Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Putinin işgəncə düşərgəsi:3 il 2 ay 25 gün cəhənnəmdə...

news content


Rus əsirliyindən dönən ukraynalı əsgərin sarsıdıcı hekayəsi

Pressklub.az ukraynalı həmkarlarının köməyi ilə belə hərbi əsirlərdən biri ilə əlaqə qura və onunla danışa bilib.

Söhbət 2022-ci ilin əvvəlində Mariupolu müdafiə etmiş 1999-cu il təvəllüdlü Sergey Pronindən gedir. Onun hərbi əsirliklə bağlı qısa xatirəsini olduğu kimi təqdim edirik:

“Adım Sergey Sergeyeviç Pronindir. Mən 2022-ci il aprelin 12-dən 2025-ci il iyunun 26-dək əsirlikdə olmuşam. Əvvəlcə Sartan qəsəbəsində - 36 nömrəli cəzaçəkmə müəssisəsində, daha sonra Donetskdə, sonra isə Luqanskda saxlanılmışam.

Donetskdə münasibət çox dəhşətli idi. Oraya çatanda, bizi çox pis döydülər. O qədər dəhşətli oldu ki, bəzilərini döyə-döyə öldürürdülər.

Orada azərbaycanlılarla da qarşılaşdım. Onlarla münasibətim olmadı, sadəcə görmüşdüm, çünki hamımızı bir yerdə saxlayırdılar. Sonra elə oldu ki, bizi ayırdılar. Bəlkə də onları haradasa bir yerə yığdılar. Sartandan sonra onları bir daha görmədim.

Biz Mariupolda, “Azovstal”da əsir götürüləndə ümid vardı ki, hər şey o qədər də pis olmayacaq. Çünki rusların orada olan komandiri, adını xatırlamadığım mayor demişdi ki, əgər Allah eləməmiş bizə bir şey etsələr, bunu edənlərə yaxşı olmayacaq. Həm də bizə demişdilər ki, cəmi iki ay saxlayacaqlar, sonra evə buraxacaqlar.

Sartana çatanda əvvəlcə bizə normal yanaşdılar. Siyahılar tərtib etdilər – ad, soyad, ata adı, doğum tarixi. Amma bir-iki gündən sonra Donetskə apardılar. Bizi oraya axşam saatlarında gətirdilər və qəbul zamanı istədikləri kimi döydülər. Orada qaranlıq dəhliz vardı. Biz onların yanından qaça-qaça keçirdik, onlar isə dəhliz boyu düzülüb bizi döyürdülər.

Təxminən bir həftə sonra bizi Luqanska apardılar. Açığını deyim ki, orada münasibət çox yaxşı idi. Deyirdilər ki, hər şeyi anlayırlar, müharibədir. Amma xəbərdarlıq edirdilər ki, əgər başlarına çıxmağa, həddimizi aşmağa cəhd etsək, “maska-şou” təşkil edəcəklər.

Sonra aprelin 27-də Rusiyaya apardılar və başa düşdük ki, bizi mübadilə üçün hazırlamırlar. Mən Vyazma şəhərində, 2 nömrəli istintaq təcridxanasında saxlanıldım. 2022-ci il aprelin 28-dən 2025 iyunun 25-nə kimi orada qaldım. Mübadilə isə 26 iyun 2025-ci ildə baş tutdu.

Düzünü deyim ki, oradakı münasibət çox dəhşətli idi. Şərait çox pis idi, yeməklər isə lap dəhşət idi. Bəli, orada postda duran bəzi yaşlı mühafizəçilər bizə insan kimi yanaşırdı, amma qalanları bizi bacardıqları qədər döyürdülər. Zamanla bir az yumşaldılar, rejimi bir qədər dəyişdilər, amma yenə də – orada yaşadıqlarımız sadəcə qorxunc idi.

Əsasən qərb bölgəsindən olan, ancaq Ukrayna dilində danışa bilənlər üçün vəziyyət daha ağır idi. Rusca danışa bilənlərə bir az “şans” verirdilər. Amma ümumilikdə hamımıza deyirdilər ki, biz “xoxol”, “nasist”, “adamöldürən”, “narkoman”, “pedofil”ik və sairə. Yemək dəhşətli idi. Çay əvəzinə daha çox qaynar su verirdilər. İçib qurtaranda görürdün ki, dibində siqaret kötüyü var. Bəzən bizə içində qurd, cücü olan balıq verirdilər. Çörək əvvəl çox pis idi, sonra bir az düzəldi.

Deyə bilərəm ki, Rusiyada bizə olan münasibətlə müqayisədə, Ukraynada ruslara qat-qat daha yaxşı münasibət var. Orada bizə davamlı olaraq “siz pis insanlarsınız” deyirdilər.

Təbii ki, əsir düşdüyüm üçün təəssüflənirəm. Çünki bizə orada həm soyuqla, həm aclıqla işgəncə verirdilər. Orada əsirlikdən keçənlər mənə yalan danışmağa imkan verməzlər. Bizi şeirlər öyrənməyə məcbur edirdilər. 3 il 2 ay 25 gün ərzində bizi zorla rus şeirləri və təbliğat materiallarını öyrənməyə vadar edirdilər. Radiodan rus təbliğatı yayılırdı, vaxtaşırı kimlərsə gəlib təbliğat aparırdılar. Gəlib deyirdilər ki,  Ukraynaya qayıtmaq bizim nəyimizə lazımdır? Deyirdilər ki, bizi yenidən səngərə göndərəcəklər, döyüşməyə. Bizim ruslarla bir xalq olduğumuzi iddia edirdilər.

Amma biz hər şeyi anlayırdıq. Və nəhayət, Ukraynaya qayıtdıq, bu unudulmaz hiss idi. Möhtəşəm bir duyğu idi. Evdə, vətəndə olmaq – bu hissləri ifadə etmək olmaz.

Orada yaşlı insanlar da bizimlə saxlanılırdı, yaşı 60-dan yuxarı olanlar vardı. Yaşına baxmadan onları da döyürdülər, elektroşoker ilə işgəncə verirdilər.

Mən oradan çıxanda, 78 ukraynalı qalırdı – onların çoxu mülki vətəndaş idi, hərbi əsirlər azlıq təşkil edirdi. Bizə dedilər ki, mülki şəxslər ən sonda mübadilə olunacaq, əvvəlcə bütün hərbi əsirlər dəyişdiriləcək.

Daha bir şey yadıma düşdü – Vyazmada bizə işgəncə vermək üçün eyni musiqini təkrar-təkrar səsləndirirdilər. Bunu başa düşmək üçün yaşamaq lazımdır. Bu o qədər dəhşətli idi ki... 

Həmçinin, bizi Böyük Vətən müharibəsi haqqında, marşallar barədə məlumatlar oxumağa məcbur edirdilər. Daha sonra onların himnini əzbərləməyə vadar edirdilər. Gündə beş dəfə, bəzən daha çox oxumalı olurduq. Bu bizi dəhşətə gətirirdi... Əgər şeirləri və ya siyasi məlumatları yadda saxlaya bilmirdinsə, səni yeməksiz qoyurdular, aclıqla işgəncə verirdilər, yuxudan məhrum edirdilər. Gecə saatlarına qədər “sayma oyunu” dedikləri bir şeyi təkrarlayırdıq. Eyni vəziyyət qonşu kameralarda da olurdu.

İndi mən öz ölkəmdəyəm, öz torpağımdayam, Ukraynadayam, evimdəyəm. Və həyata, yaşamağa sevinirəm. Nə varımdısa, ona görə minnətdaram. Allaha və məni oradan çıxarmaq uçun əziyyəti keçən insanlara minnətdaram”.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam