Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Yeni ildə Azərbaycanda yaşayış səviyyəsi necə olacaq?— PROQNOZLAR

 

Yeni ildə Azərbaycanda yaşayış səviyyəsi necə olacaq?
22:37
Bu
 
248
Ölkə
Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə dünya bazarında neftin 1 barrelinin orta qiyməti 50 dollar təşkil edəcək.

Yenixeber.org: Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb. Hökumətin proqnozlarına görə, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.

Azərbaycan hökumətinin proqnozuna əsasən, cari ildə ölkənin ümumdaxili məhsul istehsalı (ÜDM) 68 mlrd. 164,7 mln. manat təşkil edəcək. Hökumətin proqnozlarına görə, özəl sektorun ÜDM-də payı 84% olacaq. Neft sektorunda bu il 24 mlrd. 280,4 mln. manatlıq və ya 4,3% az, qeyri-neft sektorunda isə 43 mlrd. 884,3 mln. manatlıq və ya 2,6% çox istehsal gözlənilir.

2018-ci ildə isə 1,5%-lik iqtisadi artım proqnozlaşdırılır. Belə ki, gələn il Azərbaycanda ÜDM-in 69 mlrd. 395,4 mln. manata (neft sektoru - 21 mlrd. 764,9 mln. manat, qeyri-neft sektoru - 47 mlrd. 630,5 mln. manat) çatacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83%-ə enəcək. Proqnozlara əsasən, 2019, 2020 və 2021-ci illərdə Azərbaycan iqtisadi müvafiq olaraq 4%, 3,7% və 2,9% artacaq.

İqtisadçı ekspertlər isə məsələyə birmənalı yanaşmırlar. İqtisadçı ekspert Qadir İbrahimli “Ölkə.Az”a açıqlamasında bildirib ki, son 4 ildə neftin 10 dollara qədər ucuzlaşması proqnozu rasional deyil. Onun fikrincə, hazırda dünya neft bazarında əsas iqtisadi deyil, siyasi amillər üstünlük daşıyır.

“Dünya neft bazarında hansı proseslərin getdiyi hər kəsə məlumdur. Yəni burada siyasi amillər əsas rol oynayır. Yəməndə və İraqdakı məlum hadisələr, eyni zamanda digər siyasi proseslərin hamısı neftin qiymətinə birbaşa təsir edən amillərdəndir. Hələ məlum deyil ki, neft ölkələrində bir ildən sonra hansı proseslər baş verəcək. Hətta neftin 2015-ci ildəki kimi 30 dollara qədər enməsi də baş verə bilər. Bu baxımdan 2022-ci ilədək iqtisadi artım proqnozu da rasional deyil. Çünki Azərbaycan iqtisadiyyatı birbaşa neft amilindən asılıdır. Biz bunun ağır nəticəsini də görmüşük. Əgər yenə optimist proqnozlara arxalanıb, istisadi proseslər davam edərsə, problemlər yarana bilər”, - deyə iqtisadçı bildirib.

Qadir İbrahimlinin sözlərinə görə, yarana biləcək iqtisadi böhrandan çıxış yolu kimi, ölkədə çoxşaxəli iqtisadiyyat qurmaq lazımdır. Onun sözlərinə görə, bütün sahələrdə rəqabətlik mühiti yaradılmalıdır: “Yəni çalışmaq lazımdır ki, büdcə birbaşa məhsul satışından asılı olmasın”. 

Millət vəkili, iqtisadçı Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, hökumət qarşıda yarana biləcək siyasi-iqtisadi problemlərə hazırdır. Onun sözlərinə görə, hesablamalara əsasən Azərbaycan iqtisadiyyatında ciddi problmelər yaranmamalıdır.

“Hazırda siyasi proseslər iqtisadi amillərə o qədər təsir edir ki, gələcək üçün iqtisadi proqnozlar vermək də olmur. Çox vaxt bu proqnozlar özünü doğrultmur. Hesab edirəm ki, dünyada baş verən siyasi proqnozlara baxanda, neftin qiyməti müəyyən müddət 50 dollar səviyyəsində davam edəcək. Bunun aşağı düşmək ehtimalı azdır. Neft ixrac edən ölkələr həmişə istəyirlər ki, onun qiyməti yüksək olsun. Digərləri isə çalışırlar ki, neftin qiyməti aşağı olsun. Hələlik Azərbaycan iqtisadiyyatı neftdən müəyyən qədər asılıdır. Lakin son vaxtlar ölkəmizdə qeyri-neft sektorunun inkişafı gündəmdədir. Ölkə rəhbəri Strateji Yol Xəritəsi imzalayıb. Buna uyğun olaraq, 2018-ci ildən başlayaraq proqram həyata keçiriləcək. Yavaş-yavaş bunun bəhrəsini də görəcəyik. Yəni ümumi daxili məhsulda qeyri-neft sektorunun payı get-gedə artmaqdadır. Həmin proqramlamaya əsaslanaraq, deyirəm ki, biz bunu yerinə yetirə bilsək, növbəti illərdə bizim üçün iqtisadi sahədə problemlər yaranmamalıdır”.

Ziya Səccad


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam