şeytanın kitabı"nı vərəqləyirdi... Professor L.B.Famin yazır ki, "Şeytanın kitabı"nda 16 (onaltı) dəfə Azərbaycanın adı çəkilir... Etiraf edirəm ki, mən bu adların heç birinə tarixi və coğrafi araşdırmalarda rast gəlməmişəm. (Bu adlar haqqında hətta IX-X əsrlərin məşhur səyyahı olan Abdullah ibn Xərdadbehin "ölkələr və səyahət" kitabında da oxumamışam. Bütün bunları araşdırılmasını tarixçilərin, etnoqrafların... öhdəsinə buraxıram.)

Professor, Bakının "Sovetskiy" deyilən məhəlləsində dünyaya gələn, kəşfiyyat polkovniki şəxsi arxivində qoruyub saxladığı "Etdiklərim və edə bilmədiklərim" adlı gündəliyində yazır: "...Bakıda böyüdüyümdən o yerlərin adamları mənim üçün həmişə xatirələrimi dirildir. 1945-ci ilin iyun ayının 17-də məni İ.Stalin yoldaşın xidməti qrupuna daxil etdilər. Mən ancaq onun idim və tarixi bilinməyən kitablar, əlyazmalar, dəftərlər aparırdım. O, ən çox çap olunmayan əlyazmaları, türmələrdə yazılan dəftərləri çox oxuyurdu... Müharibədən sonra kəşfiyyat generalları A.N.Maksimov, F.D.Osinov yoldaş İ.Stalin üçün A.Hitlerin kitabxanasından ən qiymətli kitablardan birini və tələm-tələsik onu rus dilinə çevirərək hazırlayan və vərəqlərində A.Hitlerin qeydləri, imzası olan, "Şeytanın kitabı"nı gətirdilər. Kitab göy rəngdə olduğundan İ.Stalin yoldaş ona "Göy kitab" deyirdi... Azərbaycanla bağlı oxuduqca altından qırmızı xətt çəkirdi... Sonra İ.Stalin yoldaş o kitaba "Dünyanın strateji" "Genetik kitab"ı adını verdi və ondan ayrıla bilmədi... Mən professorun qeydlərinin mətnini tam vermədim. Məlumata görə o, Bakıya, Mərkəzi Komitəyə, M.C.Bağırov yoldaşa telefon açaraq, baş verənlər haqqında onu məlumatlandırır.

Daha sonra professor L.B.Fomin yazır: "...Mənim məlumatımdan cəmi üç-dörd dəqiqə sonra bütün kəşfiyyat və təklükəsizlik məsələlərini əlində cəmləşdirən L.Beriya yoldaş məni yanına çağırdı. Onunla qohumluq əlaqəm var idi və M.C.Bağırov yoldaşla da yaxın idilər... Mən tələsdim... Çünki Lavrenlti

gecikməyi sevmirdi. Məni onun yanına apardılar. O, mənə diqqətlə

baxdı.

-Lazer -dedi. Sən düz eləmədin. Məsləhətləşmədin. Nə üçün?

-Özüm də bilmirəm – pıçıldadım.

-Keç hazırlaş... Lavrenti dedi. Axşam rəhbər səni qəbul edəcək. Darıxma, mən yanında olacam...

Hər şey necə də tez baş verdi... Mən İ.Stalin yoldaşı çox görmüşdüm. Çünki

onun dəstəsindəydim.

Şübhəsiz. O da məni Lavrentinin adamı kimi tanıyırdı...

Axşam saat 2-yə işləmiş Kremldə o məni qəbul etdi. Lavren məni bir daha Stalin yoldaşa təqdim etdi.

-Tanıyıram Lavrenti – dedi. O, vicdanlı adamla bir az da yaxına gəldi. Əyləş - əlavə elədi. Sən də əyləş Lavrenti.

Biz əyləşdik. Tibb sahəsində mükəmməl adamsan.

O, M.C. Bağırov yoldaşla bağlı heç nə soruşmadı. Bir az rahatlandım, bədənimi bürüyən soyuq tər çəkilib getdi. Özümə gəldim.

-Professor-Stalin yoldaş dedi. Sən genetika aləmini çox yaxşı bilirsən. Sənə kiçik, qapalı bir klinika  təklif edirəm. Bizim üçün Azərbaycanın genetika kərpiclərini (kərpic deyəndə Stalin yoldaş qan hüceyrələrini... sonradan formalaşan genetik kodları nəzədə tuturdu) öyrənməlisən.

Onu ən çox Azərbaycan müıhiti, azərbaycanlının genetikası maraqlandırırdı... Həmin vaxt mən onun stolunun üstündə üz qabığında bir neçə dildə əl xəttilə, amma səliqə ilə yazılmış “Şeytanın kitabı”nı gördüm... Yanındakı qovluq isə ölkənin MK-nə məxsus hərbi Sənaye Kompleksindən göndərilmişdi...

Şübhəsiz, biz bununla bağlı apardığımız araşdırmaların nəticələri ilə sizləri tanış edəcəyik. Hələlik qayıdıram yarımçıq qalmış məktublara. Bu araşdırmalarla bağlı ötən yazılarda qeydlərimiz var idi.

Araşdırma materiallarına görə Rusiyanın və Orta Asiyanın ayrı-ayrı regionlarında xüsusi təyinatlı bəstəkarlardan, müəllimlərdən, rəssamlardan, heykəltəraşlardan, həkimlərdən, yazarlardan... qrupların hazırlanması və onların Azərbaycanın yaşayış məntəqələrinə göndərilməsi ilə bağlı İ.Stalin 1946-cı ilin

iyun ayının 26-da daxili sərəncam imzalayır. Məlumata görə belə ilk qruplardan bir neçəsi Azərbaycanın Gəncə, Lənkəran və Bakı şəhərlərinə göndərildi. Qruplar sıralanmışdı. Məsələn  birinci qrupa ara bəstəkarları və onların bəstələdikləri mahnıları ifa edənlər, bu mahnıları qalanlar idi. Məsələn Bakıya ara bəstəkarı E.Mahmudcanovun və A.Qalberin başçılıq etdikləri kiçik dəstələr göndərilmişdi. Bəstəkar E.Mahmudcanovun bəstələdiyi “Buludsuz səma” suitası əsasən orta məktəblərin idman zallarında, akt salonlarında çalınırdı. Sonra bu suita hər səhər bütün Bakı üçün çalındı və sənədə görə primiyiv şəkildə fəaliyyət göstərən Bakı şəhər Radio Qovşağı vasitəsilə yayımı təşkil edildi. (?)

Araşdırma məktublarına görə yekun olaraq bəstəkar Emanal Mahmudcanov biri-birinin ardınca iki “xüsusi arayış” tərtib edir. Milliyyəti dəqiq bilinməyən hərbi həkimə-bəstəkar Şəmkir yaşayış məntəqəsilə bağlı alınan nəticələri ölkənin Bəstəkar İttifaqının “Xüsusi Şöbəsi”nin rəisi A.D.Xromova göndərir. Saxlanılan arayışlarda E.Mahudcanov qeyd edur: “...Mən A.Qalber yoldaşla “Buludsuz səma”nı götürüb, Bakıdan nəzərdə tutulmuş əraziyə getdim. Çox dəqiq və qiymətli nəticələrimiz var...”

Mən bəstəkar E.Mahmudcanov arayışda qeyd etdiyi “dəqiq və qiymətli” nəticələrini şərh etməli oldum. Məlumata görə 1946-cı ilin iyul-avqust aylarında (Diqqətli olun. Fikirlərimiz qarışmasın və aydın olsun deyə, bir az əvvələ qayıdıram). Bakıda və Gəncədə aşağıdakı romans, kantata, suita və s. səsləndi: Suitalar:

1.”Buludsuz səma”. 2. “Tökülən çiçəklər”. 3. “Bahar gecikdi”.

Romanslar: 1. “Ayrıldım...”, 2. “Məktub”, 3. “Oğurlanmış göz yaşı” (?), 4. “Dəyişən fəsillər”, 5. “Xəzər dənizinin küləyi”.

Kantatalar: 1. “Eldən uzaq”, 2. “Sibir çölləri”, 3, “İqorun ölümü”, 4. “Məzəli, gülməli söz...” hamısı kral üçün..."

Arayışa görə bütün bunlar, bu bəstələr insan genetikasının dəyişməsində, qan hüceyrələrinin zədələnməsində, əsəb tellərinin qırılmasında... beyin damarlarının gərilməsində, ölən və dirilən neyronların arasındakı tənasüblərin pozulmasında və nəhayət doğulan yeni nəslin “Debil Üçbucağı” altında böyüməsində əsas rol oynayırdı. Keçmiş İttifaqın Səhiyyə Nazirliyinin Kreml üçün, daha dəqiq birbaşa İ.Stalin üçün işlənmiş ”Xüsusi Arayışları”nda qeyd olunur ki, təkcə “məktub”romasından sonra Gəncə şəhərindəki 2 və 7 saylı məktəblərdə üst-üstə 176 nəfər onuncu sinif şagirdi gözlənilmədən ruhi sarsıntı içində olublar. Əlavə nəticələri isə E.Mahmudcanovun ölkənin Bəstəkarlar İttifaqının Xüsusi Şöbəsinə göndərdiyi “Məxvi Arayış”dan oxuyaq:

“...Moskvaya göndərirəm. 1946-cı ilin iyulun 27-si üçün nəzərdə tutmuşam. Böyük dostum, polkovnik İ.B. Parxamenko yoldaşa... Mən qeydiyyatda qalan Azərbaycanın Gəncə yaşayış məntəqəsində “Məktub” romansına 77 dəfə oxudum. (?) Özüm yazdığımı, özüm oxuyanda maraqlı olur...”

Araşdırma materiallarına görə Gəncə yaşayış məntəqəsindəki 2 və 7 saylı orta məktəblərində məhz, “Məktub” romansından sonra on bir nəfər hamilə qadın müəllimənin ana bətnindəki övladları inkişafdan dayanır, iflic olaraq, ölür... Birinci və ikinci siniflərin nəzarətsiz qalmış uşaqları qəhrəmanlıq nümunəsi kimi (?) özlərini maşınların, at və öküz arabalarının... altına ataraq məhv edirdilər. Belə günahsız ölümlərin sayı artıq 30 (otuz) nəfəri keçmişdi. Şəhərin küçə və meydanlarında uşaqlara diqqətin artırılması ilə bağlı bildirişlər, xəbərdarlıq elanları asılmışdı... Şagird müəllim münasibətləti, müəllimlər arasındakı səmimiyyət hissləri pozulmuşdu. Onuncu sinif şagirdləri sırasındla “İntihar virusu” deyilən bir virus yayılmışdı. (İntihar virusdurmu? Bilmirəm, amma təhlillərimə görə intihar hələlik öyrənilməyən, araşdırlması başlı-başına buraxılan virusdur.) Şəhərin 28-33,42... saylı uşaq bağçalarında isə vəziyyət tamam başqa idi. Adamlar bu qədim mötəbər şəhərdə nə baş verdiyini anlamırdılar. Müharibə hamını yorub, əldən salmışdı... Şəhərin uşaq bağçalarında uşaqların gözlənilmədən kar, kor və lal olmaq bəlası getdikcə artırdı. (Bəstəkar E.Mahmidcanov arayışlarında qeyd edir ki, o, “məktub” romansını uşaq bağçalarında da oxumuşdu). Bakı isə susurdu. Baş verənlər rəsmi sənədlərdə “epidemiya” adı altında qeyd olunurdu. Həqiqi nəticələr isə Moskvada, Siyasi Büroda, BKİ-də, Hərbi Sənaye Komplekslərinin genetika və insan şəkildə müzakirə olunurdu. O vaxt Azərbaycanın başında duran M.C.Bağırov isə artıq hər şeydən məlumatlı idi. Araşdırma materiallarına görə 1946-cı ilin avqustun 12-də L.Beriya M.C.Bağırovla söhbətlərində heç nə gizlin qalmadı... Nəticədə 1946-cı ilin avqustun 19-da bəstəkar E.Mahmidcanov Gəncədə itkin düşür...

 1946-cı ilin avqustun 11-də isə Respublika Maarif Nazirliyinin və Bəstəkarlar İttifaqının bütün ölkələrinə yad, əsası olmayan, qondarma, insanın əhvalına bilavasitə pis təsir edən, süni şən və bayağı qalğılar, oxunmalar... qadağan edildi. Bəstəkar E.Mahmudcanovun bəstələrini oxutmaq cinayət hesab olundu. Əraziyə göndərilən Xüsusi həkim komissiyalarının rəylərinə görə yeni doğulan və böyüməkdə olan nəsillər arasında “Vətən”, “Ata”, “Torpaq”, “Dövlət”, “Sevgi”, “Ailə”, “Cəsarət”, ... və s. anlayışlrın dərk edilməsi çox aşağı səviyyədə idi... Tədqiqat materiallarına görə bütün bu anlayışları (sözlərin fəlsəfəsini) məhv edib sıradan çıxarmaq üçün təkcə Moskva deyil, London, Paris, Vaşinqton... da düşünüb-daşınırdı. Kremldəki “Şeytanın kitabı” artıq vərəqlənirdi. 407 (dördyüzyeddi) səhifə olan bu kitabın 19 (ondoqquz) müəllifi var idi. Onlardan biri (biz araşdırma materiallarından, eləcə də hərbi-həkimlərin, genetik və soksikoloqların, mikro-bioloqların... “Xüsusi Arayışlarından, bağlı qalmış və çapı qadağan olunmuş xatirə və gündəliklərdən çıxış edirik) milliyyətcə azərbaycanlı olan (əslində tatar kimi qeydiyyatda idi) və Bakıda doğulan... Əmrullah Şah adlı birisi idi. Məlumata görə Əmrullah Şah ixtisasca həkim olub, indiki “Torqovıy” dediyimiz ərzidə onun kiçik bir klinikası fəaliyyət göstərib. Başqa bir məlumatda isə bildirilir ki, (Professor D.Şabaş) Azərbaycan haqqında A.Hitler və onun “Abver”inə (hərbi kəşfiyyat) ilk geniş məlumat verən və “Şeytanın kitabı”na imza ataraq onu Almaniyaya göndərən həkim Əmrullah Şah olub və kitabın bir yerində də “Onun (yəni A.Hitlerin) “Müqəddəs Azərbaycana gəlişini gözlədiyini” arzulayıb 1946-cı ildə artıq həmin kitab xüsusi konteynerdə Moskvaya gətirilmişdi.

Araşdırma materiallarına görə 1946-cı ildə İ.Stalinin təklifi ilə göstərdiyi xüsusi xidmətə görə bəstəkar-həkim, əslində hərbi kəşfiyyatın mayoru E.Mahmudcanova Moskva çayı sahilində üç otaqlı mənzil və bağ salmaq üçün həyətyanı sahə ayrıldı... E. Mahmidcanova gəlincə, o, ekspedisiya (və yaxud qrup) rəhbəri kimi artıq Gəncədə, Bakıda və Şəmkirdə... öz işini görüb, bitirmişdi. Məlumata görə (Mənbələrə istinadən) artıq Gəncədə cəmi 29 faiz əsilli, köklü-köməcli gəncəli qalmışdı... (Belə bir streteji xətti Vaşinqton (ABŞ), London (Böyük Britaniya) müharibədən sonra bilavasitə yanacaq resursları ilə zəngin olan müsəlman dövlətləri üçün planlaşdırdılar).

Məlumata görə 1946-cı ilin dekabrın 21-də Azərbaycana Moskva Rəssamlar İttifaqının xəttilə 343 (üçyüzqırxüç) müxtəlif ölçülü rəsm əsəri göndərdi.

Yağlı boya ilə çəkilmiş bu rəsm əsərləri respublikanın hökumət və dövlət strukturlaırına, yetimxanalarda, ali və orta məktəblərə, uşaq və gənclər mərkəzlərinə, pionerlər evlərinə, pansionat və düşərgələrə, doğum evlərinə... həbsxanalara... paylanıldı.

Ölkənin rəssamlar İttifaqında yerləşən “xüsusi şöbə”nin əməkdaşı, polkovnik İ.S.Qolikov Kremldə bu məsələləri nizamlayan general-mayor O.N.Malinin üçün hazırladığı, “Məxvi Arayış”da yazırdı: “...O.A.Malinin yoldaşa (bütün sənədlərdə o, Malinin rütbəsi gizlədirlirdi. Hamı elə zənn edirdi ki, o, rəssam idi...) Azərbaycan üçün toplanmış rəsm əsərləri ünvana çatdı. Əsərlər bölgüyə görə paylanıldı...”

Məsələn Azərbaycan KP MK-nin dəhlizlərində yerləşdirilən Xalq Rəssamı Ş.Ş.Titovun çəkdiyi iki rəsm əsəri (həmin illərdə İttifaqda belə rəssam olmayıb) maraqlı idi. Bu əsərləri İ.Stalin çəkdirmişdi, Hər iki əsər “Şeytanın kitabı” əsərinin 21-ci və 39-cu səhifələrindən götürülmüşdü. Hər iki əsər işığa həssas idi... Saat gündüz dörd olan kimi, bu əsərlərdəki tablolar sanki bir az da canlı görünürdü. Ondan sonra MK-nin dəhlizlərində və otaqlarında kim olurdusa, mürgüləyirdi. Onları yuxu basırdı. “...Belə olanda həmin şəxslərə istənilən an məxvi dövlət sənədini belə, imzalatmaq mümkün idi: (Polkovnik İ.Qolikov)

Məlumata görə həmin illərdə hökumət və dövlət strukturlarında çalışan adamların böyük bir qismi bəzən aylarla (təkrar-təkrar) ağlını itirmiş, nə edəcəyini bilməyən... sərsəm adamlar kimi olurdu.

Tabloların birində payız fəsli təsvir olunmuşdu. Qurumuş çaylar... solub-saralmış çiçəklər... yağışlı gün... lehməli meşə keçidi və bir də bir cüt yanmış ağacın altında tənha məzar və bu tənha məzara başını qoymuş balaca bir it  balası... İlk baxışdan təsvir adi bir təsvir idi. Kəşfiyyat polkovniki İ.S.Qolinov daha sonra yazır:

“...Azərbaycan KP MK-də bu məsələ bağlı idi. Artıq MK-nin ən güclü iqtisadi kadrlarından olan M.O.Ağazadənin (Ağayevin) və T.S.Camalovun özlərinə qəsd edərək, intihar etdikləri də məlumdur. Onların iş otaqları şəkillərə çox yaxın idi... Amma maraqlı bir məsələ baş verdi. 1947-ci ilin fevralın 4-də bizim MK-dən aldığımız məlumata görə dəhlizin xadiməsi N.A.Rəhmanova sübh tezdən təmizlik işləri apararkən görür ki, divara vurulmuş hər iki tablo şam kimi əriyir... Bundan qorxan və həm də ehtiyat edən xadimə N.Rəhmanova birinci katib M.C.Bağırov yoldaşa ərizə ilə müraciət edir, gördüklərini yazır. Məhz bundan sonra tablolar divarlardan yığışdırılaraq, od vurulub, yandırılır...” Məlumata görə məhz bundan sonra MK-da çalışan əməkdaşlar həm mənəvi, həm də psixoloji sarsıntılardan əsəb xəstəliklərindən canlarını qurtara bildilər. Əsasən 1946-1949-cu illərdə ölkənin ayrı-ayrı strukturlarına paylanmış rəsm əsərlərinin gətirdiyi mənəvi faciələrin, kütləvi gen zədələnmələrinin, zəhərə tutulmuş ailələrin faciəsi, qan hüceyrələrinə olan hücumların fasadları daha ağır idi. Məsələn, Şəmkir yaşayış məntəqəsində təsərrüfatda və elmdə, maarifdə göstərdikləri fədakarlıqlara görə pul baratı ilə mükafat olaraq 47 (qırxyeddi) ailəyə hədiyyə edilmiş (bu Moskvanın hədiyyəsi idi) rəsm əsəri həmin ailələri biri-birinin ardınca məhv edib, sıradan çıxartdı. Rayonun “genetik bazası”na ağır bir zərbə endirdi. Mən bəzi mətləblər var ki, onların üstündən sakit keçməyi məqsədəuyğun sayıram.

Araşdırma materiallarına görə hələ 1939-cu ilin mart ayından başlayaraq Azərbaycanın Qazax, Tovuz, Şəmkir, Ağstafa yaşayış məntəqələrinə məkanı bilinməyən və bugünədək qaranlıq qalan 240 (ikiyüzqırx) ailə köçürülürdü. Köçürülmə komissiyasında iştirak edən S.Q.Blantin 1939-cu ilin martın 28-də Kremldə fəaliyyət göstərən (bu komissiya tam məxvi qaydalarla işləyirdi) komissiya üçün yazdığı qeydlərdə göstərir: “...Onlar (yəni köçürülənlər) biri-birini söyüb, təhqir edir, hətta döyürdülər. Bədənləri, sir-sifətləri qalın, cod tüklə örtülmüş bu adamların durumu, əxlaqsız davranışları yerli adamları qəzəbləndirsə də əllərindən heç bir iş gəlmirdi. Onların adət, ənənələri... dərk olunmurdu. Onlar Allaha inanmır, heç bir dini kitaba ibadət etmirdilər. Hansı paltarda ölürdülərsə, o paltarda da dəfn olunurdular... Bu adamların bir qismi hava qaralan kimi gah çaqqal kimi ulayır, gah it kimi hürür, gah da bədheybət quşların səsini çıxardırdılar... (Mən bütün bu məsələləri minlərlə oxucunun gözlədiyi kitabların nəşrində geniş qeyd edəcəm).

Məlumata görə yaşayış məntəqələrindən Azərbaycan KP MK-ya şəxsən M.C.Bağırovun adına 100-dən artıq məktub göndərilmişdi. Amma nəzarət Kremldə idi və hər şey orada müzakirə olunurdu. Şəmkir, Ağstafa, Qazax və Gəncənin onbir nəfər din xadiminin imzaladıqları məktubda isə qeyd olunurdu: “...onların övladları, hətta özləri də (söhbət kişilərdən gedir) ərazidəki qızlara, gəlinlərə... hücum edir, bəzilərini zorla özlərinə arvad edirlər. Kimdir bunlar? Hansı millətin, hansı xalqın nümayəndələridir?.. Nəticə isə yox idi... Araşdırma materiallarına görə 1947-ci ilin oktyabrın 14-də İ.Stalinin yaşadığı bağ evində “Şeytanın kitabı”nda A.Hitlerin altından xətt çəkdiyi mətnlər müzakirə olundu. Qapalı keçən bu müzakirədə maraqlı məqamlar var idi.

Məsələn bağ evinin gözətçilərindən olan S.M.Fedoseyev şəxsi arxivi üçün hazırladığı materialda qeyd edirdi: “...Stalin yoldaşın bağ evində aparılan söhbətlərə qulaq asmaq və köçürmək bizim işimiz idi. Bunu yoldaş Beriya tapşırmışdı... Görüşdə iki din xadimi, üç akademik, dörd general... və bir də Azərbaycandan gəlmiş M.C.Bağırov yoldaş iştirak edirdi... O, təkid edirdi ki, Stalin yoldaşın Azərbaycanla bağlı fikirləri, tədbirləri dayandırılsın. İddiası bu idi ki, Azərbaycan əhalisi müsəlman əhalidir. Onlar Allahın Quranına inanırlar... “Şeytanın kitabı”nı onlar üçün açmaq, bu kitabla addım atmaq günah sayılır... etirazlar artar, inamsızlıq çoxalar. Generallardan M.Davıdov təkid edirdi ki, Müqəddəs Quran təhrif olunmuş şəkildə, ayə və surələrin ixtisarı, yer dəyişmələrilə çap edilsin. Quranda islahatlar aparılsın... M.C.Bağırov isə kəskin və sərt mövqedə dayanmışdı. L.Beriya yoldaş isə İ.Stalinə bu işlərdə təmkinli olmağını istəyirdi. Sonda məsələ yarımçıq qaldı. Müqəddəs Quranla bağlı məsələlər ləğv olundu. Bu çox vacib bir məsələ idi. Fikrimcə ittifaq ərazisində yaşayan bütün müsəlmanlar, din xadimləri, müsəlman respublikalarının sakinləri Azərbaycandan filmin M.C.Bağırov yoldaşa minnətdar olmalı idi. Çünki o, Müqəddəs Quranın sıradan çıxarılmasını, yalançı iddialarla çap olunmasının qabağını aldı. Onu müzakirə mövzusundan çıxartdı. ”

Kitabın müəllifləri iddia edirdilər ki, (bugünkü hesablamalara görə) bütövlükdə ərəb dünyası qum altında qalacaq. Küləyin və güclü tufanların nəticsində şəhərlər... qum altında görünməz olacaq. Məkkə və Mədinədə, Qatar və Küveytdə, Dubay ərazilərində.. qeyri-adi, insanları çaşdıran hadisələr baş verəcək. Məkkə divarları çat verib, çökcək... Güclü yeraltı təkanlar və gözlənilmədən yağan yağışlar əhalidə böyük çaşqınlıq yaradacaq. Digər tərəfdən dünyanın ən böyük və müqəddəs ibadət mərkəzləri yer üzündən silinəcək. Məsələn Türkiyə və Hindistan ərazilərindəki yeni tikiləcək (ola bilsin, o vaxtkı hesablamalarda bu gün tanıdığımız Tac Mahal və Süleymaniyyə məscidləri olsun) ibadət ərazilərini ildırım vuracaq... Dənizlərdən yeni çayların qopacağı da güclü şəkildə iddia edilir...

Avropaya gəlincə, o su altında can verəcək. Amerika isə tikə-tikə olacaq...

Məlumata görə bütün bunların və digər məsələlərin nə vaxt, hansı zaman baş verməsinin günü və tarixi də qeyd olunurdu...

Araşdırma materiallarına görə M.C.Bağırov böyük şübhələrlə Bakıya qayıdır. Çünki İ.Stalinlə Azərbaycana aid bir çox məsələlərdə M.C.Bağırovun şübhələri hələ çəkilib getməmişdi. Buna görə onun gərgin bir narahatçılığı var idi. Nəticədə M.C.Bağırov çox sərt və həm də çox ciddi və maraqlı bir addım atır. O, hərbi qüvvəyə məxsus təyyarələrdən birinə minərək, bir neçə dəfə Azərbaycanın başına dolanır... Bu zaman onun yanında ən ağır və dözümlü seyid peyğəmbər övladı olan Mir Möhsün Ağa idi... O, Mir Möhsün Ağanı yanında əyləşdirərək, Azərbaycanın, Azərbaycan xalqının və torpağının başına fırlandı. Bunun isə mənasını dərk etmək yəqin ki, çətindi...

Bütün bu baş verənlərin səbəb və nticələrilə bağlı ayrıca söhbətimiz ola bilər. Amma mən onun marağında deyiləm. Düşünürəm ki, bağ evində baş verən kiçik yığıncaqda Kremli millətlərin və xalqların, kiçik etnik qrupların üzərindəki genetik qələbə daha çox narahat edirdi. Bu narahatçılığa isə əsas var idi...

 

    P.S. Hesab nömrəsi:   Azərbaycan Beynəlxalq Bankı Tovuz Şöbəsi .

                                                               Hesab sahibi : VALİYEV ROVSAN NOVRUZ 
                                                               Vöen :9900001
                                                               Kod : 805 744
                                                               Muxbir hesab :AZ17IBAZ33801019445361122339
                                                                S.W.I.F.T 
                                                                İBAZAZ 2X

 

 

 

 

 

   Ardı var.

 

 

 

 Rövşən Novruzoğlu

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam