Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Küçələrdə artan dini təbliğat halları qanunidirmi? -RƏSMİ cavab

 

 

Son günlər Bakıda “Yehova şahidləri” dini icmasının üzvlərinin küçələrdə insanlara yaxınlaşaraq dini təbliğat aparması halları artıb.

Yenixeber.org: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələyə münasibət bildirərkən Trend-ə deyib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Bu o deməkdir ki, dini icma Dövlət Komitəsi tərəfindən idxalına və ya çapına razılıq verilmiş, eləcə də nəzarət markası vurulmuş dini kitabı yaya bilər:

“Amma bu, ictimai asayişin pozulması cəhdi, o cümlədən vətəndaşlara narahatlıq yaradılması ilə müşahidə olunmamalıdır. Dini kitabların küçədə satılmasına gəlincə, bu yolverilməzdir. Çünki “Dini etiqad azadlığı haqqında” qanunun yenə 22-ci maddəsinə görə, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razlığı ilə yaradılmış ixtisaslaşmış satış məntəqələri (dini mağaza) vasitəsilə həyata keçirilir”.

G.İsmayılovun sözlərinə görə, göründüyü kimi, qanunvericilikdə dini kitabın satışı və yayılması fərqli anlayışlardır. Başqa sözlə, dini kitabın zərərli olmaması və nəzarət markası vurulması onun istənilən yerdə satılmasına əsas vermir:

“O ki qaldı dini icmalar tərəfindən dini kitablar yayılarkən qanunvericiliyin pozulması hallarına, indiyədək bu cür faktlar qeydə alınıb. Bəzi hallarda “Yehova şahidləri” və digər dini icmaların üzvləri vətəndaşların evlərinə gedərək israrlı şəkildə dini təbliğat aparırlar. Bu isə narazılıq yaradır. Bu cür hallarla bağlı Dövlət Komitəsinə əvvəllər dəfələrlə müraciət daxil olub və müvafiq tədbirlər görülüb.

Yaxşı olar ki, vətəndaşlar dini ədəbiyyatın yayılması halı ilə qarşılaşdıqda ilk növbədə həmin kitaba nəzarət markası vurulub-vurulmadığına baxsınlar. Əgər vurulmayıbsa, deməli, qanunsuzdur. Əgər nəzarət markası vurulubsa, amma satılırsa, bu da qanun pozuntusudur. Çünki dini kitabın satılması yalnız dini mağazalar vasitəsilə həyata keçirilməlidir. Nəzarət markası vurulmuş dini kitablar isə satılmamaq şərti ilə sərbəst yayıla bilər”.

Xatırladaq ki, bəzi ölkələrdə, o cümlədən Rusiyada "Yehova şahidləri" dini icmasının fəaliyyəti qadağan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam