Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İflas edən sülh təşəbbüsü:“Putin Trampı ya ələ salır, ya da olanlar razılaşdırılıb”

Rauf Mirqədirov: “Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyi inandırıcı deyil. Sülh prosesini davam etdirəcək və çalışacaq ki, hansısa nəticə əldə etsin”

Yenixeber.org: ABŞ Prezidenti Donald Tramp adminstrasiyasının Ukrayna müharibəsinin sülh yolu ilə həlli ideyası iflasa uğramaqdadır. Çünki atəşkəs razılaşması Rusiyanın Ukraynanın Sumı şəhərinə raket zərbəsi ilə mülki insanları qətlə yetirməsi Moskvanın Vaşinqtonun sülh təşəbbüsünə qarşı olduğunu göstərdi. Rusiya Sumıya zərbəni “səhvən” adlandırdı və bu “səhvə” Tramp da inandı. Amerika lideri bəyan etdi ki, Rusiyadan bu hücumun detallarını öyrənməyə çalışıb və ona məlumat verilib ki, mülki insanlar səhvən vurulub. Beynəlxalq analitiklər isə hesab edirlər ki, Rusita Prezidenti Vladimir Putin Trampın təşəbbüsünü puç etmək üçün raket zərbəsi əmrini qəsdlə verib.

Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov mövzu ilə bağlı suallarımızı cavablandırıb. Analitikin sözlərinə görə, görünən odur ki, ya Putin Trampı ələ salır, ya da...

- Çünki Putində vərdiş var ki, siyasi opponentlərini pis vəziyyətə qoysun, ələ salsın. Ya da bu addımlar Putinlə Tramp arasında razılaşdırılıb. Başqa variant yoxdur. Mən bilmirəm, bu variantların hansı daha pisdir. Əgər ABŞ kimi bir ölkənin lideri ələ salınırsa, biabırçılıqdır. Yox, əgər ABŞ Prezidenti bir müharibə canisi ilə belə addımları razılaşdırıbsa, bu, daha da biabırçılıqdır. İlk baxımdan, hər iki variant əslində absurddur. Nə vaxt ki, ABŞ və Rusiya nümayəndələri görüşürlər, ardınca Ukraynada mülki obyektlər bombalanır. Əsas da gətirilir ki, guya Ukrayna hərbi obyektləri yaşayış məntəqələrində yerləşdiriblər, mülki obyektlərdə yerləşdiriblər. Yəni ki, guya Rusiya əslində hərbçilərə atəş açır, sadəcə hərbçilərlə mülkilər iç-içə olduqları üçün mülki insanlar da zərər görür. Kirovoy Roqun atəşə tutulmasında da, Sumının atəşə tutulmasına da Moskvadan bu əsas gətirildi. Sumıda mülki obyektlərin “səhvən” vurulduğunu demələri və ABŞ kimi ölkənin liderinin buna inanması biabırçılığın piki sayıla bilər. Dediyim kimi, ya Putin Trampı ələ salır, ya da bu hücumlar iki ölkə arasında razılaşdırılıb. Buna başqa ad vermək olmaz.

Bütün hallarda, biz mülki insanların qətlə yetirilməsinin şahidi oluruq. Şəhərin mərkəzinə zərbə endirilir, evlər dağıdılır, küçələr dağıdılır, insanlar həlak olurlar. Buna isə ABŞ Prezidentinin reaksiyası anormaldır. Dedi ki, onda olan məlumata görə, Sumı “səhvən” bombalanıb. Rusiya Trampın sülh təşəbbüsünə qarşı olduğunu Sumını bombalamaqla göstərmiş oldu.

- Maraqlıdır ki, Tramp sonra “bu mənim yox, Baydenin müharibəsidir” söylədi...

- Trampın bu açıqlaması da gülüş doğurur. Birincisi, Tramp burada da yalan danışır. Baxın, Krımın ilhaqı, Donetsk və Luqanskın işğalı 2014-cü ildə baş verib. İndiki müharibə həmin müharibənin davamıdır, yeni deyil. Rusiya Ukrayna ərazilərini o vaxt işğal etdikdən təxminən iki il sonra, 2016-cı ildə Tramp ABŞ Prezidenti seçildi və 4 il ölkəyə rəhbərlik etdi. Həmin vaxtı münaqişə var idi, danışıqlar aparılırdı. Bu zaman Tramp münaqişənin dinc yolla həll edilməsi üçün demək olar ki,  heç bir addım atmadı. Həmin vaxt Tramp Putinlə görüşlərdə onu öyürdü, “dostu”, “güclü siyasətçi” adlandırırdı. Yəni həmin vaxt Tramp gələcəkdə oyana biləcək, isti fazaya keçə biləcək münaqişəni niyə həll etmək, sülhə nail olmaq üçün addımlar atmırdı?

İkincisi, Tramp indi deyir ki, onun komandası hakimiyyətə hələ yeni gəlib. Bu da yanlış yanaşmadır. Təzə gəlib, ya çoxdan gəlib – müharibə həm də onun müharibəsidir. Əgər hakimiyyətə gəlibsə və paralel olaraq müharibə davam edirsə, o zaman bu müharibə həm də onun müharibəsidir. Əgər Tramp Ukraynaya daha heç bir yardım etmək istəmirsə və buna görə də deyirsə ki, müharibə onun deyil, o zaman razılaşmaq olar. Amma açıq desin ki, bu müharibədə ABŞ özünü tərəflərdən birini dəstəkləyən dövlət kimi görmür.

- Tramp adminstrasiyası əslində tutduğu mövqe ilə Ukraynanın dəstəkçisi olmadığını demirmi?

- Əslində fikirləşmək olar ki, deyir. Amma digər yandan Vaşinqtonun iddiası da var axı. Tramp seçki kampaniyası zamanı müharibəni “24 saata bitirəcəm” deyirdi. Hakimiyyətə gəldikdən sonra yaxın həftələrdə bitirəcəyini, daha sonra isə 100 günə müharibəyə son qoyacağını vəd edib. İndi onun hakimiyyətə gəlişinin 100 gününün başa çatmasına təxminən iki həftə qalıb. Amma müharibə bitənə oxşamır. Baş verənlər Amerikada da əhval-ruhiyyəni dəyişir. Tramp artıq deyə bilməz ki, Ukrayna müharibəsi onun müharibəsi deyil. ABŞ-ın cəlb olunduğu konfliktdirsə, Tramp o konfliktin həlli üçün, yaxud davam etməsi üçün məsuliyyət daşıyır. Bu, əhvalı dəyişir. Sözsüz ki, Trampın mənsub olduğu respublikaçılar arasında əhval-ruhiyyə dəyişir. Məlumdur ki, 25 demokrat, 25 respublikaçı senatorun hazırladığı yeni qanun layihəsi var ki, bu qanun Rusiya ilə əməkdaşlıq edən dövlətlərə qarşı 500 faizlik gömrük rüsumlarını nəzərdə tutur. Həmin qanun layihəsində deyilir ki, əgər Trampın sülhməramlı fəaliyyəti yaxın həftələrdə nəticə verməsə, qanun Senata təqdim olunacaq. Nəzərə alsaq ki, 25 respublikaçı həmin qanun layihəsinin müəllifidir, qanunun Senatdan keçməsi realdır. Eyni zamanda, respublikaçılar arasında Ukraynaya yardımın dayandırılmasının tərəfdarlarının sayı artır. Bütün bu kimi məsələlər səbəbindən Amerikada Trampın siyasətinə qarşı çıxanların sayı artmaqdadır. Belə olan halda, Tramp deyə bilməz ki, “bu mənim müharibəm deyil”.

- Trampın təşəbbüsü ilə başlayan sülh danışıqları prosesi Rusiyanın hücumları ilə, atəşkəsə əməl etməməsi ilə bitmiş sayılır. Tramp adminstrasiyası siyasətində dəyişiklik edə bilərmi?

- İnanmıram ki, Tramp bu prosesi davam etdirməsin. Trampın sülh danışıqları prosesindən əl çəkməsi o deməkdir ki, seçki kampaniyası zamanı verdiyi vədlərin iflasa uğradığını etiraf edir. Bəli, hansısa mərhələdə əl çəkə bilər, amma hələ ki, tezdir. Siyasətini dəyişməsi o deməkdir ki, seçkiqabağı vədlərindən ən vacib olanı yerinə yetirə bilmədi. Etiraf etməlidir ki, “mən hakimiyyətdə olsaydım müharibə olmazdı”, “24 saata müharibəni dayandıracam”, “müharibəni dayandırmaq gücündə olan yeganə şəxs mənəm” bəyanatları həqiqət deyilmiş. Tramp isə özünün zəifliyini etiraf edəcək siyasətçi deyil.

Bilirsiniz, Tramp gömrük tarifləri məsələsində hələlik manipulyasiya edə bilir. Amma Ukrayna məsələsində hər şey ortadadır, onun siyasəti iflasa uğradı. Amma Tramp özünə məftun siyasətçidir və bunu etiraf etməsi çətindir. Ona görə də, Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyi inandırıcı deyil. Sülh prosesini davam etdirəcək və çalışacaq ki, hansısa nəticə əldə etsin. Nəticə əldə edəcəkmi? Bunu indidən söyləmək də çətindir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam