Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Tağı Əhmədovun həyat yoldaşı danışdı- “Çovdarovun dedikləri şər-böhtandır”

 

Tağı Əhmədovun həyat yoldaşı danışdı 
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.

Yenixəbər.org: S.Əhmədova AzVision.az-a açıqlamasında bildirib ki, həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması haqda məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtandır. 

“Bütün bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Nə qədər şər-böhtan demək olar”-deyə S.Əhmədova vurğulayıb.

Qeyd edək ki, A.Çovdarov məhkəmədə ifadəsi zamanı T.Əhmədovla bağlı sensasion fikirlər səsləndirib. O, bildirib ki, T.Əhmədov vəzifədə olduğu vaxt qeyri-qanuni yollarla dəyəri milyonlarla dollar olan varidat əldə edib. Çovdarovun sözlərinə görə, keçmiş metro rəisinin ölkə daxilində və xaricdə mülkləri, obyektləri var. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam