Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana hücumları dayandırın! -ŞƏRH

“Sabah”: Qazaxıstan, Özbəkistan və Qırğızıstan Azərbaycanın böyük qələbəsinin sevincini yaşayır
Mərkəzi Asiyanın Türk Dövlətləri dünaynın ən təhükəli hesab oluna biləcək çörafiyasında, Çin, Pakistan, Əfqanistan, İran və Rusiya kimi təhlükəli dövlətlər tərəfindən əhatələnmiş bir məkanda müstəqiliklərini və ərazi bütövlüklərini qorumağa çalışırlar.
Yenixeber.org: Bu fikirlər politoloq Xaqani Cəfərlinin FB səhifəsindəki şərhində yer alır:
Mərkəzi Asiyanın Türk Dövlətlərinin Kipr Respublikası ilə diplomatik münasibətlər qurması, adanın tək qanunu təmsilçisi olaraq tanınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini tanımalarından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana hücumlar başlayıb. Bu hücumun əsasını turançılığı, türkçülüğü türkiyəçilik kimi başa düşənlər təşkil edir.
Turançılığı, türkçülüğü türkiyəçilik kimi anlayanlara bəzi tarixi faktları xatırlatmaq istəyirəm. Təxminən iki il öncə Böyük Britaniyanın BMT-dəki səfiri Ceyms Kariuki Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatını ABŞ və İsrail başda olmaqla 50 dövlət dəstəkləsə də, Türkiyə bu bəyanata qoşulmadı. Ankaranın bu addımını” Türkiyənin dövlət maraqları ilə izah edən “türkçülər” indi Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın fərqli dövlət maraqlarının ola biləcyini anlamırlar.
Mərkəzi Asiyanın Türk Dövlətləri dünaynın ən təhükəli hesab oluna biləcək çörafiyasında, Çin, Pakistan, Əfqanistan, İran və Rusiya kimi təhlükəli dövlətlər tərəfindən əhatələnmiş bir məkanda müstəqiliklərini və ərazi bütövlüklərini qorumağa çalışırlar. Çin, Rusiya və Əfqanistanın ərazi iddiaları, Pakistan və İrandan “ixrac” edilən radikal dini fikirlər Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ərazi bütövlüyü, nüstəqilliyi və dünyəvi dövlət quruluşu üçün ciddi təhdid mənbəyidir. Belə bir vəziyyətdə Avropa İttifaqı ilə münasibətlər Mərkəzi Asiyanın Türk Dövlətləri üçün həyati əhəmiyyət kəsb edir. Hər bir dövlətin başçısının qarşısında dayanan ilk vəzifə dövlətin müstəqilliyi, ərazi bütövlüyü və xalqın rifahının təmin edilməsidir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın liderlərinin Avropa İttifaqı ilə bağlı siyasəti də bu məqsədə xidmət edir. Buna isə kimsənin iradı ola bilməz.
Türk Dövlətləri Təşkilatında ziddiyətlərin olması isə çoxdan məlumdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyulunda Şuşada keçirilən keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak etmək əvəzinə Türkiyə - Niderland oynunu izləməyə üstünlük verməsi, TDT Dövlət Başçılarının Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə liderlərin çıxış və davranışları ziddiyətlərin göstəricisi idi. Türk Dövlətləri Təşkilatının bu günə kimi bütövlüyünü və mövcudluğunu qoruya bilməsi Azərbaycanın sayəsində mümkün olub.
Mərkəzi Asiyanın Türk Dövlətlərini Quzey Kıbrıs Türk Cümhuriyyətinə görə hədəfə alanlara bəzi gerçəklikləri göstərmək üçün Türkiyənin QKTC-dəki siyasəti və bu ölkə ilə bağlı davranışı haqqında ayrıca yazacağam.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam