Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Sülhə doğru yeni istiqamət -İlham Əliyev Ermənistana yeni nə təklif edir?

news content

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı mövcud vəziyyəti açıqlayıb. Xarici ekspertlərin suallarını cavablandırarkən, dövlət başçısı bu mövzuya bir neçə dəfə qayıdıb və bir neçə vacib məqama diqqət çəkib. 

Yenixeber.org: İ.Əliyev ilk növbədə Ermənistanın Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq cəhdlərini faydasız, eyni zamanda təhlükəli adlandırıb və xəbərdarlıq edib: “Tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil”

İkincisi, İlham Əliyev Ermənistanın xarici tərəfdaşları tərəfindən silahlandırılmasını regionda yeni hərbi toqquşmaya apardığını ifadə edib. Dövlət başçısı vurğulayıb ki, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır: “Xüsusilə, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu, həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır”.

Prezident daha sonra Ermənistanın daxilində gedən prosesləri təhlil edib və kifayət qədər güclü revanşist dairələrin iki qrupa bölündüyünü deyib: “30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir”.

Dövlət başçısı Ermənistanda qeyd olunan əhval-ruhiyyənin rəsmi İrəvanın hələ də ATƏT-in Minsk qrupunun buraxılmasından imtina etmələrinin əsas səbəbi olduğunu bildirib: “Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin, onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər”

Prezidentin vurğuladığı məqamlardan biri də beynəlxalq dairələrdə Azərbaycanın guya Ermənistana qarşı təcavüz edəcəyi barədə qara propaqandadır: “2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Amma bizim belə bir niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq”

Ölkə başçısı vurğulayıb ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır: “Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın atacağı bəzi addımlar barədə də anons edib: “Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq”

Bir gün sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycan prezidentinin qaldırdığı məsələlərə, dolayı da olsa, cavab verib. Bildirib ki, Ermənistanın təhlükəsizliyinə təhdid görsə, rəsmi Yerevan bunu ictimaiyyətlə bölüşəcək.

Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın yerdə cəmlənməsini qəti şəkildə təkzib edib. O, məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.

Sərhəddə atəşkəsin pozulması barədə danışan Qirqoryan Müdafiə Nazirliyinin mütəmadi olaraq vəziyyətlə bağlı məlumat verdiyini və yalan məlumatları təkzib etdiyini vurğulayıb. Onun sözlərinə görə, İrəvan sərhəd insidentlərinin araşdırılması mexanizminin yaradılması ilə bağlı Bakıya təklifi üzərində işləməkdə davam edir.

Politoloq Fərhad Məmmədov isə mövzunu şərhində bildirib ki, Prezident Minsk Qrupunun buraxılmasını, konstitusiyasının dəyişdirilməsini, daha sonra sülh sazişinin imzalanmasını qeyd etdi: 

Fərhad Məmmədov: “Bu gün çox vacib məsələlərin nöqtəsi qoyulacaq”“Aydındır ki, hər iki məsələnin həlli müəyyən müddət tələb edəcək. Maraqlısı odur ki, Prezident bu müddət ərzində qarşılıqlı etimad tədbirlərinin artırılmasından söz açdı. Bu, yenilikdir. Bu da öz növbəsində Azərbaycanın sülh niyyətli olduğunu nümayiş etdirir və Gürcüstanın iştirakı ilə birlikdə regional formatı nəzərdə tutur. Beləliklə, Azərbaycanın aqressiya sayılacaq niyyəti yoxdur, əksinə, bu dövrü itkisiz, fərqli formatlarda danışıqların davam etdirilməsi kimi yeni addımların atılmasını təklif edir”.

Ekspert vurğulayıb ki, qarşılıqlı etimadın yaradılması təşəbbüsü ilə çıxış edən Azərbaycanın regionda yeni hərbi risklər yaradacağı barədə danışmaq məntiqsizdir. “Biz ancaq cavab veririk. Sərhədyanı  bölgələrdəki erməni ordusunda intizamsızlıq varsa, bu, onların problemidir. Azərbaycan hər hansı təxribatlara dərhal cavab verəcək, belə bir  risk isə mövcuddur”, - F.Məmmədov vurğulayıb.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam