Sahibkarlara böyük güzəşt -Milyonlarla borc silinir
Yenixeber.org: Prezident İlham Əliyev tərəfindən Milli Məclisə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təqdim edilib. Ötən gün qanun layhəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Əmək və sosial siyasət komitəsinin birgə iclasında müzakirə olunub.
Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev də iştirak edib. Qanun layihəsi barədə ətraflı məlumat verilib və müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib. Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Ölkə başçısının təqdim etdiyi layihə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.
Layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə gözlənilən məqsədə kifayət qədər nail olunmayıb.
Hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.
Ümumilikdə isə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. Bu qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək.
İqtisadçı-ekspert Vüqar Bayramov AzVision.az-a bildirib ki, borcların silinməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə imkan yaradacaq. Onun sözlərinə görə, bu addım sahibkarlarla dövlət arasında münasibətlərin inkişaf etməsi və tərəfdaşlığın formalaşması baxımından vacibdir:
"Sahibkar borclu olmursa, dövlətlə uğurlu tərəfdaşlıq qura bilir. Bu, həm sahibkarlar, həm də dövlət üçün vacibdir. Burada qazanan tərəf sahibkarlardır. Qanun imkan verəcək ki, sahibkarlar borcların çox az hissəsini ödəməklə əhəmiyyətli hissəsindən azad ola bilsinlər. Burada sahibkarların borc probleminin həll edilməsinə ciddi yardım ediləcək. Borcun silinməsi hər bir sahibkar üçün vacibdir və onların fəaliyyətinin genişləndirilməsinə dəstək kimi qiymətləndirilməlidir”.
Ekspert əlavə edib ki, borcların silinməsi büdcəyə yeni vəsaitlərin daxil olmasına imkan verəcək: “Borcların silinməsi dövlətə imkan verir ki, büdcəyə və sosial fondlara əlavə vəsait cəlb edə bilsin. Dövlət gəlirlərinin artırılması baxımından vacib addımdır. Bu, sahibkarlıq fəaliyyətini təşviq etməklə yanaşı büdcəyə əlavə vəsaitlərin daxil olmasına imkan yaradacaq. Bu addım ölkədə sahibkarlığın təşviq edilməsi üçün mühüm əhəmiyyətə malikdir” – deyə V.Bayramov vurğulayıb.
Anar Kəlbiyev