Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır

Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır

 

Azərbaycanda quduzluğa qarşı kompleks tədbirlər planı hazırlanır.
 
Yenixeber.org-un movqe.az-a istinadən xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov məlumat verib. A. Süleymanov Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçiriləcəyini bildirib: “Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması bizi də narahat edir. Amma siz də bilirsiniz ki, NK-nın müvafiq qərarına əsasən DBNX ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı vaksin edir. Buna baxmayaraq biz yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutmuşuq. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planında  bu məsələ öz əksini tapıb. Milli Strategiyanın hazırlanmasında Avropa İttifaqının ekspertləri də iştirak edir”.
  
A. Süleymanov bildirib ki, Kompleks tədbirlər planında təkcə quduzluq xəstəliyinə qarşı vaksinasiya tədbirləri öz əksini tapmayıb: “Bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb: “Tədbirlər planında sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısını almaq üçün strelizasiya tədbirləri də nəzərdə tutulub. Strelizasiya tədbiri odur ki, sahibsiz itlər əməliyyat yolu ilə qısırlaşdırılaraq nəsil artıra bilmirlər. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir. Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında vəhşi heyvanların oral vaksinasiyası tədbiri aparıldı. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Tədbirlər planında nəzərdə tutulur ki, vəhşi heyvanların oral vaksinasiyası davam etdirilsin. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılsın. Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının hazırlanaraq gələn il hökumətə təqdim olunacaq”.   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam