Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Tağı Əhmədov həbs olunacağından qorxub…” –Sabiq MTN polkovniki

tagi-ehmedov-mtn-akif-covdarov-azpolitika-sayti-702x401

Xeberinfo.com:  Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov cinayət işi üzrə ifadə verib.

“Report”un əldə etdiyi məlumata görə, o, ifadəsində göstərib ki, 2014-cü ildə MTN-in 3-cü idarəsinin rəis müavini vəzifəsində işləyərkən və Tağı Əhmədov Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunmazdan qabaq nazirliyin 6-cı Baş İdarəsinin 2-ci idarəsində metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub.
S.Məmmədov dindirilərkən özü 3-cü idarədə işlədiyindən həmin materialın ona hər hansı aidiyyəti olmadığını, T.Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib: “Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş verdi. Tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri MTN-in Komendaturasına çağırılaraq, əməkdaşlar tərəfindən izahatları alınıb. Mən Akif Çovdarovun tapşırığı ilə izahatların düzgün tərtib olunmasına nəzarət etmişəm, amma izahat alınması prosesində iştirak etməmişəm. Bütün bu prosesə isə idarə rəisi Rəsul Rəsulov başçılıq edib. Proses barədə Akif Çovdarova məruzə edilib, araşdırma zamanı alınmış izahatlardan məlum oldu ki, metropolitendəki ticarət müəssisələrindən əldə oluna vəsait mənimsənilib. Akif Çovdarov mənə də etibar etdiyi üçün özümə olmayan məsələlər haqqında da danışdı və onun danışığından bildim ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün rəhbərliyə çıxış axtarıb”.
S.Məmmədov bildirib ki, T.Əhmədov nazirlə əlaqə saxlaya bilmədiyi üçün MTN əməkdaşı Tural Rzayevə müraciət edib: “Tural Rzayev isə məsələnin həllinin onun səlahiyyətində olmadığını dediyi üçün Tağı Əhmədov Rəsul Rəsulova müraciət etdi. Bundan sonra eşitdim ki, Akif Çovdarov Tağı Əhmədovun məhkəmədə işləməyən oğlu ilə Bakı şəhərində Ordu İdman Klubunun qarşısında görüşüb. Akif Çovdarov onun oğlundan 1 milyon ABŞ dollar pul alıb. Bundan sonra o, Tağı Əhmədovla bağlı tədbirləri dayandırıb. 2015-ci ilin oktyabr ayının 17-də nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb etdi. Rəsul bu barədə onun yanında Akif Çovdarova məruzə edərkən o, “mənim Tağıya verməyə 3 milyon ABŞ dollar pulum yoxdur” sözlərini dedi. Həmin zaman Akif Çovdarovun Tağı Əhmədovdan 1 milyon ABŞ dollar deyil, 3 milyon ABŞ dollar pul aldığını bildim”.
O, həmçinin ifadəsində göstərib ki, nə Orxan Osmanova, nə Tural Rzayevə, nə də başqa bir əməkdaşa T.Əhmədovla bağlı məsələ üzrə kimdənsə izahat almağa dair hər hansı göstəriş verməyib: “Kimdənsə izahat alınması prosesində iştirak etməmişəm, o cümlədən Tağı Əhmədovun metropolitendə ticarətlə məşğul olan qardaşı oğlu Əhmədov Şövqi Xeyrulla oğlu və tanışı Tağıyev Elşən Namiq oğluna metropolitendə olan ticarət obyektlərinin gəlirləri barədə suallar verməmişəm. Amma nazirlikdə gedən ümumi söhbət zamanı eşitdim ki, MTN-ə gətirilən Tağı Əhmədovun hansısa oğlunun tanışı və qardaşı oğlu döyülüb. Onların konkret kimin tərəfindən və kimin göstərişi ilə döyülməsini isə bilmirəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam