"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir".
Yenixeber.org: Məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb.
"Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb.(apa)