Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mənim anam dünyanın ən gözəlidir…

Mənim anam dünyanın ən gözəlidir…

 

Hər kəsin anası onun üçün əzizdir... Hər kəs üçün onun anası ən əzizdir... Əziz olmayan ana varmı ki?

 

Yenixeber.org: Anadan yazmaq, ananı vəsf etmək ən asan gö­rü­nən çətinlikdir... Anaya olan hissləri tam şəkildə ifa­də edə bilmək mümkünsüz olan gerçəklikdir...

O qədər yazıblar ki... o qədər söz qoşub, nəğ­mə­lər söyləyib, tablolar cızıb, heykəllər yonublar ki anaya... Ha yazırlar qurtarmır, ha deyirlər azalmır, ha düşünürlər tükənmir Ana haqda mövzu... Mən isə nə beşik başındakı yuxusuz gecələrdən, nə şirin laylalardan, nə də kirpiyi ilə od götürüb övlad böyütmələrindən danışacam bu gün Anaların... Ən əsası ümumi yanaşmayacam mövzuya, çünki mən analar dünyasının saysız sakinlərinlərindən sadəcə biri – dünyanın ən gözəl anası olan öz ANAM haqqında danışacam. Daha doğrusu, onun kitabından, mənim Anamın kitabından söz açacam sizə.

Mirzə Cəlilin ruhu məni bağışlasın, dəyərli əsərinin isminə şərik çıxmış oldum. Amma əslində, hər ananın kitabı var. Yox, ömür kita­bını demirəm, hər insanın yaşadığı taledir o ki­tab. Övladları da nəzərdə tutmuram, onlar va­li­deyn­lə­rin birgə yaşatdığı canlı kitablardır. Mən hər bir ana­nın qəlbində gizli qutu kimi saxladığı dün­ya­sın­dan danışıram. Yaşadığı və yaşatdıqlarından yox, daha çox yaşamadıqlarından... Evindən, ailəsindən, öv­ladlarından, sevdiklərindən, işindən-gücündən im­kan tapıb yaşaya bilmədiyi, qurban verdiklərindən da­nışıram... Çünki analar ANA olan gündən əslində, öz həyatlarını üç nöqtə ilə “sonraya saxlayırlar”, ya da sadəcə belə düşünürlər. Amma o “sonra” haçansa baş tuturmu, bilmirəm. Axı ANAlar övladları dün­ya­ya göz açan gün doğulurlar. Yaşayaraq öyrənirlər Ana olmağı... Balayla oturub, balayla iməkləyib, ba­lay­la yeriyirlər... Balayla diş çıxarıb, balayla mək­tə­bə gedib, balayla imtahan verirlər... Həm də hər ba­lay­la ayrıca... hər balayla yenidən; təkrarən, amma tək­rarsız olaraq... Balanın hər yediyini ilk öncə özlə­ri dadır analar, zəhər də olsa. İlk sevgi acısı da ana­nın olur, ilk diz siyrilməsi də, ilk uğuru, ilk yanlışı da... Məzuniyyəti, istirahət günü, iş saatı yoxdur ana və­zifəsini daşıyanların... Maaş, təltif, fərqlənmə, irəli çə­kilmə də... Ana böyüsə də, kiçilsə də, üzülsə də, sevin­sə də sadəcə ANAdır.

“Qoy böyüsün, qoy mək­tə­bə getsin, qoy tələbə olsun, qoy işə düzəlsin, qoy ailə qursun, qoy valideyn olsun, qoy evini düzəltsin, qoy nəvə görsün balam” deyə düşünən, öz həyatını ertə­ləyib, işlərini təxirə salıb, istəklərini qurban ve­rib, arzularını “ləngidib” və nəhayət, “Ay Allah, ba­lam niyə qocalıb” deyə gizlicə kövrələn, öz saçının bə­yazlığı işığında balasının qara saçlarında görünən ağ tükləri ürəyində saymağa çalışan, amma o anda belə övladının ürəyini sıxmamaq üçün üzündəki təbəs­sümü əskik etməyən fədakarlıq simvoludur Ana­lar... Və tək bir əlavə də edim ki, bu ANAların ən gözəli, ən fədakarı, ən mehribanı, ən qayğıkeşi elə mənim anamdır. Bilirəm, hər kəs belə de­yir, hər kəs belə hesab edir öz anasını düşünəndə. Amma ən düzünü, mən deyirəm, inanın...

Ağ­lım kəsəndən bu günə, bu dəqiqəyə, bu ana kimi neçə yaşımız olmasına baxmayaraq, həmişə bizi - övladlarını dü­şü­nüb; bizi qoruyub, bizə qulluq etməyə çalışıb. Atamın işi, vəzifəsi həm də onun işi, vəzifəsi olub sanki. Bir vurub ürəkləri, bir düşünüb beyinləri, bir baxışdan anlayıblar bir-birini anamla atam. Cəfakeşdir, vəfalıdır, fədakardır, hər zaman anlayışlıdır mənim anam. Diz üstdə oturub ən balaca nəvəsiylə belə saatlarla “uf” demədən oynayar, yeməyin ən azını yeyib, ən rahat­sız yerdə mürgüləyər lazım gəlsə. Amma heç şikayət et­məz. Hamını düşünüb, hər kəsə yardım etməyə ça­lı­şar. Uşaq kimi sadə, çiçək qədər zərif, torpaq kimi dö­zümlüdür. Çox böyük bir qəlbi var. O qədər bö­yük­dür ki, hamını, hər kəsi bağışlamağa gücü çatır. Amma içində nə küskünlük, nə kin, nə də qəzəbə yer var bu böyük qəlbin. Sevgi doludur, sevgi bəxş edir, sev­gi saçır, sevgi paylayır o ancaq. Sevgi qaynağı, sev­gi ümmanıdır onun qəlbi... Kim bilir, bəlkə də sev­ginin özüdür mənim anam...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam