Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ekspertlər benzinin bahalaşmasından danışdı:TƏFSİLAT

Ekspertlər benzinin bahalaşmasından danışdı:

 

İqtisadçı ekspert benzinin bahalaşmasının indiki dövrə təsadüf etməsini doğru addım kimi qiymətləndirir, amma əks arqumentlər də var

Yenixeber.org: Tarif Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzinin pərakəndə satış qiymətinə baxılıb çıxarılan qərara əsasən, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla $0,53) müəyyənləşdirilib.

Qeyd edək ki, əvvəl bu göstərici 0,70 AZN idi. Beləliklə, qiymət artımı 28,57% təşkil edib. Benzinin bahalaşması cəmiyyətdə narahatlıqla qarşılansa da, gözlənilən ajiotaj yaşanmayıb.

 

İqtisadçı Pərviz Heydərov hesab edir ki, “Aİ-92" markalı benzinin qiymətinin yüksələcəyi çoxdan gözlənilirdi və bunu qaçılmaz edən səbəblər var idi: ”Bunun “Aİ-95" markalı benzinin qiyməti 1 manat 15 qəpik edildikdən sonra qaçılmaz olduğu əyani görünürdü. Düzdür, ”Aİ-95" kənardan gətirilir, yəni idxal olunur. Ancaq bunun məsələyə heç bir dəxli yoxdur. Əvvəla, bizdə sonuncu adıçəkilən benzin markası ilə “Aİ-98" markalının qiymətləri sərbəst tənzimlənsə də, digər bütün növ yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. İkincisi də ki, ”Aİ-95" ilə “Aİ-98" markalı benzinlərin daxili bazarda alıcılarının sayı olduqca cüzi pay təşkil edir... Və ”Aİ-95" bahalışdıqdan sonra onun da istifadəçilərinin çox hissəsi “Aİ-92"-yə keçmişdi... Bir sözlə desəm, bu gün Azərbaycanın benzin satışı üzrə daxili bazarında 90-95 % tələbat məhz ”Aİ-92" markalı benzin üzrədir. Ölkəmiz kənardan yanacaq idxal etsə də, xaricə benzin sata bilmir.

 

Çünki daxili tələbat buna imkan vermir. Üstəlik, istehsal özü də inkişaf etmir, əksinə, azalır. Çünki texnologiya köhnədir, modernizasiya əlavə xərclər tələb edir. Belə şəraitdə Azərbaycanın neft ölkəsi olmasının nə əhəmiyyəti vardı ki... 2016-cı ildə Azərbaycanda 1 milyon 153 min ton avtomobil benzini istehsal olunduğu deyilir. Bu, 2015-ci ilə nisbətən 6%-ə yaxın az istehsal deməkdir. 2017-ci ilin yanvar-may aylarında isə 524,1 min ton benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur. Ancaq manatın dəyəri enib axı".

 

 

 

İqtisadçı ekspert benzinin bahalaşmasının məhz hazırkı dövrə təsadüf etməsini doğru addım kimi qiymətləndirdi: “2015-ci il ərzindəki 2 devalvasiyadan, hansı ki, ABŞ dollarına nəzərən birinci 34 %, ikinci isə 47 % təşkil etdi, daxili istehsala məxsus demək olar, heç bir növ yanacaq məhsulunun qiyməti qaldırılmamışdı. Üstəlik, Neft Şirkətinin (SOCAR) özünün də vəziyyəti qənaətbəxş sayılmır. Neft hasilatı enir, emal müəssisələri köhnədir - modernləşdirmə üçün vaxt və vəsait tələb olunur, son 3 ildə yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar olaraq isə şirkətin gəlirləri azalıb, dövlət büdcəsi qarşısında öhdəliklər isə artıb. Belədə dövlət nə etməlidir? Təbii ki, tarifi qaldırmalıdır. Yanacağın qiymətinin artması qaçılmaz idi. Və burada müsbət və mənfi olan məqamlar nədir?! Müsbət olan odur ki, yaxşı ki, sözügedən addım məhz ilin bu vaxtında atıldı. Belə ki, inflyasiyaya və qiymət artımlarına müvafiq təsirlərin az və zəif olan məqamında... Çünki sentyabr və payız mövsümünə doğru onsuz da həmişə bahalaşma baş verir. İkinci müsbət cəhət isə odur ki, valyuta bazarında da sükunət hökm sürməkdədir. Mənfi cəhətlərə gəldikdə isə qiymətlər nisbətən yüksələcək. İnflyasiyanı 2 rəqəmli səviyyədən endirmək çətin olacaq. Ola bilsin ki, manatın da məzənnəsi üçün əlavə neqativ təsir ortaya çıxacaq. Ancaq düşünürəm ki, ilin sonuncu 3 ayının başlanğıcına qədər yaranacaq gərginlik dalğası istənilən halda yatacaq”.

 

 

 

İqtisadçı ekspert Rəşad Həsənov isə benzinin bahalaşmasından sonra bir çox məhsul və xidmətlərdə qiymət artımının da qaçılmaz olduğunu vurğuladı: “Benzinin qiymətinin artması digər sahələrdə qiymət artımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəyin, qəndin qiymətindən tutmuş bir çox sahələrdə qiymət artımına səbəb ola bilər. Bu, həmçinin psixoloji faktor hesab olunur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərkibində benzin istifadə olunmur. Kifayət qədər istifadə olunur, Azərbaycanda tələbat olan ən böyük yanacaq növü məhz benzindir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əhalinin istehlak edəcəyi bütün növ mal və xidmətlərin qiymətinə sirayət edəcək. Benzinin qiymətinin qalxması inflyasiya səviyyəsini də yüksəldəcək. Əhalinin gəlirlərində artım olmadığı bir dövrdə mal və xidmətlərin bahalaşması sosial problemləri artıracaq”.

 

 

R.Həsənov onu da qeyd etdi ki, “benzinin bahalaşması qaçılmaz idi” - yanaşması doğru deyil: “Azərbaycanda benzinin maya dəyəri bahalaşmayıb, çünki onun xammalını da Azərbaycan özü istehsal edir. Digər Premium markalı

benzinlər idxal olunur və sahibkar bazar şərtləri daxilində onların qiymətini müəyyənləşdirə bilər. Ancaq qiyməti qaldırılan ”Aİ 92 markalı benzin Azərbaycanda istehsal olunur. Bu məhsulun maya dəyəri 2013-2014-cü illə müqayisədə kifayət qədər ucuzlaşıb. Buna baxmayaraq, dövlət büdcəsinin gəlirlərini artırmaq məqsədilə vergi və rüsumların payını artırmaq üçün qiymətləri qaldırırlar. Beləliklə, həm dövlətə, həm də SOCAR-a daha artıq vəsait daxil olur. Azərbaycan kimi, enerji resurslarından asılı iqtisadiyyatlarda iqtisadi kataklizmlər baş verən zaman hökumətlərin istifadə edəcəyi ən asan metodlardan biri əlində olan tənzimlənən qiymətlərin artırılması və xüsusilə enerji resurslarının qiymətlərinin artırılması olur. O baxımdan, benzinin bahalaşacağı ehtimal olunurdu. Ancaq bazar şərtləri daxilində benzinin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur".

 

İqtisadçı ekspert Qubad İbadoğlu isə Azərbaycanda benzinin ucuz olması ilə bağlı iddiaya cavab verib. O bildirib ki, dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşdığı indiki dövrdə Azərbaycanda benzinin qiymətindəki artım onun dollarla ifadəsində qonşu dövlətlərlə müqayisədə daha da bahalaşdırıb: “Belə ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr ”Aİ-92" markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib. Qiymət artımı qiymət artımı 3 fazada müşahidə olunacaq: birincisi, alternativ məhsulların (dizel yanacağı, kerosin, mazut, digər neft məhsulları və yanacaq sürtgü materialları) bazarında qiymət artımı, ikincisi əlaqəli malların və xidmətlərin (sərnişin və yük daşınma nəqliyyatında) bazarında tarif bahalaşması, üçüncüsü istehsal və tədavülündə yanacaq məsrəfi yüksək olan məhsulların (kənd təsərrüfatı, ərzaq və sair istehlak malları) bazarında yaranan əlavə xərc hesabına qiymətlərin yüksəlməsi..."(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam