Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məhkəmə Tağı Əhmədovla bağlı xüsusi qərarlar çıxara bilər

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov sonuncu məhkəmə prosesində “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə verərək şok məlumatlar açıqlayıb.

Yenixeber.org: Çovdarov bildirib ki, T.Əhmədovun milyonluq yeyintiləri və ofşor hesabları üzə çıxıb: “Tağı Əhmədov işdən çıxarılandan sonra yeni rəis Zaur Hüseynov mənə zəng elədi ki, stansiyaların çıxışındakı obyektlərin icarədarları metroya girişi bağlayıblar, askiya keçirirlər. Mən də dedim bu barədə polisə məlumat vermək lazımdı. Zaur Hüseynov dedi polisə deyiblər, onlar bacarmır. Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər. Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq, bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb ediridlər. Bu ticarət nöqtələri də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidi ki, 1200 köçkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub? Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb Metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Göstəriş verildi ki, Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş. 
Detallı araşdırma zamanı bəlli oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.
Bundan başqa biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb “kraskalayıb” 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat “silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi. Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları açıqlayım: 

“Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib. 
Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlandı. Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da oğlu Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.
Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik, bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özününüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, “bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi sən onu bizə göndərsən biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq”. 

“MTN işi” məhkəməsində prokuror qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb. A.Çovdarov isə ona belə cavab verib: 


“Sən məndən bunu soruşma, soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam?”.

Prokuror isə bu sualı səsləndirməyib.

Çovdarov ifadəsində bildirib ki, Tağı Əhmədovun ona pul verməsi yalandır: “Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, hədiyyə etsinlər. Mən Rəsulə dedim ki, get Tağıya de, lazımdısa nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, “3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiz”. Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə bu məsələnin üstünə getmədik. Tağı Əhmədovun mənimsəmələri isə dövlət rəhbərliyinin məlumatı olduğu məsələ idi, 3 yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. 
Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq. Tağı Əhmədov məndən şikayət etmək fikrində olmayıb, sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, “bu yaşımda mənə lazım idi bu?”. Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı bu məsələyə görə məcbur olub mənim əleyhimə yalan ifadə verdi”.

T. Əhmədov isə məhkəmədə ona 3 milyon manat ziyan dəydiyini deyib, həmin məbləğin ödənilməsini istəyib. 

Maraqlıdır ki, hakim məhkəmədə Tağı Əhmədovdan Akif Çovdarova ödədiyi vəsaitin mənbəyini niyə soruşmayıb?

Modern.az məsələyə aydınlıq gətirməsi üçün hüquqşünas mövqeyini öyrənib. 

Tanınmış vəkil Cavad Cavadov Modern.az-a deyib ki, şəxsin məhkəmə baxışında istintaq başlanana qədər mülki iddia hüququ var:

“Mən bildiyimə görə Tağı Əhmədov bununla bağlı mülki iddia qaldırıb. Həmin mülki iddia baxımından Tağı Əhmədovun 3 milyon manat məbləğində dəymiş ziyanı tələb etmək hüququ var. Onun bu vəsaiti haradan alması ilə bağlı araşdırma aparılmalıdır. Amma bu, məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan qanunvericiliyinə görə, qanunsuz gəlir, hökumətə qaytarılması mümkün deyilsə, vergiyə cəlb olunur. Bunu istintaq orqanı araşdırmalıdır”.

Hüquqşünas bildirib ki, məhkəmə Tağı Əhmədovla bağlı xüsusi qərardad çıxararaq, prokurorluğa müraciət edə bilər:

“Məhkəmə bu məsələ ilə bağlı sorğu-sual edib, hər hansı cinayət faktı aşkar edərsə, xüsusi qərardad çıxara bilər. Necə ki, Eldar Mahmudov və istintaqın keçmiş rəisi ilə bağlı xüsusi qərardad çıxarıldı. Məhkəmə eyni hərəkətləri Tağı Əhmədov üçün də edə bilər. Bu, məhkəmənin hüququdur, amma vəzifəsi deyil. İstintaq orqanın isə vəzifəsidir. İstintaq orqanı bunu sorğu-sual edib araşdırmalı idi ki, pulun mənbəyi haradandır? İstintaq orqanı bu nüansdan yan keçə bilməzdi. Ki, lap səni məcbur edib pul alıblar, sən də vermisən. Bəs sən o pulu haradan almısan, mənbəyini göstər. Amma görünən odur ki, istintaq orqanı bu məsələlərə göz yumub. Tağı Əhmədov vaxtında mülki iddia qaldırdığına görə məhkəmə onu zərərçəkmiş qismində tanıyıb. Cinayət prosessual qanunvericiliyinə görə, maddi zərər vurulmuş şəxs tək zərərçəkmiş qismində tanınır. Burada Tağı Əhmədova maddi zərər vurulub. İstintaq orqanı haqlı olaraq onu zərərçəkmiş kimi tanıyıb və Tağı Əhmədovun mülki iddia qaldırıb, pulu tələb etmək hüququ var”.

C.Cavadov qeyd edib ki, Tağı Əhmədovun MTN çetesinə verdiyi vəsait rüşvət kimi qiymətləndirilməyib:
“İstintaq onu hədə-qorxu ilə pulların mənimsənilməsi kimi qiymətləndirib. İşə də hədə-qorxu ilə həmin pulları tələb edən mütəşəkkil cinayətkar dəstənin işi kimi baxılır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam