Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Ermənini boşayıb, azərbaycanlı ilə evləndi, casusluq üçün üç şərt qoydu... –HƏYAT HEKAYƏTİ

news content


Tarixin ən böyük casus qalmaqallarından birinin iştirakçısının ölümü niyə gizlədilib?

Yenixeber.org: Martın 21-də dünya KİV-i, xüsusən də Böyük Britaniya və Rusiya mətbuatı XX əsrin ən məşhur casuslarından biri olan Oleq Qordiyevskinin öldüyünü xəbər verdi. Bir qədər sonra məlum oldu ki, 86 yaşlı kəşfiyyatçı 17 gün əvvəl, martın 4-də vəfat edib və bu fakt məlum olmayan səbəblərdən bir müddət gizlədilib. 

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) polkovniki olan Oleq Qordiyevski Böyük Britaniya kəşfiyyatı (MI6) xeyrinə casusluq etməsi və ifşa olunması ərəfəsində Moskvadan Qərbə qaçışı ilə məşhur idi. Bizim üçün diqqət çəkən başqa bir cəhəti isə həyat yoldaşının azərbaycanlı olmasıdır. 

                 *** 

Oleq Moskvada anadan olub. Atası Anton Qordiyevski də təhlükəsizlik xidmətində çalışırdı, Daxili İşlər Xalq Komissarlığının (NKVD) zabiti idi. Oleqin anadan olduğu 1938-ci il NKVD əməkdaşları arasında böyük “təmizləmə” aparılan il idi. Amma atası bu dəyirmandan sağ çıxdı.  

Oxuduğu orta məktəbdə xarici dil olaraq alman dili keçilirdi. Oleq digər fənlər kimi alman dilini də yaxşı mənimsəyir, orta məktəbi gümüş medalla bitirir. Sənədlərini SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq münasibətlər institutuna təqdim edir və daxil olur.

Bu institutdan təkcə diplomatlar deyil, həm də kəşfiyyatçılar çıxırdı. KQB burada oxuyan tələbələrə göz qoyur, onları əməkdaşlığa cəlb edib-etməməyi nəzərdən keçirirdi. Belə hallarda tələbənin tərcümeyi-halı da önəmli idi. Bu baxımdan Oleq qüsursuz idi: atasından əlavə, həm də böyük qardaşı Vasili KQB zabiti idi. 

Oleq xaricdə ilk dəfə 1961-ci ildə olur. Oxuduğu institutun tələbələri bəzi sosialist ölkələrinə altı aylıq təcrübəyə göndərilirdilər. Berlindəki sovet səfirliyində tərcüməçi işləyən Qordiyevskiyə KQB xırda-para tapşırıqlar verir və necə yerinə yetirməsinə nəzarət edir. 

Görünür, nəticələr qənaətbəxş olur. Belə ki, Oleq 1962-ci ildə institutu bitirəndən sonra daha bir il kəşfiyyat məktəbində oxuyur, burada İsveç dilini öyrənir. Növbəti ildə KQB-nin Birinci baş idarəsinin S idarəsinin 2-ci şöbəsində işləməyə başlayır. Şöbə xaricə göndərilən qeyri-leqal kəşfiyyatçıları saxta sənədlərlə təmin etməklə məşğul idi. 

Kəşfiyyatçılar leqal və qeyri-leqal fəaliyyət göstərirlər. Leqal kəşfiyyatçılar əsasən səfirliklərdə formal vəzifə tuturlar və diplomatik toxunulmazlığa malik olurlar. Qeyri-leqal kəşfiyyatçılar isə saxta pasport və başqa adla yad ölkəyə daxil olurlar və çox vaxt həmin ölkənin vətəndaşı kimi davranırlar. Leqallardan fərqli olaraq, qeyri-leqallar ifşa edildikləri halda uzunmüddətli həbsə məruz qala bilərlər.

Oleq 1963-cü ildə rəqs meydançasında tanış olduğu Yelena Akopyan adlı qadınla evlənir. Nikah böyük məhəbbətin nəticəsi deyildi. Subaylıq KQB əməkdaşı üçün mənfi hal sayılırdı və namizədliyi xaricdə iş üçün nəzərdə keçiriləndə neqativ rəyə səbəb ola bilərdi. Qordiyevski də uyğun saydığı ilk qadınla evlənir və sonra peşman olur. 

Oleq karyerasını Moskvada kağız-kuğuzla keçirmək niyyətində deyildi.  

O, xaricə ilk təyinatını 1966-cı ildə alır. Dörd il müddətində SSRİ-nin Danimarkadakı səfirliyində konsulluq şöbəsinin əməkdaşı vəzifəsini tutur. Əslində isə KQB-nin bu ölkədəki  rezidenturasında yer alaraq qeyri-leqal kəşfiyyatçılarla işləyir. Danimarka dilini də öyrənir. 

1970-ci ildə Moskvaya qayıdan Oleq S idarəsinin 3-cü şöbəsinə təyin edilir. Şöbə qeyri-leqal kəşfiyyatçıların hazırlığı ilə məşğul idi. Qordiyevski burada Skandinaviya sektorunda çalışır. 

Onun Moskvadakı işi daha uzun sürə bilərdi, bir casus qalmaqalı olmasaydı. SSRİ-nin Londondakı ticarət nümayəndəliyinin əməkdaşı, əslində isə KQB kapitanı olan Oleq Lyalin bir müddət Britaniya əks-kəşfiyyatı ilə əməkdaşlıq etdikdən sonra sığınacaq istədi. Onun verdiyi informasiya əsasında sovet səfirliyinin və bir çox başqa nümayəndəliklərinin 105 əməkdaşı 1971-ci il sentyabrın 25-də “persona non grata” elan edildi. Bu, SSRİ-nin bütün mövcudluğu ərzində ən böyük analoji aksiya idi. 

Lyalinin verdiyi informasiya KQB-nin Danimarkada da üç kəşfiyyatçısının ifşasına və qovulmasına səbəb oldu. Vakant qalan yerlərdən birinə Qordiyevski təyin edildi. 1972-ci ilin oktyabrında yenidən Kopenhagenə gələn Oleq KQB rezidentinin siyasi kəşfiyyat üzrə müavini oldu. 1976-cı ildə özü rezident oldu. Rəsmi vəzifəsi isə səfirlikdə əvvəlcə ikinci, sonra birinci katib postu idi. 

Məhz bu ezamiyyət zamanı, 1974-cü ildə Oleq Qordiyevski Britaniyanın MI6 məxfi kəşfiyyat xidməti ilə əməkdaşlığa başlayır. Bunun motivləri və necə baş verməsi haqda bir neçə versiya mövcuddur. 

Şübhəsizdir ki, Qordiyevski KQB-də işləməyə böyük ideoloji bağlılıq səbəbindən razılıq verməyib. O, daha çox yaxşı karyera qurmaq niyyətində idi, macəra həvəskarı idi. Xaricdə olduğu müddətdə də Qərb ölkələri və SSRİ arasında rifah, hüquq və azadlıqlar səviyyəsinin nə qədər fərqli olduğunu görürdü. Amma bunu görən xeyli adam vardı və onların heç də hamısı cəzası edam olan addım atmırlar. 

Bəzi mənbələrdə Qordiyevskinin hələ 18 yaşı olarkən Nikita Xruşşovun XX qurultayda Stalin dövründəki cinayətləri tənqid edən məruzəsindən təsirləndiyi iddia edilir. Qordiyevski “Azadlıq radiosu”na 2015-ci ildə verdiyi müsahibədə səbəb kimi Berlin divarını göstərir.

“Mən 1961-ci ildə Berlin divarının tikilməsinin şahidi oldum. İnsanların tikilən divarın o tərəfinə dördüncü mərtəbədən tullanmalarının, o tərəfdə isə qərbi berlinli könüllülərin parça tutmalarının şahidi oldum. ADR sakinlərinin kiçik “trabant”larda sürət yığaraq Brandenburq darvazalarının önündəki tikanlı məftilə soxulub, Qərbi Berlinə qaçmaq cəhdlərini gördüm”.

“Növbəti dayanacaq - güllələnmə” adlı memuarında isə Qordiyevski Moskvanın 1968-ci ildə Çexoslovakiyaya qoşun salmasını önə çəkir: “Bu dəhşətli hadisə həyatımı kökündən dəyişdi. Artıq iki il idi ki, sovet sisteminə tənqidi yanaşırdım, amma indi, sovetlər ölkəsinin hərbi maşını Çexoslovakiyada demokratik islahatların rüşeymini tapdayanda bütün varlığımla ona nifrət etdim”. 

Bu zaman o, məhz Böyük Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmək istəyir. “Azadlıq radiosu”na müsahibəsində deyir: “Məsələn, götürək Qərbi Almaniyanı. Güclü, çox yaxşı kəşfiyyat xidməti vardı, amma Şərqi Almaniya agenturası basmışdı”.

Başqa müsahibəsində isə amerikalıları aşağılayır: “İngilislər daha ağıllıdırlar. Amerikada on kəşfiyyatçıdan doqquzu ağac kimi kütdür. Elə varlı dövlətdir ki, xeyli idiot saxlaya bilərlər. Ağıllı adamlar korporasiyalarda oturub pul qazanırlar, kəşfiyyata getmirlər”.

Adını çəkdiyim memuarında Qordiyevski ingilislərin onunla ilk dəfə 1973-cü ilin oktyabrında əlaqə saxladıqlarını, özünün də pozitiv cavab verdiyini yazır. Amma naməlum səbəblərdən ingilislər növbəti addımı bir il sonra atırlar və Oleq 1974-cü ilin sonlarından Britaniya kəşfiyyatına işləməyə başlayır. Bu zaman, yazdığına görə, üç şərt irəli sürür.

 “Birincisi, mənim addımım səfirlikdəki həmkarlarımdan heç birini zərbə altında qoymamalıdır. İkincisi, istəmirəm ki, xəbərim olmadan şəklim çəkilsin və səsim yazılsın. Üçüncüsü, mənə heç nə ödəməyəcəksiniz. Mən sizə ideoloji mülahizələrdən işləyəcəm, tamaha görə deyil”. 

Danimarkada ikinci ezamiyyət dövründə personajımızın həyatında daha bir önəmli hadisə baş verir. Onun arvadı ilə münasibətləri çoxdan soyumuşdu, xüsusən də Yelenanın uşaq istəməməsi Qordiyevskini məyus etmişdi. 1977-ci ildə o, Beynəlxalq Səhiyyə Təşkilatının Kopenhagen şöbəsində makinaçı işləyən Leyla Əliyeva ilə tanış olur. 

“Rus qadınla azərbaycanlı kişinin qızı, hündürboy, qamətli, açıq-aşkar şərq - daha dəqiq, türk - görünüşlü qız, bir sözlə, füsunkar varlıq, iri burnunu nəzərə almasan, hər mənada qüsursuz. O zaman onun 28 yaşı vardı, məndən 11 yaş kiçik idi. Əlqərəz, məsələ ondadır ki, ilk baxışdan ona vuruldum”. 

Leyla Əliyevanın əslən Şəkidən olan atası Ağahüseyn Əliyev də KQB zabiti idi. Moskvada anadan olan Leyla da Kopenhagendə işləməsinə görə məhz atasının bioqrafiyasına və əlaqələrinə borclu idi. Onunla Oleq arasında sevgi münasibətləri yaranır. 

1978-ci ildə SSRİ-yə geri çağırılan Qordiyevski boşanmaq istəyi barədə rəhbərliyə məlumat verir. KQB-də belə hallara yaxşı baxmırdılar, özü də indiki halda söhbət evli ola-ola kənarda adyulter yaşamaqdan gedirdi. Məsələ hətta partiya özəyinin toplantısında müzakirə olunur və Qordiyevski xeyli danlanır. Lakin bütün bunlar onun boşanmasına və 1979-cu ilin yanvarında Danimarkadan geri qayıdan Leyla ilə evlənməsinə mane olmur. 

Cütlüyün 1980-ci ildə Mariya, 1981-ci ildə Anna adlı qızları olur. 

1978-1982-ci illərdə KQB-nin Birinci baş idarəsində çalışan Oleq Qordiyevski çoxdankı arzusunu yerinə yetirir: idarənin nəzdindəki ingilis dili kursuna yazılır və 4 il ərzində bu dili öyrənir. 

1981-ci ilin sonlarında SSRİ-nin Londondakı səfirliyində müşavir vəzifəsi boşalır. KQB həmin yerə öz əməkdaşını yerləşdirmək istəyir. Amma namizədliyi irəli sürülən Viktor Kubeykinə ingilislər viza verməkdən imtina edirlər. Bundan sonra Oleq Qordiyevskinin namizədliyi önə çıxır. 

Bu zaman Britaniyanın Moskvadakı səfirliyində vakansiya yaranır. İngilislərin öz diplomatları üçün viza istəməsinə cavab olaraq KQB alverə başlayır. İngilislərə bildirilir ki, əgər London Qordiyevskiyə viza versə, sovet tərəfi də onların diplomatına viza verəcək. Lubyankada bilmirdilər ki, ingilislər heç bir şərt olmadan da Qordiyevskiyə məmnuniyyətlə viza verərlər.

Gözlənildiyi kimi, Britaniya səfirliyindən viza almaq çətin olmadı. Amma sovet tərəfinin bürokratik əngəlləri aylarla sürdü və dörd nəfərlik Qordiyevski ailəsi yalnız 1982-ci il iyunun 28-də Londona uçdu.(pressklub) 

(Davamı olacaq)

Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam