Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda dizel yanacağı BAHALAŞACAQ -Belə deyirlər...

 

“Aİ 92 markalı benzinin yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağında qiymət artımının olması ehtimalı böyükdür.”
Yenixeber.org xəbər verir ki, bunu Baku.ws-ə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər Aİ 92 markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib.
“Aİ-98 super” markalı benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,30 AZN olduqdan sonra digər markalı benzinlərin də qiymətində bahalaşma olacağı ilə bağlı xəbərlər yayılıb.
İlham Şabanın sözlərinə görə, Aİ 92 markalı benzinin qiyməti bu yaxınlarda qalxdığı üçün yaxın müddətdə bahalaşması gözlənilmir.
“Lakin dizel yanacağının bahalaşacağı ehtimalı var. Çünki dizel axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub. Çünki Azərbaycanda maraqlı tendensiya var. Qiymət artımının 4-5 ildən bir olduğu müşahidə edilir. Birdən-birə 30-35 faiz bahalaşır. Çox ölkələrdə isə yanacağın qiyməti hər il 3-5 faiz bahalaşır”, – deyə İlham Şaban qeyd etdi.
Yanacağın qiymətində artımın səbəblərinə gəlincə, ekspert qeyd etdi ki, iqtisadiyyatı şaxələnməyən ölkələrdə bu cür qiymət artımları müşahidə olunur.
Tarif Şurasından isə bildirildi ki, qeyd olunan yanacaqların bahalaşması məsələsi hələ ki, gündəmdə deyil.
“Aİ 92 markalı benzin və dizel yanacağının qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”, – deyə qurumun mətubat katibi Abbas Əliyev bildirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam