Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Biz ölümə məhkum olduq”:“milli təhlükəsizliyimizlə bağlı”


 Bir çekist hazırlamaq üçün Almaniyada 25 il, Rusiyada 20 il, İranda 33 il, İsraildə 35 il, İngiltərədə 20 il, Amerikada 20 il, Fransada 30 il vaxt tələb olunur 

 

Yenixeber.org:  Son günlər keçmiş Milli Təhlükəsizlik Nazirliyi- sabiq general və polkovniklərin məhkəməsi, eləcədə agentura şəbəkəsi mətbuatın aparıcı mövzusuna çevrilib. Bu istiqamətdə müxtəlif ekspert və politoloqlar müxtəlif şərhlərlə çıxış edirlər. Mövzu ilə bağlı yenixeber.org-a danışan tanınmış politoloq, milli təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlunun da mövqeyi özəllikləri ilə fərqlənir:  

“Mən hələ də oturub düşünürəm. Anlamadığım bir şey var; Azərbaycanın Milli Təhlükəsizliyinin qapıları nə üçün taybatay açılıb. Kim istəyir içəri asanlıqla soxulur... otaqdan-otağa, mərtəbədən-mərtəbəyə asanlıqla keçir.

Ümumiyyətlə ölkənin təhlükəsizlik sistemində baş verənlər mənə xatırlatdı ki, hələ çox şey yerində deyil, çox mətləblər qapalı qalıb. Fikrimcə Azərbaycanda bütün dirəklər sökülüb... Sərhəddən tutmuş, mətbəxədək. Əvvəllər möhtəşəm olan bu dirəklərə bənd olmuş qapılardan bir milçək belə, içəri girə bilmirdi... Sual olunur: Təhlükəsizlik qapılarını düşmənin üzünə kimlər açdı?

İndi də təhlükəsizlik sisteminin əsas sütunlarından olan “Agentura şəbəkəsi”nə hücumlar başlanıb. Bu şəbəkəni ilk dəfə Azərbaycanın Milli Bayrağını tərsinə tutan sizlər dağıtdınız... cənab cəbhəçilər... Agent oyunu təsadüfi oyun deyil. Onu ortaya atanların məqsədləri də bəllidir. Allah bir insanı cəzalandıranda... əvvəlcə onun ağılını alır. Mən hələ görmədim ki, bu gərgin anlarda bir nəfər könüllü olaraq istefa verib, getsin. Bu olmadı. Çünki hamı ac idi. Hamı yeməyə, dağıtmağa gəlirdi. Hələ neçəsi də növbəyə durub...

Fikrimcə ölkənin təhlükəsizlik məsələlərilə bağlı cənab prezident və yaxud vitse-prezident hökmən... hökmən geniş bir müşavirə çağırmalıdır. Bu qaçılmazdır.

Nədən Milli Təhlükəsizlik Nazirliyi Dövlət Təhlükəsizlik Xidməti adlandırıldı?

Amma bu ad, bu ünvan qalmalı idi. Çünki bu ad Ulu Öndərdən qalma nişanə idi... Xatirəni, nişanəni dağıtmaq olmaz, cənablar.

Nə dəyişdi? Sadəcə Milli Təhlükəsizlik Nazirliyinin adı və əməkdaşları dəyişdi. Vəssəlam...”

“Biz ölümə məhkum olduq”:

Ekspert keçmiş Xüsusi İdarədən-onun əhəmiyyəti və ləğvindən, eləcə də real təhlükələrdən də danışdı:

 

“Biz az əvvələ gedək. Baxın görün , Ulu Öndər Heydər Əliyevin möhtəşəm divarlarla hördüyü milli təhlükəsizliyimizin düşmənlər necə dağıtdılar?..

1. Əvvəlcə Prezident Yanında Xüsusi İdarə viran qaldı. Yeni təyin olunmuş general (?) Elman Qəmbərov “koçiqar”dan tutmuş, JEK müdirinə qədər, dəlləkdən tutmuş “Diş həkiminə”dək... kim vardı, yanına yığdı. Bir gündə İdarədən 28 nəfər respublikanın tanınmış, məşhur çekistləri qeyri-qanuni uzaqlaşdırıldı.

Bu pozğunçuluğa qarşı, aparılan bu özbaşınalığa qarşı həm MM-də, həm Preziden Aparatında, həm də digər orqalarda susdular... Nəticədə Xüsusi İdarə beşikdəikən boğuldu. Ölkənin hərbi-əks kəşfiyyatı məhv oldu... Sıradan çıxdı. Xatırladıram, Almaniyada bir əsl çekist hazırlamaq üçün 25 il, RF-da 20 il, İranda 33 il, İsraildə 35 il, İngiltərədə 20 il, Amerikada 20 il, Fransada 30 il vaxt tələb olunur. Bizdə isə artıq hamı çekistdir. Bir il tamam olmamış ya general olur, ya da işdən uzaqlaşdırılır.

(Oxuculara xatıradım ki, Xüsusi İdarə ilə bağlı “Xüsusi İdarə” adlı sənədli romanı oxumaq olar. O idarədəki özbaşınalıqlar bu romanda yer alır).

2. Xüsusi İdarə dağıldıqdan sonra düşmən bir az da irəli keçdi. Bu dəfə Milli Təhlükəsizlik Nazirliyi hədəf seçildi. Xalq Cəbhəsi dövründə bu idarədən nə qədər məxfi sənəd yoxa çıxdı, cənablar? Kim apardı, kimə satdı? Və bu oğurlama, satqınçılıq... Ənənə şəklini aldı. İş yenə kadrda dayandı. Yenə kadrlar yerlərini dəyişdilər. Daxilən zəngin olan saf, təmiz çekistlərin yerini dişləri qanlı, beyinlərinə ancaq alış-veriş aparan adamlar... tutdular, bu vaxtadək hələ ki, məhkəmələr bitmir.

Yenə Parlament susdu. Prezident Aparatı susdu. Eks-nazir Eldar Mahmudova deyən olmadı ki, bu nimdaş, üst-başlarından “naftalin iyi gələn”, ölkəni viran qoyan “OBXSS”-ləri nə üçün yığdın?.. Sonra bu adamlar başladılar Eldar Mahmudovu yalandan tərifləməyə... şişirtdilər... boş-boş uydurmalar danışdılar... Nəticədə Milli Təhlükəsizlik Nazirliyi dağıldı. Prezident gərək ölkənin Milli Təhlükəsizlik Nazirliyini yox, bu sistemləri dağıdanları “dağıdaydı”...

İndi hər  bir idarənin, nazirliyin, şirkətin, JEK-in, dəlləkxananın, çayxananın özünün “razvedkası”, “kontr-razvedkası” var... (İndi də “agent-agent” oyunu oynayırdı...)

3. Ölkənin erməni kimi qanımıza susayan düşməni var. İndi Siz baxın; MN-nin hərbi kəşfiyyatı haqqında artıq xarici mətbuat yazır... Biz ölüm hökmü bərpa olunmadan, ölümə məhkum olduq...

Ulu Öndər Heydər Əliyevin çörəyi sizə haram olsun... prezidentin və onun strategiyasını qoruya bilmirsiniz?..

Nə yaxşı ki, bu ölümcül viruslar ölkənin Daxili İşlər Nazirliyinin orqanlarına düşməyib...

Heç olmasa bunu qoruyaq saxlayaq, cənablar... Düşmən istənilən yerdə artıq əyləşib. O, məqam gözləyir.

Xarici ölkələrə sığınmış bədnam pullu azərbaycanlılardan işarə gözləyir. Gücünüzü toplayın, cənablar, gücünüzü, pulunuzu, sərvətinizi yox, gücünüzü, ağıllı başları, düşünən beyinləri...

Buna dörd tərəfi düşmən olan Azərbaycanın ehtiyacı var... ”

 

         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam