Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

BANK SPERMA

 

 

 

 

       XXIX-yazı

         

         Ayın üstündə Allaha məxsus 99 ad Qızılbulaqdan görünürdü       

                  Ruzveltin Stalinə tarixi məktubu

   Tehran konfransının (1943-cü il) maraqlı, tarix üçün açılmayan və məxvi qrif altında saxlanılan pərdəarxası məqamları var. Müharibədən çıxacaq dünyanın Ruzvelt (ABŞ), Çörçell (Böyük Britaniya) və Stalin (Sovet İttifaqı) arasında bölünmə ehtimalından sonra ABŞ Prezidenti T. Ruzveltin heç kəsin gözləmədiyi bir anda İ.Stalinə bağlı zərfin verməsi beynəlxalq müşahidəçilərin böyük marağına səbəb oldu. Məsələn İngiltərənin “Mİ-6” kəşfiyyat mərkəzi nə qədər cəhd etsə də, məktubun məzmunu haqqında hər nə qədər cəhd etsə də məktubun məzmunu haqqında heç nə əldə edə bilmədi. Məktub ancaq İ.Stalinə aid idi. O da məktuba nəzər saldıqdan sonra qırmızı qələmlə vərəqin üstündə yazdı: “L.Beriya yoldaşa. Aydınlaşdırmaq üçün...”

Tehran konfransında iştirak edən kəşfiyyat polkovniki İ.D.Maqniteki məsələyə münasibətdə şəxsi qovluğu üçün yazır: “...İ.Stalin yoldaşı məktubu açmağa qoymamağa çalışsaq da bir şey alınmadı. O. artıq məktuba, yazılmış və səliqə ilə bükülmüş vərəqə əl vurmuşdu. Açıb, oxumuşdu. Biz ehtiyat edirik ki, amerikalılar hər an onu zəhərləyib sıradan çıxara bilərdilər. Bu bizim üçün ehtimaldan çox, artıq həqiqət idi... Məktubda yazılmışdı? ABŞ Prezidenti cənab T.Ruzvelt İ.Stalin yoldaşdan Qızılbulaq ərazisini istəyirdi. T.Ruzvelt xahiş edirdi ki, həmin ərazidə işləmək üçün Amerika alimlərinə şans verilsin. Amerika alimlərinin Qızılbulaq ərazisində elmi-tədqiqat işləri üçün ABŞ Prezidenti küllü miqdarda pul təklif edir, laboratoriyaların tikilməsi üçün vəsaitin də ayrılacağını bildirirdi. Amma İ.Stalin yoldaş buna razılıq vermədi...” Polkovnik İ.D.Maqnitski bunu da qeyd edirdi ki, L.Beriya Qızılbulaq ərazisilə bağlı iki gün Azərbaycana zəng etdi, M.C.Bağırovla danışdı. Məlumat üçün bildirim ki, Qızılbulaqla bağlı L.Beriya-M.C.Bağırov danışıqlarını əks etdirən sənədlər 2003-cü ilin iyun ayının 27-də Moskvada nəşr olunan “İzvestiya” qəzetinin məlumatına görə Moskvada Tarix İnstitutunun Arxivindən oğurlanıb, yoxa çıxdı. (Mövzumuz bu olmadığından bununla bağlı danışmırıq).

                        

                  Qızılbulaq-möcüzələr diyarı

 

 Araşdırma materiallarına görə bu günədək Qızılbulaq ərazisində doğulan insanların genetikasında xərçəng sindromu... xərçəng xəstəliklərinin əlamətləri qeydə alınmayıb. Bu möcüzə olaraq qalır. O vaxt ölkə başçısı N.S.Xruşşov Kremldə keçirilən müşavirədə etiraf etmişıdi: “...Siz bilmirsiz (yəni müşavirə iştirakçıları) Qızılbulağı Moskvaya köçürərdim...” Bu fikirləri MN-nin həkimi, professor mikrobioloq  N.N. Muxin öz şəxsi qovluğundakı 11 saylı “Məxfi Arayışı”nda yazırdı.

Məxfi qovluqlarda Qızılbulaqla daha maraqlı və bizim üçün ciddi nəticələr verə biləcək məqamlar var. Məsələn Qızılbulağı tədqiq edən və şəxsən L.Beriya üçün arayış yazan Akademik  İ. İ. İvanov IX əsrin tanınmış səyyahı və ilk əczaxana açan həkim Bağdadcahan Yəmən Əl Qasimiyə istinad edərək yazır ki, Qızılbulaqdakı Ay daha aydın göründüyündən hər ilin mart, aprel və may aylarında bu yerlərə dünyanın varlı adamları gələrdilər. Onlar bu torpaqda sədəqə paylayır, sübhədək namaz qılıb, ehsanlar verir, toy çaldırırdılar. Akademik yazır: “...Qızılbulaqda mən də oldum. N.S.Xruşşovun təkidilə getdim. Özümlə müxtəlif regionlardan gələn beş alim-tədqiqatçı ilə getdim. Mən artıq Qızılbulağa daha yaxından bələd olmağa başladım. Alimlər sübhədək oyaq qalırdılar. Onlar Ayın üstündəki xətləri (biz ona ləkə deyirdik) min bir cəhdlə oxumağa çalışırdılar. İlk dəfə dünya alimləri Qızılbulaq ərazisindən Ayın üstündəki yazılanları oxudular.

Bu Allahın 99-müqəddəs adı idi. Ayın üstündə Allahın 99 adı yazılıb... Digər tərəfdən belə bir qərara gəldik ki, dünyanı məhvərindən çıxmağa, onu dağılmağa da qoymayan Ayın üstündəki Allahın 99 adlardır. Ay və onun səthindəki 99 müqəddəs adlar və işarələr dünyanı parçalamaqdan, dağılmaqdan qoruyan ən güclü “Atribut” olaraq, qalır...” Məlumata görə N.Xruşşov Qızılbulaq haqqında daha geniş materiallar oxumaq istəyirdi. Lakin çoxsaylı materiallardan aydın olur ki, Moskva Azərbaycan genetikasından çox ehtiyat edirdi. Nə üçün? Çünki Azərbaycanı kor, kar və lal saxlamaq, onu müti və qul kimi, qul və nökər psixologiyası altında saxlamaq... onun genetik kodlarının oyanmaması üçün bütün imkanlardan istifadə etmək Moskvanın əsas məqsədlərindən biri olaraq qalırdı. Alimlərimiz, tədqiqatlarımız isə... susurdular.

Araşdırma materiallarına görə 1953-1950-ci illərdə ərəb ölkələrindən, eləcə də dünyanın iri döıvlətlərindən tanınmış din xadimlərinin başçılığı ilə dörd yüz əlli bir nəfər (rəqəm polkovnik İ.İ.İvanovun məktubundan götürülüb) Qızılbulağa gəlmiş, Ayın üstündəki Allaha məxsus 99 adı oxumaqla, ibadətlə məşğul olmuşlar. Kəşfiyyat polkovniki İ.İvanov “Məxfi Arayış”ında bunu da qeyd edir ki, bəzi din xadimləri, islam filosof və alimləri Qızılbulaqda vəfat etməyi özləri üçün şərəf sayırdılar.

Kreml isə Azərbaycan istiqamətində “Genmutasiyası”ndan bir an da olsun əl çəkmirdi.

Azərbaycanın bölgələrinə ekspedisiyaların gəlməsi isə davam edirdi... Araşdırma materiallarına görə indiyədək heç kəs bilmirdi ki, Kremlin qədim keçidlərininn birində üz-üzə tikilmiş divarlarında Musa (ə). İsa (ə) və Məhəmməd Peyğəmbərin rəsmləri çəkilmişdi. Bu divarlar haqqında Kremldə demək olar ki, bilən yox idi. Divarların üstünü açan, oradakı rəsmləri kəşf edən general-mayor Dmitri Aleksandroviç Kolpakov aradan götürülmüşdü... N.S.Xruşşov bütün bunlar haqqında ətraflı öyrənmək istəyirdi. Çünki D.A.Kolpakov güllə ilə vurulan gün Kremlin üstündəki qülləyə bərkidilmiş beş ulduzun üstündə xaç şəkilli qat əmələ gəlmişdi. (Kreml ulduzundakı ikinci qat isə Sovet İttifaqı dağılandan sonra baş vermişdi. Qəribə hadisələr hamını çaşdırmışdı və həm də qorxutmuşdu. Daha heç kəs Leninlə bağlı, onun movzeleydən çıxarılması ilə bağlı səy etmək istəmirdi. Hər halda bütün  bunların məntiqi var idi. Məsələn, Moskva Kremli Bakıdakı Qız Qalası ilə eyni karvan yolunun üstündə idi. Və maraqlısı bu idi ki, Kreml ulduzu çat verəndə Qız Qalasının divarlarındakı qədim suvaqlar da qopub, tökülürdü. Faktiki olaraq Qız Qalasının özülü də çat vermişdi. Onun  uçub, dağılma... təhlükəsi isə realdır. Bunun isə səbəbləri var idi).

  Kreml divarlarına həkk olunmuş üç peyğəmbərin rəsmi (Şübhə etməyək ki, bu rəsmlər təsəvvürlə çəkilib. Lakin etnoqraf  D.O. Pavlov iddia edir ki, bu rəsm əsərlər təsəvvür yox, reallıqdan köçürülüb...) N.S.Xruşşovu çox düşündürürdü. 1953-cü ilin mayın 17-də o, akademik, ixtisasca mikrobioloq olan Anatoli Nikolayeviç Tumanovla təkbətək söhbət etmək istədiyini bildirir. Akademik bu zaman kəşfiyyat generalı xilen MN-nin BKİ-də şərq bölməsində çalışırdı. O, şəxsi işi üçün hazırladığı arayışda (görüş məxfi olsa da, akademik kəşfiyyat qanunlarını pozmurdu. Görüşlə bağlı arayışını yazmalı oldu) yazırdı: “...N.S.Xruşşov məni Kremldə qəbul etdi. Stolunun üstündə xeyli sayda qovluq var idi. Bu qovluqların hamısı da Azərbaycan respublikası ilə bağlı idi. Üstündə “Tam məxfi”, “Məxfi” qrifləri qovluqlar bizim idarədən göndərilmişdi. Daxili təhlükəsizlik qanunlarına” görə onun   bu qovluqları oxumaq icazəsi yox idi. Belə qovluqları BKİ-də yaradılmış “Generallar Şurası”nın qərarından sonra oxumaq mümkün olurdu.  Generallar Şurasında isə yeddi general təmsil olunurdu. Onların imzası hökmən lazım idi...

    N.S.Xruşşov  bu qovluqları qeyri-qanuni açmışdı. Qovluqların üstündə (iki dəfə) qırmızı qələmlə İ.Stalinin imzası görünürdü. Bu adət idi. Qovluğu açan şənxs həmin qovluğun üz qabığına öz imzasını atırdı.  Bu məxfi qovluqlar “Gen Mutasiyası” və yaxud “Mutasiya layihələri” ilə bağlı olduğundan maraqlı idi...

Akademik A.N.Tumanov yazır ki, bir ölkə  başçısı olan N.S.Xruşşovu narahat edən məsələ açıq qalmışdı. Onu maraqlandıran həkim, toksikoloq İlmurad Badaxşanskinin qeydləri idi. “Gen Mutasiyası” layihəsinin təşkilatçılarından olan, təhlükəsizlikmayoru İ.Badaxşanskinin yazdığı “Məxfi Arayış”da qeyd olunurdu ki, Azərbaycanın Gəncə bölgəsində (o vaxt Kirovabad kimi qeyd olunurdu) yerləşən  Qızılbulaq yaşayış məntəqəsi dünyanın dayaq nöqtələrindən biri hesab olunur. Orada doğulan, dünyaya göz açan uşaqların “genetik immuniteti” dünyada qəbul olunmuş immunitet gücündən on altı dəfə güclüdür. (Bu qənaətə genetik, kəşfiyyat polkovniki M.İ.Denisov gəlib) Kirovabad (Gəncə) – Şamxor (Şəmkir) arasında salınmış Qızılbulaq yaşayış məntəqəsi bizim nə tariximizdə, nə də Coğrafiyamızda var. Biz belə məskənə rast gəlmədik. Qızılbulaq kəşfiyyat şifrəsi idi. Araşdırma materiallarında biz bu yerin əsl adına rast gəldik.

     Məxfi qovluqlarda Azərbaycanın “Gen mutasiyası” olunmuş əraziləri, ailə və nəsillərin sayı, ölənlər haqqında, hətta onların dəfn olunduqları yer haqqında məlumatlar var idi. Akademik A.Tumanov “Məxfi Arayış”ında daha sonra yazır: “...Nikita Sergeyeviçin qarşısında Azərbaycanda baş verən mutasiya əməliyyatları ilə bağlı kifayət qədər məlumat var idi. O, mutasiya olunmuş nəsillərin, ailələrin, şəxslərin siyahısına təkrar-təkrar nəzər saldı. Ağdaşın Dumanlı Dərəsi haqqında film çəkməyi mənə həvalə etdi. Çünki mən o yerlərdə olmuşdum... (?) O, həm də SSRİ Səhiyyə Nazirliyinin, MN-nin BKİ-nin sənaye kompleksləri qarşısında Azərbaycanda əhalinin sayını maksimum 2 milyon nəfərə endirməyi ciddi bir məsələ kimi qoymuşdu. Bir yandan “Genetik hücumlar, “Mutasiya layihələri”, o biri tərəfdən saxta yolla yoluxdurulmuş epidemiyalar Azərbaycan millətini yarımcan etməyində idi...”

   Araşdırma materiallarına görə artıq Azərbaycanın  həm Şimal, həm Cənub, həm Şərq və həm də Qərbində mutasiya edilmiş, gen hüceyrəşli zədələnmiş, xromosonları iflic olmuş üst-üstə 1.700 ailə, 28 nəsil qeydə alınmışdı. Amma bütün bunlar Kreml üçün azlıq təşkil edirdi. Əsl azərbaycanlı “airası” pozulub, dağılmağında idi. 1953-cü ilin materiallarında qeyd olunurdu ki, Azərbaycan ərazisində 478 ailədə sırf heyvana bənzər uşaqlar doğulmuşdu. Onların bir qismi zibil qutularına atılmışdı. Bütün bunlar haqqında professor, genetik V.V.Qriqoriyev məlumat verirdi. Başqa bir araşdırma materialında qeyd olunur ki, professor, Moskva Tibb Universitetinin müəllimi Gennari Nikolayeviç Satarov (o, genetik Vasili Vasilyeviç Qriqoryevdir) Azərbaycanı yaxşı bilir. Respublikanın ictimai-siyasi mühiti haqqında, regionda baş verən genetik dəyişmələr haqqında onun 1953-cü ilin son altı ayı ərzində 12 “Məxfi Arayışı” olub. O, bu arayışları şəxsən N.S.Xruşşovun adına yazıb. Professor V.V.Qriqoryev 1953-cü ilin sentyabrın 19-da yazdığı 10 səhifəlik “Məxfi arayışı”nda  qeyd edir: “...1953-cü ilin sentyabr ayının 17-də Kremlə dəvət olundum. Mən ölkənin başçısı N.S.Xruşşovla görüşdüm. O, mənim hazırladığım kəşfiyyat qovluğuna işarə edərək dedi: - bütün bu yazdıqların, elmi qeydlərin bizim üçün çox vacib bir məsələdir. Azərbaycanda daha nə edə bilərik?..Məsələn Amerika alimləri, dəqiq deyim ki, genetikləri Kirovabad ərazisindəki Qızılbulaq haqqında bizdən çox bilirlər. Səfirlik bizə müraciət edib. Amerika genetikləri Qızılbulağa gəlmək niyyətindədirlər. Nə üçün? O yerlərdə nə var? Nə üçün bizim genetiklər o yerin sirrini açmaqda aciz qalıblar? Mən isə dedim: - Nikita Sergeyeviç, məsələ siz düşünən kimi deyil. Qovluqlarda Qızılbulaq haqqında kifayət qədər məlumat var. Onun bir qismini mən yazmışam, mən tədqiq etmişəm. N.S.Xruşşov cavabında bildirdi: - belə çıxır, aramızda hələ də amerikalılarla təmasda olan adamlar var. Qızılbulaq haqqında məlumatlar, onlarda hardandır?.. Bu sual cavabsız qaldı...”

   Araşdırma materiallarına görə amerikalılar Qızılbulaq yaşayış məntəqəsini almaq niyyətində olublar. (Maraqlıdır ki, Amerikanın Azərbaycandakı səfirlərinin hər biri işlədikləri müddətdə Qızılbulaq yaşayış ərazisində olublar. Biz bununla bağlı hazırladığımız kitabda geniş məlumat şvermişik).

    Məlumata görə kəşfiyyat sənədlərində qeyd olunan Qızılbulaq yaşayış məntəqəsi indiki Qarayer və Qırıqlı, Nadil yaşayış məntəqələrini əhatə edir. Məxfi arayışlardan aydın olur ki, Qızılbulaq ərazisi yeganə yaşayış məntəqəsi olub ki, baş verən zəlzələlərdən, daşqınlardan, digər təbii fəlakətlərdən həmişə kənar qaçıb. Məsələn məşhur Gəncə zəlzələsində bütün yaşayış məntəqələri zərər çəkib. Lakin Qızılbulaq bu təbii fəlakətlərdən salamat çıxıb. Başqa bir materialda isə bildirilir ki, bu yerlərin adamları vaxtilə çörək bişirəndə ailələrindəki hamilə qadınlar üçün ayrıca xəmir tutardılar. Həmin xəmirə isə Qızılbulaq torpağından bir qramdan da az torpaq səpərdilər... Bu hikməti anlamaq mənimçün çətin oldu. Məlumata görə xəmirə qatılmış bir qramdan az olan torpağın hikməti isə daha böyük idi. Bir qram torpaq məlum olur ki, hamilə qadınların ürək-damar sistemini normallaşdırır, qan təzyiqlərini və şəkəri aşağı salır, beyin fəaliyyətini gücləndirir. Doğulan uşaqlara gəlincə, onlar arasında nə xəstəlik olur, nə də hüceyrə zədələnmələri baş verirdi. Ən ağır və ən ciddi, təhlükəli xəstəliklərə qarşı güclü immunitetli uşaqların doğulması... tariximizdə və genetikamızda möcüzə olaraq qalır. Lakin bütün bunlar Kremldə əyləşənlərin ürəyincə deyildi. Nəticədə 1953-cü ilin dekabrın 10-da Qızılbulaq ərazisində “Gen mutasiyası” deyilən bir layihə işlənildi. O biri tərəfdən də “Vaksin əməliyyatı” deyilən bir əməliyyat başlanmışdı. “Gen mutasiyası” layihəsinin icrasına rəhbərlik edən professor, MN-nin hərbi-sənaye Kompleksinin məsul işçisi olan Vladimir Baskakov (İvanoviç) iki gündən sonra onüç nəfər əməkdaşı ilə Gəncəyə təşrif gətirir. 1953-cü ilin dekabrın 21-də Moskvaya, MN-nin 7-ci şöbəsinə, general M.D.Varlamova birinci “Məxfi Arayışı”nı yola salır. Professor V.Baskakov yazır: “...General Maksim Daniloviçə. İşə tikilməmək şərtilə. (Amma arayış işə tikildi. Səh.29. R.N.) Biz Qızılbulağa çatdıq. Biz hamımız – on üç nəfər axşam yeməyində zəhərləndik. Bizi güman edirdim, zəhərlədilər. Amma sonradan bu fikirdə qalmadım. Çünki bu adamlar daha məsuliyyətli, daha ciddi idilər. Onların kimlər tərəfindənsə, zəhərə tutulmaları mənim üçün boş və mənasızdır... Bu mümkünsüzdür...”

Digər tərəfdən hələlik məlum deyil ki, baş verir. Araşdırma materiallarına görə belə bir hadisə hələ qeydə alınmayıb. Professor V.Baskanov qarşıya qoyduğu planı diqqətlə nəzərdən saxladı. İkinci gecə isə V.Baskakov adamlarının da 8 nəfəri iflic olur. Bütün baş verənlər həm yerli əhali üçün, həm də Kreml üçün çox ciddi bir məsələ kimi qeyd olundu. 1953-cü ilin dekabrın 26-da isə iflic olan 8 nəfərin səkkizi isə birdəfəlik şikəst olaraq, geri, Moskvaya qaytarıldı. Professor, ixtisasca bioloq olan V.Baskanov isə Kremlə ünvanladığı məktubda yazır: “...Başçılıq etdiyim həkim qrupun 8 (səkkiz) nəfəri öz işlərini davam etdirə bilmədilər və nəticədə geri qaytarıldılar.  Kremlin “Gen mutasiyası” layihələrində təkcə Azərbaycan dayanmırdı.  Bu layihələrdə Türk dövləti də başlıca faktorlardan biri idi. Bu da ümumən türklərə qarşı genetik korların öldürülməsində, “zəhərlənməsində” görüləcək böyük və yaxud iri həcmli layihələrin mərkəzində dayanırdı. Bir az əvvələ qayıdaq. Məsələn XIV əsrdə baş tutan Lonıdon yığıncağında (ABŞ, Fransa, İngiltərə, İsveçrə, Avstriya, Yaponiya, Sovet İttifaqı) “Dirçələn türklər (yəni Türk Dünyası) və yəni bir oyanış” adlı məsələ müzakirəyə çıxarıldı. Dünya Böyük və Nəhəng Türk Dünyasının formalaşmasından ehtiyat edirdi... Mən bu konfransla bağlı məlum olan məsələləri açıqlamıram. Çünki məni düşündürən və geniş aspektdə maraqlandıran xalqımın və millətimin taıleyidir. Onu bütün bunların sonunda nə gözləyir?..

Araşdırma materiallarına görə iri  dövlətlərin  Türkiyə ilə bağlı strateji planlarında Azərbaycan həmişə onun yanında təhlil olunub. Akademik G.S.Markov (o həm də müharibə illərində İttifaqın Səhiyyə Nazirliyinin “Məxfi Auditoriya”sına  başçılıq edirdi.  Bu barədə sonra danışacağımı) 1954-cü ilin iyulun 12-də şəxsən N.S.Xruşşova ünvanladığı məktupbda qeyd edirdi: “...İnstitutumuzun apardığı tədqiqatların nəticələrini şəxsən sizə göndərirəm. Çox hörmətli Nikita Sergeyeviç, diqqətiniz bizim elmi işlərdə olduğunuz üçün çox təşəkkür edirik... Bizim MN-nin nəzdində fəaliyyət göstərən Genetika İnstitutumuz xeyli araşdırma işləri aparıb. Bu davam edir. Məlum olub ki, ölkəmizin ərazisində mövcud olan türk xalqları içərisində Azərbaycan ərazisi və orada yaşayan Azərbaycanlılar gələcəkdə daha ciddi fəsadlar törətmək iqtidarında olacaq. Bu millət tarixin ən qızğın, çevik və həqiqət axtaran millətdir. Onun genetik hüceyrələri bizi çox düşündürür. Onların çoxalıb, artması bizim üçün önəmli deyil. Lokal müharibələr, kütləvi zəhərlənmələr, köçürmə və deportasiyalar bu millətin genetikasındakı inkişafı ləngidə bilər. Bunun üçün kifayət qədər gücümüz var. Həmçinin bizim bu istiqamətdə yeni bir taktikamız da hazırlanıb...”

Akademik G.S.Markov (bəzi yerlərdə Marquk yazılır) məktubunda yeni taktikasını açıqlamır. Amma araşdırma materiallarına görə bu taktika Azərbaycan millətinə qarşı, paralel olaraq Türkiyəyə qarşı bir taktika idi... Milləti biri-birinə qarşı qoymaq bu taktikanınbaşlanğıcı idi. Əslində Azərbaycan istiqamətində hazırlanan yeni “Gen mutasiyası”da elə bu taktika ilə başlanmalı idi. Azərbaycana qarşı gen müharibəsi davam edirdi. Anamızdan əmdiyimiz süd isə, bu müharibənin əsas hədəfi olaraq qalırdı...

 

 

         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam