Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Spirtli içkilər: kimlərsə para qazanır, kimlərsə xəstəlik-ARAŞDIRMA

 

“Gəncə şərab-1” ASC, “Gəncə şərab-2” ASC, “Göygöl şərab-2” MMC,  “Bakı şərab-1” ASC, “Bakı şərab-2” ASC, “Bakı Şampan Şərabları” ASC, “Tovuz-Baltiya” MMC, “Cəlilabad Şərab-2” ASC, "Ağdam Şərab-7"ASC, "Standard Plus" MMC, "Kristall Plus" QSC, "Merit Brand" MMC, “Azşərab-3, “Abşeronşərab”ATSC, “AqroAzərinvest”MMC-nin, “Alov” STA, "Az-Granata" MMC  və s.

 

                  Rus adlı, butulkası bəzəkli, mənşəyi bilinməyən...

 

Xeberinfo.com:   Dünən Vergilər Nazirliyindən əhəmiyyətli açıqlama oldu: gələn ildən spirtli içkilərin satışında müəyyən məhdudiyyətlər olacaq. Restoran və kafelər istisna olmaqla bütün satış obyektlərində spirtli içkilərin satışı pos-terminallarla reallaşacaq. Yəni müvafiq kartı olmayan şəxslərin spirtli içki alması mümkün olmayacaq. Vergi qanunvericiliyindəki bu dəyişikliyin hansı hədəflərə hesablandığı məlumdur və təqdirəlayiqdir...

Son zamanlar spirtli içkilərlə bağlı redaksiyamıza da narahatçılıq dolu məlumatlar daxil olmaqdadır. Məlumatlarda bu məhsulların satış prosedurlarından deyil, daha çox kimyəvi tərkibindən, törətdiyi fəsadlardan və qiymətin bahalığından bəhs olunur. Həm də daha açıq və kəskin...

Məlum ictimai marağı nəzərə alaraq xeberinfo.com bu istiqamətdə müəyyən araşdırmalara start verir. Oxucularımıza məlumdur, biz günəbaxan tumları ilə də bağlı oxşar araşdırma aparmışdıq. Məhsul istehsalçıları, aidiyyatı dövlət orqanları və ictimaiyyət təmsilçiləri ilə birlikdə müəyyən faktları aşkarlaya bildik. Məhz bunun nəticəsində də, istehsalçılar tərəfindən hüququ pozulmuş 10-larla şəxsin haqqı tanındı, konkret qüsurlar aradan qalxmış oldu...

                                                               

                                          Bir şərab süz...

 

Bu şərab şüşəsi neyləsin ki, süfrələrimizin bəzəyinə çevrilib. Məlum səbəblərdən gərəkli və zərəli olmağı ilə bərabər. Bəzən isə “zərərli” yumşaq ifadə sayılmış olur: zərər nədir, zəhər olur bu içki. Kimlərəsə çoxlu para, kimlərəsə ağır xəstəlik qazandırır, bu rus adlı, butulkası bəzəkli, mənşəyi bilinməyən butulkalar.

Mütəxəssislər isə spirtli içkilərin zərər və faydası haqqında heç də birmənalı düşünmürülər: spirt ağciyərlərə mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski sonda serrozun baş verməsidir.
Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.

Göstərilən bu qədər ziyanın qarşısında isə alimlər son zamanlar spirtli içkilərin bəzi xeyirlərini araşdırmağa başlayıblar. Belə ki alimlər spirtin bəzi ürək xəstəliklərinin yaranma riskinin aşağı salmasına inanırlar. Indi onların mübahisə səbəbi isə hansı ölçüdə spirtli içkinin xeyirli ola biləcəyidir. Alimlərin gəldiyi son ortaq fikrə görə isə gün ərzində 10 qram tünd olmayan spirtli içki bəzi ürək xəstəliklərinə riski azalda bilər.

 

                                       Yerli sənayemiz nə buraxırsa...

 

Bəs içdiyimiz yerli spirtli içkilərin hazırlanma texnologiyası, mənşəyi haqqında nə bilirik? Yerli sənayemizin məhsulları nə dərəcədə güvənlidir? Təəssüf ki, bu suallara birmənalı cavab vermək bir o qədər də asan deyil...

Bu gün ölkəmizdə yerli spirtli içki məhsulları ilə bərabər, xarici məhsullar da satılmaqdadır. Sözsüz ki, xarici deyəndə daha çox Rusiya istehsallı məhsullardan söhbət gedir. Səbəb də məlumdur. Elə bu səbəbdən də yerli istehsalçılarımız da əsasən araq məhsullarına cəlbedici rus adları verməkdə həvəslidirlər.  Satış məntəqələrində spirtli içkilərin çeşidi nə qədər çox olsa da, Azərbaycan insanı üçün istənilən növ spirtli içki seçimi etmək çətin və risklidir. Görəsən etiketindəki göstəricilər həqiqətdirmi? Doğrudanmı, “padval” məhsulu deyil? Və s.

Qiymətin nisbətən ucuzluğu alıcıları yerli sənaye məhsullarına istiqamətləndirir. Amma,...  məhsulun keyfiyyəti ilə bağlı daha çox narazılıq dolu söz-söhbətlər dolanır. Əksər hallarda isə “hansı araq təzə çıxıbsa, təmizi odur” kimi yanaşmalar müşahidə olunur. Müşahidələr göstərir ki, bu cür düşünənlər haqlıdır. Bizim spirtli içki istehsalçılarımız bazarın nəbzini belə tutmağa üstünlük verirlər: hansısa adda məhsul ilkin istehsalı mərhələsində standartlara uyğun, keyfiyyətli buraxılır. Çox keçmir ki,... ad dəyişməsə də dad dəyişir. Elə biz də xeberinfo.com olaraq bu dadın dəyişməsinin səbəblərinə aydınlıq gətirməyə çalışacağıq.

Xatırladım ki, Azərbaycanda spirtli içki istehsalı ilə daha çox “Gəncə şərab-1” ASC, “Gəncə şərab-2” ASC, “Göygöl şərab-2” MMC, “Bakı şərab-1” ASC, “Bakı şərab-2” ASC, “Bakı Şampan Şərabları” ASC, “Tovuz-Baltiya” MMC, “Cəlilabad Şərab-2” ASC, "Ağdam Şərab-7" ASC, "Standard Plus" MMC, "Kristall Plus" QSC, "Merit Brant" MMC, “Azşərab-3, “Abşeronşərab”ATSC, “AqroAzərinvest”MMC-nin, “Alov” STA, "Az-Granata" MMC  və s. müəssisələr məşğuldur.

 Biz bu müəssisələrin fəaliyyətinə hər hansı bir şübhə toxumu səpmək niyyətindən uzağıq. Bunun üçün hansısa əsas da yoxdur. Əksinə ölkədə işsizliyin aradan qaldırılmasındakı və sahibkarlığın inkişafındakı xidmətlərinə görə onların fəaliyyəti təqdirolunasıdır. Təəssüf ki, bəzi işbazlar məlum çirkin məqsədlərinə nail olmaqdan ötrü “padval” araqları ilə cəmiyyəti zəhərləyirlər. Bununla onlar həm də iş adamlarının fəaliyyətinə kölgə salmış olurlar. Problem budur. Məhsulun dadının dəyişməsinin qaynaqlandığı problem. Biz qarşıdakı günlərdə müəyyən araşdırmalarla bu problemi çözməyə çalışacağıq.

 

Xalid   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam