Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğanın Bakı səfəri niyə təxirə düşüb:Türkiyənin Avrasiya İttifaqına yolu İrəvandan keçir? – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 05.09.2017


Yenixeber.org: Türkiyənin Azərbaycan səfiri Erkan Özoral məlumat verib ki, Türkiyə prezidentiRəcəb Ərdoğan yüksək səviyyəli Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) altıncı toplantısına qatılmaq üçün 10-11 sentyabra nəzərdə tutulmuş Bakı səfərini təxirə salıb. Uyğun olaraq bu formatda Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları baş tutmalıydı.

Xatırladaq ki, Strateji Əməkdaşlıq Şurası 2010-cu ildə yaradılıb. Bu formatda hər bir görüşdən əvvəl iki ölkənin bürokratik və ekspert aparatınn böyük işi gəlir. Şuranın işinin əvvəllər də baş vermiş vaxt dəyişimi həmişə hansısa gözlənilməz və hətta fors-major şəraitlərlə bağlı olub. Məsələn, beşinci toplantının keçirilməsi Ankarada terakt üzündən başqa vaxta keçirilib.

Bəs bu dəfə nə baş verib?

Səfir Özoral izahat üçün sürüşkən, lakin xeyli eyhamlar ehtiva edən “prezidentin sıx iş qrafikinə görə” ifadəsini işlədib. O, bu zaman detallar haqda danışmayıb ki, bu da ekspertlər arasında dərhal xeyli versiyalar doğurub.

Bunlardan birinə görə, “baş verən hadisədə sırf gizli siyasi səbəb aramaq lazım deyil və hər şey Türkiyə liderinn sağlamlıq problemləri ilə bağlıdır”.

Amma bu, tənqidə tab gətirmir. Müşahidələrimizə əsasən, Ərdoğan tamamilə gümrahdır və ölkə siyasi həyatında ictimai fəal iştirakını davam etdirir. Türkiyəli politoloq, “Kafkassam” Strateji araşdırmalar mərkəzinin direktoru Həsən Oqtayın qeyd etdiyinə görə, Bakıya baş tutmamış səfərin əsil səbəbini tərəflərin üstündən keçməyə üstünlük verdiyi başqa, daha önəmli yöndə axtarmaq lazım gəlir.

Baxışımızca, söhbət SƏŞ-in əvvəlcədən hazırlanmış gündəliyinə mümkün düzəlişldən gedir. Necə deyərlər, “dəyişilmiş siyasi şərait üzündən”.

Yeri gəlmişkən, Özoral bu haqda, demək olar, açıq bəyan edib. Onun sözlərinə görə, “hazırda Türkiyənin Avrasiya İqtisadi Birliyinin (AİB) Gömrük İttifaqına daxil olması məsələsi nəzərdən keçirilir” və “bunun siyasi yönləri var”.

Hətta Ankara həm də cari ilin sonuna qədər AİB ilə gömrük sazişi bağlamaq niyyətindədir. Bu haqda artıq iqtisadiyyat naziri Nihad Zeybəkçi bəyan edib. Bu versiyanı Oqtay da təsdiqləyərək bildirir ki, “Türkiyə üçün beynəlxalq sistemdə yer tutmaq və bu sistemin təklif etdiyi bütün imkanlardan yararlanmaq önəmlidir” və o, “indi sistemlər arasında keçidi təmin edən durumdadır”.

Əlbəttə, Türkiyə diplomatiyası üçün adət halına keçmiş, məğzi gah Avropa, gah da Rusiya “kart”ını oynamaq cəhdləri olan blefi istisna etmək olmaz. Lakin bütün əlamətlərə görə, qarşıdakı seçkiləri udacaq Almaniya kansleri Angela Merkelciddiyyətlə bildirib ki, “Avropanın növbəti sammitdə Türkiyənin Avropa Birliyinə daxil olması haqda danışıqların mümkün dayandırılmasını müzakirə etməyi lazımdır”. Almaniya XİN başçısı Ziqmar Qabriel öz növbəsində açıq-aşkar  dəqiqləşdirib ki, “Türkiyədə nə qədər ki Ərdoğan hakimiyyətdədir, bu ölkənin AB-yə girmək şansı yoxdur”.

Belə ki, Böyük Britaniya AB-dən çıxdqıdan sonra Ankara özünün ən fəal müdafiəçisini itirib, Avropa qapıları uzun müddətə onun üzünə örtülüb. İstisna olunmur ki, Ankaranın Brüssellə ticari-iqtisadi əməkdaşlığı da ən yaxın perspektivdə məhdudlaşmağa başlayacaq.

Türkiyənin bu cür şəraitdə AİB-ə sarı axınması təbii və bir çox baxımdan məcburi görünür. Amma bu yolun üzərində birliyin tamdəyərli üzvü, Türkiyənin ittifaqa müəyyən şərtlərlə (məsələn, diplomatik münasibətlərin bərpası və sərhədin açılması) girməsinə razılaşa biləcək, bəlkə də, əleyhinə çıxış edəcək Ermənistandurub. Əsas intriqa da məhz bundan ibarətdir. Yəni Cənub Qafqazda prinsipal şəkildə yeni geopolitik durum biçimlənə bilər: əgər Ankara əvvəllər Bakının diktəsi altında münasibətləri normallaşdırmaq üçün bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərinə bağlayaraq  İrəvana qarşı şərtlər irəli sürürdüsə, indi Ermənistanın özü Türkiyəyə qarşı şərtlər irəli sürə bilər.

Təsadüfi deyil ki, Türkiyənin “Daily Sabah” qəzeti xəbər verib ki, Ərdoğan yalnız Türkiyənin AİB ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı Qazaxıstansəfərindən sonra Bakıya səfər edəcək.

Bu bildirir ki, Cənub Qafqazda prinsipcə tam yeni geopolitik vəziyyət formalaşa bilər. Rusiya, Qazaxıstan və Ermənistanla tərəfdaşlıq nəzərə alınmaqlaAnkara AİB ilə tərəfdaşlıqda geniş mənada heç vaxt birinci rolda çıxış etməyəcək.

Ankara Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (USAK) Avrasiya siyasəti üzrə eksperti Kərim Has yazır ki, hələ bu yaxınlara qədər qüvvədə olan Rusiya-Türkiyə alyansı Azərbaycanın da mövqeyini hiss olunacaq dərəcədə möhkəmləndirib.Paradoks bundadır ki, Bakı Rusiya və Türkiyə münasibətlərində bağlayıcı bəndlərdən biri kimi öz yerini İrəvana güzəştə gedə bilər. Və hətta “Şahdəniz-2” yatağının layihə gücünə çıxışı da Türkiyənin təbii qaza artan ehtiyacını bağlaya bilməz, Rusiya (və yaxud Türkmənistan, çarəsiz qaldıqda İran) yanacağı almadan ötüşə bilməyəcək. “Türk axını” işə düşəndən sonra isə Ankaranın Bakıdan qaz asılılığı zəifləyəcək, bunun yekunu  Türkiyə tərəfinin Azərbaycana münasibətdə ahəng çalarının dəyişilməsi ilə nəticələnməyə başlayacaq.

Bakının özündə isə artıq yazırlar ki, “Türkiyə və Azərbaycanın siyasi məntiq və fəlsəfəsi, hətta geopolitik gerçəklikləri tam oxşar deyil”.

İndi ancaq gözləmək qalır ki, Türkiyə qaçılmaz olan Ermənistan trekinə necə daxil olacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam