Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Gəncə Şərab-2”-də iki problem! ÖZƏL

 

Bu müəssisəyə “krışa”lıqda nüfuzlu bir generalın adı hallanır

Xeberinfo.com: Spirtli içkilərlə bağlı araşdırmalarımız davam edir. “Spirtli içkilər: kimlərsə para qazanır, kimlərsə xəstəlik-ARAŞDIRMA” sərlövhəli yazımız geniş ictimai marağa səbəb olub. Artıq spirtli içki istehsal edən müxtəlif müəssisələrlə bağlı məlumatlar almaqdayıq. Bu dəfə “Gəncə Şərab-2” ASC-i ilə bağlı...

“Gəncə Şərab-2” ASC-i Gəncənin ən böyük müəssislərindən biri hesab olunmaqla, ölkədə spirtli işkilər istehsalında aparıcı sayılanlardandır. Məlumat üçün qeyd edək ki, bu müəssisə 1984-cü ildə fəaliyyətə başlayan zavodun 1998-ci ildə özəlləşdirilməsi ilə yaranıb. Xeberinfo.com-a daxil olan məlumata görə Saleh Babazadənin sədri olduğu “Gəncə Şərab-2” ASC-nin gerçək sahibi ölkədə kifayət qədər nüfuzlu hesab olunan generallardan biridir. Məlumata görə, məhz bu səbəbdən də “Gəncə Şərab-2” ASC-i heç bir problemi yaşamadan maddi-texniki bazasını Avropa istehsalı avadanlıqları ilə gücləndirib, böyük üzüm plantasiyaları sala bilib...

Ancaq bütün bunlara baxmayaraq istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı heç də birmənalı fikir yoxdur. Ekspertlər hesab edir ki, bir sıra imtiyazlara baxmayaraq yerli şərab zavodlarının məhsulları Rusiya, Ukrayna, Gürcüstan və hətta Moldova istehsalı olan çaxır və araqlarla rəqabət apara bilmir. Avropa istehsalı məhsullarla rəqabətdən isə danışmağa dəyməz...

Məlumatlı şəxsin xeberinfo.com-a bildirdiyinə görə, ölkənin əksər şərab zavodlarının istehsal etdiyi məhsulların maya dəyəri süni yolla şişirdilir. Halbuki onların istehsal etdiyi məhsulun istehsalında konsentrantlardan və araq üçün yararsız olan spirtlərdən istifadə edilir. Hansı ki, bu iddialar əsaslı şəkildə təkzib edilmir...

“Gəncə Şərab-2” ASC-i ilə bağlı aldığımız məlumatlar sırasında maliyyə-mühasibat əməliyyatlarıda yer alır... Təəssüf ki, bütün bu məlumatlarla bağlı geniş yaza bilmirik. Səbəb isə lazımı dəqiqləşdirmələri apara bilməməyimizdir. Müəssisə rəhbərliyini dinləmək istiqamətindəki çabalarımız isə hələ ki, nəticəsiz qalmaqdadır.

Mövzunu davam etdirəcəyik.

Eldar   

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam