Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Rusiyada iqtisadi durğunluq 20 il davam edəcək

 

 

Rusiyada 2035-ci ildə də əvvəlki kimi dövlət kapitalizmi, staqnasiya, aşağı neft qiymətləri, əhalinin sayının azalması və əmək haqlarının zəif artımı müşahidə olunacaq

 

Xeberinfo.com:  "Gazeta.ru"ya verdiyi xəbərə görə, belə bir nəticə Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlarına dair ilkin hesabatında əksini tapıb.

 

İİN-in 2035-ci ilə qədər baza proqnozlarına əsasən, sənaye istehsalının artım tempi qarşıdakı 18 ildə 2%-i keçməyəcək, 2024-cü ilə planlaşdırılan prezident seçkilərindən sonra sənaye istehsalı 1,9%, 2035-ci ilə doğru isə 1,7% artım göstərəcək.

 

 Qeyd edək ki, 2017-ci ildə sənaye istehsalının cari illə müqayisədə 1,1% artacağı proqnozunu hökumət artıq qəbul edib.

Əsasa kapitala investisiyalar uzunmüddətli perspektivdə bir qədər canlanacaq. İİN proqnozuna görə, 2025-ci ildə bu göstərici 3,2%, 2035-ci ilə yaxınlaşdıqca isə azalaraq 2,5% təşkil edəcək. Gələn il üçün isə artım proqnozu 0,8%-dir.

 

Proqnozların təhlili göstərir ki, 2035-ci ilə qədər xammala bağlı iqtisadiyyatın heç bir ciddi diversifikasiyası həyata keçirilməyəcək. Neftin qiyməti isə 2025-ci ilə qədər orta hesabla 5 dollar artaraq 45 dollar/barel, 2035-ci ildə isə 54,9 dollar/barel təşkil edəcəyi ehtimal olunur. Nəticədə, ÜDM-in 2025-ci ildə 2,2%, 2035-ci ildə 1,7%, 2017-ci ildə isə 0,6% artacağı proqnozlaşdırılır.

 

Bununla yanaşı bildirilir ki, 2025-ci ildə dolların orta məzənnəsinin 76,9 RUS/USD, 2035-ci ildə isə 78,4 RUS/USD olacağı ehtimal edilir. 2025-ci ildə iqtisadi fəal əhalinin sayı cari 72,3 mln.-dan 4,6% azalaraq 69 mln. nəfərə enəcəyi, 2035-ci ildə isə bu göstəricinin 68,1 mln. nəfər təşkil edəcəyi gözlənilir.

 

Qeyd edək ki, proqnozların baza varianti hökumət üçün həmişə əsas variant olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam